featured-image-2456

31.İbn Abbasdan (Allah ondan razı olsun!) Allah elçisinin (s) Cəbrayıl əleyhissalamdan belə deməsi rəvayət olunur: “Ulu Tanrı buyurur: “Qulun günah və savabları qarşıya qoyulacaq, etdiyi hər günahın qarşılığında bir savabı çıxılacaqdır. Sonda onun bir savabı belə qalmış olsa, Cənnətə buraxılacaqdır”.
(əl-Bəzzar (10/355). Hədis həsəndir.)

32.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah Qiyamət günü deyəcəkdir: “Ey Adəm oğlu! Mən səni at, dəvə belində gəzdirdim, səni qadınlarla evləndirdim, sənə tabelik və başçılıq verdim. Bəs bunun şükrü hanı?”
(Əhməd (2/492). Hədis səhihdir.)

33. Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Qiyamət günü Cəhənnəm əhlindən dünyadakı ən zəngin insan Allahın hüzuruna gətiriləcək və Cəhənnəm boyası ilə boyanacaqdır. Sonra Allah ondan soruşacaqdır:
— Ey Adəm oğlu! Sən heç yaxşılıq gördünmü? Heç sənə nemətlər rastladımı?
— Ya Rəbb, Allaha and olsun ki, yox!
Sonra Cənnət əhlindən dünyada ən kasıb yaşamış insan Allahın hüzuruna gətiriləcəkdir, o da Cənnət boyası ilə boyanacaqdır. Sonra Allah ondan da soruşacaqdır:
— Ey Adəm oğlu! Sən heç yoxsulluq gördünmü? Heç sən ağır günlər yaşadınmı?
— Ya Rəbb, Allaha and olsun ki, nə yoxsulluq gördüm, nə də ağır günlər yaşadım”.
(Müslim (4/55), Əhməd (3/203). Hədis səhihdir.)

34.Abdullahdan (Allah ondan razı olsun!) belə rəvayət olunur: Kitab əhlindən bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Ey Əbulqasim, Allah göyün qatlarını bir barmaqda, yerin təbəqələrini bir barmaqda, ağacları və torpağı bir barmaqda, məxluqatı isə bir barmaqda saxlayır, sonra da “Mülkün hökmdarı mənəm, mülkün hökmdarı mənəm” — deyir”. Bu sözlərdən Peyğəmbər (s) güldü və hətta arxa dişləri göründü, sonra bu ayəni oxudu: “…onlar: «Allah insana heç bir şey nazil etməmişdir»- deməklə Allahı layiqincə qiymətləndirmədilər”.
(əl-Buxari (13/7415), Müslim (4/21). əl-Ənam, 91. Hədis səhihdir.)

35.Bir kişi İbn Ömərdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) Qiyamət günü Allahın qulla söhbəti haqda nə eşitdiyini soruşmuş, o da belə cavab vermişdir: “Həmin gün qul Rəbbinə yaxınlaşacaq, Allah onu örtüyü ilə örtəcək və ondan soruşacaqdır:
— Filan əməli etmisənmi?
— Bəli, etmişəm.
— Filan əməli də etmisənmi?
— Bəli, etmişəm.
Ona günahlarını təsdiq etdirdikdən sonra deyəcəkdir: “Mən dünyada sənin günahlarını ört-basdır etmişəm. Bu gün də onları sənə bağışlayıram”.
(əl-Buxari (10/6070, 13/7514). Hədis səhihdir
.)

36.İbn Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunur: “(Nəhayət) Adəm Rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək tövbə etdi”(əl-Buxari (10/6070, 13/7514). Hədis səhihdir.)
sonra dedi:
— Ey Rəbbim, Sən məni əlinlə yaratmadınmı?
— Bəli.
— Ey Rəbbim, Sən mənə Öz ruhundan üfürmədinmi?
— Bəli.
— Ey Rəbbim, Sən məni Cənnətinə salmadınmı?
— Bəli.
— Ey Rəbbim, Sənin rəhmətin qəzəbini üstələmədimi?
— Bəli.
— Görmədinmi mən sənə tövbə etdim, xətamı düzəltdim, indi sən məni Cənnətə qaytarırsanmı?
— Bəli.
Nəhayət Adəm Rəbbindən bə’zi xüsusi kəlmələr öyrəndi.
(əl-Hakim (2/545). əz-Zəhəbi hədisi səhih adlandırmışdır. Hədis səhihdir.)

37.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) bir qüdsi hədisdə Rəbbinin dilindən belə deməsi rəvayət olunur: “Uca və böyük Allah: “Qul günah edib sonra da: “Allahım! Mənim günahımı bağışla!” — deyə dua etdikdə Uca və böyük Allah belə buyurur: “Qulum günah etdi, lakin günahını bağışlayacaq və ya günahına görə onu cəzalandıracaq bir Tanrı olduğunu bildi”. Həmin qul təkrar günah edib sonra da: “Ey Tanrım! Mənim günahımı bağışla!” — deyə dua etdikdə Uca və böyük Allah belə buyurur: “Qulum günah etdi, lakin günahını bağışlayacaq və ya günahına görə onu cəzalandıracaq bir Tanrı olduğunu bildi”. Həmin qul yenidən günah edib sonra yenə də: “Ey Rəbbim! Mənim günahımı bağışla!” — deyə dua etdikdə Uca və böyük Allah belə buyurur: “Qulum günah etdi, lakin günahını bağışlayacaq və ya günahına görə onu cəzalandıracaq bir Tanrı olduğunu bildi. Mən də qulumu bağışladım. Qoy istədiyini etsin!”.

(əl-Buxari (13/393), Müslim (2758). Hədis səhihdir. Qurtubi yazır: “Bu hədis bağışlanma diləmənin faydasının, böyüklüyünə, Allahın fəzilətinin, mərhəmətinin, həlimliyinin və kəramətinin böyüklüyünə və genişliyinə dəlalət edir. Lakin bu bağışlanma diləmənin mənası dillə birlikdə qəlbdə də sabit olmalıdır ki, israr düyünləri bununla açılsın və peşmançılıq hasil olsun. Bu da bir növ tövbə məfhumunun tərcüməsidir. Bu fikrə aşağıdakı hədis də dəlalət edir: “Sizin ən xeyirliniz günah etdikdən sonra tövbə edən hər bir kəsdir”. Hədis günah və tövbənin təkrar olması mənasını ifadə edir. İnsan övladı hər dəfə günah etdikdə yenidən tövbəyə qayıdır. Burada məqsəd dillə Allahdan bağışlanma diləyib qəlbən həmin günaha qayıtmaqda israrlı olmaq deyildir. Belə bir bağışlanma diləmənin yenidən bağışlanmaya ehtiyacı vardır”.)

——————
SEÇİLMİŞ
QÜDSİ HƏDİSLƏR
TOPLADI: MAHMUD ŞƏBƏBƏ
(Ərəb dilindən tərcümə edən: Rəsul Ömərov)

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı