Ca­hi­liy­yə döv­rün­də hər han­sı bir ai­lə­də qız uşa­ğı­nın dün­ya­ya gəl­di­yi gün ata-ana üçün qa­ra gün ki­mi qə­bul edi­lir­di. Hət­ta bu, ai­lə­nin və qə­bi­lə­nin hə­ya­tın­da da be­lə idi. Cə­miy­yət­də bu və­ziy­yət qız uşaq­la­rı­nın – utan­maq və ya rə­zil ol­maq qor­xu­su ilə – di­ri-di­ri tor­pa­ğa bas­dı­rıl­ma­sı­na qə­dər gə­ti­rib çı­xar­mış­dı. Qız uşaq­la­rı­nın di­ri-di­ri bas­dı­rıl­ma­sı heç bir şə­kil­də mər­hə­mə­tin və sev­gi­nin möv­cud ol­ma­dı­ğı, ol­duq­ca vəh­şi bir şə­kil­də hə­ya­ta ke­çi­ri­lir­di. Qız uşa­ğı di­ri-di­ri tor­pa­ğa bas­dı­rı­lır­dı. On­lar be­lə bir gü­na­hı iş­lə­yər­kən müx­tə­lif üsul­lar­dan da is­ti­fa­də edir­di­lər. Bə­zi­lə­ri­nin qız uşa­ğı do­ğu­lan za­man ona al­tı ya­şı­na qə­dər dəy­mir, son­ra ana­sı­na be­lə de­yir­di­lər: “Sən onu ətir­lə və bə­zə! Çün­ki onu qo­hum­la­rı­nın ya­nı­na apa­ra­ca­ğam”. Bu vaxt da ba­yır­da bir çu­xur qa­zı­lır­dı. Bu çu­xu­run ya­nı­na gəl­dik­lə­ri za­man “bir bu­ra bax” de­yir­di­lər. Son­ra qız­cı­ğa­zı ar­xa­dan möh­kəm itə­lə­yib hə­min çu­xu­ra sa­lır, da­ha son­ra da ol­duq­ca vəh­şi bir şə­kil­də və sü­rət­lə tor­pa­ğı onun üs­tü­nə tö­kür­dü­lər.

Be­lə­lik­lə, bu cür ca­hil bir cə­miy­yət­də Rə­su­lul­lah -səl­lallahu aleyhi və səlləm- ana, hə­yat yol­da­şı, qız uşa­ğı, ba­cı, xa­la və bi­bi ola­raq qa­dı­na bö­yük və şə­rəf­li bir yer ve­rən bu di­ni gə­tir­di. Qı­zı Fa­ti­mə içə­ri da­xil ol­du­ğu za­man onun üçün aya­ğa qal­xır, əli­ni tu­tur, onu öpür, otur­du­ğu ye­rə otur­dur­du. Pey­ğəm­bər (s.ə.v.) özü isə Fa­ti­mə­nin ya­nı­na gir­di­yi za­man o da öz ata­sı üçün aya­ğa qal­xır, əli­ni tu­tur, onu öpür və Həz­rət Pey­ğəm­bə­ri (s.ə.v.) otur­du­ğu ye­rə otur­dur­du (Əbu Da­vud, Tir­mi­zi və Nə­sai).

Pey­ğəm­bər (s.ə.v.) qız­la­rı­nı çox sev­mə­si­nə, on­la­ra çox hə­diy­yə­lər ver­mə­si­nə bax­ma­ya­raq qız­la­rı Ümm Gül­süm­lə Ru­qiy­yə­nin ər­lə­ri tə­rə­fin­dən bo­şan­ma­la­rı­na səbr və Al­lah­dan əc­ri­ni göz­lə­yə­rək döz­müş­dü. Qız­la­rı Əbu Lə­hə­bin oğul­la­rı Üt­bə və Ütey­bə­nin xa­nım­la­rı idi. Al­lah Əbu Lə­həb haq­qın­da “Əbu Lə­hə­bin iki əli qu­ru­sun” su­rə­si­ni na­zil et­di­yi za­man on­lar da xa­nım­la­rı­nı bo­şa­mış­dı­lar. Pey­ğəm­bər (s.ə.v.) isə di­nə ça­ğır­maq­dan im­ti­na et­mə­yi və ya ge­ri­yə ad­dım at­ma­ğı qə­bul et­mə­di. Qü­reyş Həz­rət Pey­ğəm­bə­rə (s.ə.v.) qar­şı hə­də-qor­xu gəl­mək­də həd­di aşa­raq hət­ta Rə­su­lul­la­hın —səl­lallahu aleyhi və səlləm- qız­la­rı­nın bo­şan­ma­sı­nı tə­min et­mək sə­viy­yə­si­nə qə­dər gə­lib çıx­dı. La­kin o, İs­la­ma ça­ğır­maq­dan qə­tiy­yən ge­ri çə­kil­mə­yə­rək dö­züm və səbr­lə öz də­və­ti­ni da­vam et­dir­di.

Pey­ğəm­bə­rin (s.ə.v.) öz qı­zı­nı gü­lə­rüz­lə və xoş şə­kil­də qar­şı­la­ma­sı­nı Həz­rət Ai­şə —ra­di­yal­la­hu anhə- be­lə nəql edir: “Pey­ğəm­bə­rin (s.ə.v.) xa­nım­la­rı onun hü­zu­run­da idi­lər. Bu vaxt Fa­ti­mə —ra­di­yallahu anhə- gəl­di. Onun ye­ri­şi ey­ni­lə Rə­su­lul­la­hın —səl­lal­lahu aleyhi və səlləm- ye­ri­şi­nə bən­zə­yir­di. Onu gör­dü­yü za­man xoş üz­lə qar­şı­la­ya­raq “Qı­zı­ma sa­lam ol­sun” de­di, son­ra onu sağ və ya sol tə­rə­fi­nə oturt­du…” (Müs­lim).

