Pey­ğəm­bər evi­nə ya­xın­la­şır və içə­ri gir­mək üçün izn ala­raq qa­pı­sı­nı dö­yü­rük. Qoy xə­yal­lar Pey­ğəm­bə­ri (s.ə.v.) gö­rən­lər­lə bir­lik­də yo­la çıx­sın… Bi­zə onu (s.ə.v.) göz­lə gö­rü­rük­müş ki­mi nəql et­sin… Be­lə­lik­lə, onun (s.ə.v.) çox şə­rəf­li in­san­lı­ğı­nı və tə­bəs­süm­lü çöh­rə­si­ni ta­nı­ya bi­lək.

Əl-Bə­ra ibn Azib -radiyallahu anh- de­di ki: “Pey­ğəm­bər (s.ə.v.) si­ma və əx­laq cə­hət­dən in­san­la­rın ən üs­tü­nü idi. Nə çox hün­dür­boy, nə də çox qı­sa­boy­lu idi” (Bu­xa­ri).

Ye­nə də o, be­lə de­miş­dir: “Pey­ğəm­bər (s.ə.v.) or­ta­boy­lu idi. En­li­kü­rək idi. Qu­laq­la­rı­nın yum­şaq his­sə­si­nə qə­dər uza­nan saç­la­rı var idi. Onu qır­mı­zı bir pal­tar­da gör­düm. On­dan da­ha gö­zəl heç bir şey gör­mə­dim” (Bu­xa­ri).

Əbu İs­haq əs-Sü­be­yi de­di ki: “Bir in­san Bə­ra ibn Azib­dən so­ruş­du: “Pey­ğəm­bə­rin (s.ə.v.) üzü qı­lınc ki­mi par­laq­mı idi?” O, “Xeyr, onun üzü ay ki­mi idi” de­di” (Bu­xa­ri).

Ənəs -radiyallahu anh- de­di ki: “Mən Rə­su­lul­la­hın (s.ə.v.) əlin­dən da­ha yum­şaq nə in­cə, nə də qa­lın ipə­yə, nə də hər han­sı bir şe­yə to­xun­ma­mı­şam. Rə­su­lul­la­hın (s.ə.v.) qo­xu­sun­dan da­ha xoş bir qo­xu­nu iy­lə­mə­mi­şəm” (Bu­xa­ri, Müs­lim).

Pey­ğəm­bə­rin (s.ə.v.) yük­sək xü­su­siy­yət­lə­rin­dən bi­ri də onun çox hə­ya­lı bir in­san ol­ma­sı idi. Be­lə ki, Əbu Sə­id əl-Xud­ri -radiyallahu anh- onun haq­qın­da be­lə de­yir: “Pey­ğəm­bər (s.ə.v.) ör­tük­lə­ri­nin için­də ba­ki­rə qız­dan da­ha hə­ya­lı idi. Onun xoş­la­ma­dı­ğı bir şey ol­du­ğu za­man biz bu­nu onun üzün­dən hiss edər­dik” (Bu­xa­ri).

Bü­tün bun­lar Rə­su­lul­la­hın (s.ə.v.) xil­qə­ti­nə və əx­la­qı­na aid ən əsas­lı key­fiy­yət­lər­dir. Uca Al­lah onu (s.ə.v.) həm əx­laq, həm də ya­ra­dı­lış ba­xı­mın­dan qü­sur­suz ya­rat­mış­dır. Anam, atam ona (s.ə.v.) fə­da ol­sun.

————–

Peyğəmbərimizi -Sallallahu Aleyhi Vaə Səlləm- tanıyırıqmı?
Əb­dül Ma­lik ibn Muhəmməd ibn Əb­dür­rəh­man əl-Qa­sım
Çevirən:Məhəmməf Qənbəroğlu

Share Button
Tarix: 27.07.2009 | Oxunma sayı: 645 baxış