“İbn Ömər (Allah ondan razı olsun) bir qrup insanın yanına gəldi. Gözəl bir üst geyimi geyinmişdi. Oradakılardan biri, digərlərinə belə dedi:

– Bu geyimini onun (İbn Ömərin) əlindən alsam mənə nə verərsiniz?

Oradakılar, həmin adama veriləcək olanı öz aralarında qərarlaşdırdılar. Sonra, həmin adam İbn Ömərin yanına gələrək belə dedi:

– Ey Abdur-Rəhmanın oğlu! Geyindiyin bu paltar mənimdir.

Bunu eşidərək təəccüblənən İbn Ömər dedi:

– Axı mən onu dünən almışam.. Həmin adam dedi:

– Artıq sözümü dedim, çətin ki onu bir daha geyinəsən!

Bundan sonra İbn Ömər geyimini dərhal çıxardı. Bunu görən ətrafdakılar, gülməyə başladılar. İbn Ömər:

– Nəyə görə gülürsünüz? – deyə soruşduqda onlar:

– Bu adam boşboğazın biridir, səninlə zarafat edir – dedilər. Bunun üzərinə İbn Ömər (Allah rəhmət etsin) üzünü həmin adama çevirərək belə dedi:

– Ey qardaşım! Ölüm’ün sənin önündə olduğunu bilirsənmi?! Ölümün nə zaman – səhər, axşam, gecə və ya gündüz gələcəyini bilmirsən. Bunlardan sonra isə, qəbir həyatı, qorxunc mənzərələr, Münkər və Nəkir (mələkləri) var! Sonra isə, Qiyamət günü gələcək.. Boşboğaz insanlar şübhəsiz ki, o gün Allahın hüzurunda duracaqlar!

Etdiyi bu nəsihətlə oradakı insanları ağlatdı, sonra isə, yoluna davam etdi..”

(Beyhəqi, 864)

Bənzər Məqalələr