Pey­ğəm­bə­rin (s.ə.v.) qız­la­rı­na olan xoş mü­na­si­bə­ti­nin və sev­gi­si­nin gös­tə­ri­ci­lə­rin­dən bi­ri də on­la­ra baş çək­mə­si, və­ziy­yət­lə­ri ilə ma­raq­lan­ma­sı və prob­lem­lə­ri­ni həll et­mə­yə ça­lış­ma­sı idi… Fa­ti­mə -radiyallahu anhə- əl də­yir­ma­nın­dan is­ti­fa­də et­mə­si­nin əl­lə­ri­nə ver­di­yi əziy­yət­dən şi­ka­yət­lən­mək və on­dan bir qul­luq­çu is­tə­mək üçün Pey­ğəm­bə­rin (s.ə.v.) ya­nı­na get­di. La­kin onu tap­ma­yıb bun­la­rı Həz­rə­ti Ai­şə­yə -radiyallahu anh-ə de­di. Pey­ğəm­bər (s.ə.v.) gəl­di­yi za­man Ai­şə bu və­ziy­yə­ti ona bil­dir­di. Əli -radiyallahu anh- de­di ki: “Yat­ma­ğa ha­zır­laş­dı­ğı­mız za­man ya­nı­mı­za gəl­di. Biz qalx­maq is­tə­yər­kən o, “Qalx­ma­yın” de­yə bu­yur­du. Son­ra da gə­lib ara­mız­da o qə­dər ya­xın əy­ləş­di ki, si­nəm­də ayaq­la­rı­nın sə­rin­li­yi­ni hiss et­dim. Be­lə de­di: “Si­zə xid­mət­çi­dən də xe­yir­li olan bir şey gös­tə­rim­mi? Ya­ta­ğı­nı­za gir­di­yi­niz za­man, ya­xud yat­dı­ğı­nız təq­dir­də otuz dörd də­fə tək­bir gə­ti­rin (“Al­la­hu ək­bər” de­yin). Otuz üç də­fə “süb­ha­nəl­lah” de­yin, otuz üç də­fə “əl­həm­dü­lil­ləh” de­yin, bu, si­zin üçün bir xid­mət­çi­dən da­ha xe­yir­li­dir”” (Bu­xa­ri).

Səb­ri və dö­züm­lü­lü­yü ilə Pey­ğəm­bər (s.ə.v.) bi­zə gö­zəl bir nü­mu­nə­dir. O, dün­ya­da ikən Fa­ti­mə­dən -radiyallahu anh-ə baş­qa bü­tün oğul­la­rı və qız­la­rı və­fat et­di. Bu­nun­la ya­na­şı kə­də­ri­ni üzə çı­xar­ma­dı, pal­ta­rı­nı cır­ma­dı, tə­zi­yə (baş­sağ­lı­ğı) ye­mək­lə­ri ver­mə­di, tə­zi­yə məc­lis­lə­ri qur­ma­dı. Ək­si­nə, o, Al­la­hın qə­za­vü-qə­də­ri qar­şı­sın­da səbr­li ol­du, əc­ri­ni Al­lah­dan göz­lə­di və Al­la­hın alın ya­zı­sı­nı ra­zı­lıq­la qar­şı­la­dı.

Pey­ğəm­bər (s.ə.v.) kə­dər­li­lə­rə tə­səl­li və on­la­rı ra­hat edən bir çox töv­si­yə­lər ver­miş, də­yər­li hə­dis­lər qoy­muş­dur. On­lar­dan bi­ri də be­lə­dir: “Şüb­hə­siz ki, biz Al­la­ha məx­su­suq və şüb­hə­siz ki, biz Ona dö­nə­cə­yik. Ey Al­la­hım, mə­nə çək­di­yim mü­si­bə­tin qar­şı­lı­ğı­nı ver, bu­nun əvə­zin­də mə­nə da­ha xe­yir­li­si­ni ver” de­yər­sə, Al­lah ona müt­ləq da­ha xe­yir­li­si­ni ve­rər (Müs­lim).

Uca Al­lah mü­si­bə­tə dü­çar olan bir in­sa­nın is­tir­ca et­mə­si­ni, yə­ni “in­nə lil­lə­hi va in­nə iley­hi ra­ci­un” (“şüb­hə­siz ki, biz Al­la­ha məx­su­suq və şüb­hə­siz ki, biz Ona dö­nə­cə­yik”) de­yil­mə­si­ni mü­si­bə­tə uğ­ra­yan­lar üçün bir tə­səl­li mən­bə­yi­nə çe­vir­miş­dir. Səbr edən­lə­rə isə çox bö­yük mü­ka­fat­lar və müj­də­lər ver­miş­dir: “Yal­nız səbr edən­lə­rə say­sız-he­sab­sız mü­ka­fat ve­ri­lə­cək­dir!” (“Zu­mər” su­rə­si, 10).

————
Peyğəmbərimizi (s.ə.v.) tanıyırıqmı?
Əb­dül Ma­lik ibn Muhəmməd ibn Əb­dür­rəh­man əl-Qa­sım
Çevirən:Məhəmməf Qənbəroğlu

Share Button
Tarix: 27.07.2009 | Oxunma sayı: 1. 390 baxış