Peyğəmbərimiz ﷺ demişdir:

Sədəqə – su odu söndürdüyü kimi günahları silir. (Tirmizi)

Allahın elçisinin ﷺ sədəqənin günahları silməsini, suyun odu söndürməsinə bənzətməsi dəlildir ki, su odu tam şəkildə söndürdüyü kimi, sədəqə də, kiçik günahların hamısını silib aparır. Peyğəmbər ﷺ bu sözü ilə müsəlmanları sədəqə verməyə təşviq edir. Hədislərin birində O, belə buyurmuşdur:

Qiyamət günü hər kəs verdiyi sədəqənin kölgəsi altında olacaq. (Əhməd, 4/147)

Kölgələrin olmayacağı bir gündə, sədəqənin mükafatı bir kölgə və Cənnətə açılan bir qapı olacaq.. Başqa bir hədisdə isə, Peyğəmbərimiz ﷺ yeddi sinif insanın Qiyamət günü Allahın yaratdığı kölgə altında olacağını xəbər vermiş, onlardan birinin də: “sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kimsə” olduğunu bildirmişdir (Buxari).

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr