featured-image-2506

1. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cəbrail (a.s) qonşu haqqında
mənə nə qədər tövsiyə etdisə, ona da mirasdan pay düşəcəyini güman etdim”.

2. Əbu Şureyh əl-Xuzai (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim Allaha və
Axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin. Kim Allaha və Axirət gününə
inanırsa, qoy qonağına ehtiram göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy
xeyir söyləsin ya da sussun”.

Qonşunun haqqı

3. Miqdad ibnul Əsvəd rəvayət edir ki, Peyğəmbər (s.a.s) əshabələrdən zina barədə
soruşdu. Onlar dedilər: “Haramdır! Bunu Allah və Onun elçisi haram buyurmuşdur”. O
dedi: «Bir kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun
qadını ilə zina etməsindən daha yüngüldür. Peyğəmbər (s.a.s) onlardan oğurluq
barədə soruşdu. Onlar dedilər: “Haramdır! Bunu Allah və Onun elçisi haram
buyurmuşdur”. O dedi: «Bir kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun
üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür”.

Qonşudan başlamaq

4. İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cəbrail (a.s) qonşu
haqqında mənə o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”.

5. Abdullah ibn Amr (r.a) bir qoç kəsdirdi. Sonra xidmətçisindən təkrar-təkrar
soruşdu: “(Ətdən) qonşumuz yəhudiyə pay verdinmi? Qonşumuz yəhudiyə pay verdinmi?

Qapısı ən yaxın olan qonşuya pay vermək

6. Aişə (r.a) rəvayət edir ki, mən dedim: “Ey Allahın elçisi! Mənim iki qonşum var.
Mən onlardan hansı birinə pay verməliyəm?” O dedi: “Qapısı ən yaxın olana!”

Ən yaxın və ən yaxın qonşular

7. Həsəndən (r.a) qonşu barədə soruşdular. O dedi: “Önündəki qırx ev, arxandakı qırx
ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!”

Qapını qonşunun üzünə bağlayan kəs

8. İbn Ömər (r.a) deyir ki, vaxt var idi heç kəs özünün dinar və dirhəminə müsəlman
qardaşından daha haqlı olduğunu düşünmürdü. Amma indi kimlərəsə dinar və dirhəm
müsəlman qardaşından daha əzizdir. Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim:
“Neçə-neçə qonşu var ki, Qiyamət günü öz qonşusundan asılı olacaq. O deyəcəkdir: “Ey
Rəbbim! Bu, öz qapısını mənim üzümə bağlamış, yaxşılıq etməkdən boyun qaçırmışdır”.

Qonşu ac ola-ola qarnını doydurmamaq

9. İbn Abbas (r.a) ibn əz-Zubeyrə (r.a) dedi: “Mən Peyğəmbərin (s.a.s) belə dediyini
eşitdim: “Qonşusu ac ola-ola qarnını doyduran kimsə əsl mömin deyildir”.

Xörəyin şirəsini çox edib qonşulara da pay vermək

10. Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ey Əbu Zərr! Xörək
bişirəndə onun şirəsini çox elə və qonşularını da (yeməyə) çağır yaxud onların
arasında bölüşdür”.

Ən xeyirli qonşu

11. Abdullah ibn Amr ibnul-As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Uca
Allah yanında ən xeyirli dost öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah
yanında ən xeyirli qonşu öz qonşusuna yaxşılıq edən kimsədir”.

Əməlisaleh qonşu

14. Nafi ibn Abdulharis (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Geniş ev,
əməlisaleh qonşu və rahat minik müsəlman kişinin səadətidir”.

Pis qonşu

15. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə dua edərdi: “Allahım!
Daim qalacağım yurddakı pis qonşudan Sənə sığınıram. Çöldə yaşayan qonşu isə
köçəridir”.

16. Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kişi öz qonşusunu,
qardaşını və atasını öldürməyincə Qiyamət qopmaz”.

Qonşuya əziyyət verməmək

17. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) dedilər: “Ey Allahın
elçisi! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə
verir, amma qonşularına dili ilə əziyyət verir”. Peyğəmbər (s.a.s) dedi: “Onda xeyir
yoxdur. O, Cəhənnəm əhlindəndir”. Onlar dedilər: “Filan yalnız qadın vacib
namazları qılır, pendirdən və şordan sədəqə verir, heç kəsə də əziyyət vermir”.
Peyğəmbər (s.a.s) dedi: “O, Cənnət əhlindəndir”.

18. Əbu Hureyra (r.a) Peyğəmbər (s.a.s) dedi: “Qonşusu şərindən əmin olmayan kimsə
Cənnətə daxil olmaz”.

———–
Hazırladı:
Tamilla G.Mirzoyeva

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı