featured-image-2437

ELM MƏCLİSLƏRİNİN FAYDALARI

11.«Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan (bu qadağan əmri) sənə unutdursa, xatırlayandan sonra o, zalim tayfa ilə bərabər oturma». (əl-Ənam 68). «Allah Quranda nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o, vaxt siz də onların tayı olarsınız». (ən-Nisa 140).
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Uca Allahın yer üzündə yolları dolaşıb zikr əhlini (məclislərini) axtaran bir qrup mələkləri vardır. Bu mələklər İzzət və Qüdrət sahibi olan Allahı zikr edən bir topluluğu tapdıqda bir-birlərinə: «Gəlin, axtardıqlarınız buradadır!» deyə səsləyirlər və zikr əhlini (məclisini) dünya səmasına qədər qanadlarıyla əhatəyə alırlar. (Zikr əhli Allahı yad edib qurtardıqdan sonra mələklər səmaya qalxarlar) Hər bir şeydən xəbərdar olan Allah — subhənəhu və təalə — onlara: «Qullarım nə haqda danışırdılar?» deyə buyurar. Mələklər: «Onlar Səni TƏSBİH (SUBHƏNƏLLAH ) edirdilər, Səni TƏKBİR (ALLAHU ƏKBƏR) edirdilər, Səni TAHMİD (ƏLHƏMDULİLLƏH) edirdilər və Səni təzim edirdilər!» deyərlər. Allah: «Məgər onlar Məni görüblərmi?» deyə buyurar. Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Səni görməyiblər!». Allah: «Əgər onlar Məni görsəydilər necə?». Mələklər: «Əgər onlar Səni görsəydilər Sənə daha çox ibadət edər, Sənə daha çox təzim edər və Səni daha çox təsbih edərdilər». Allah: «Onlar Məndən nə istəyirlər?». Mələklər: «Onlar Səndən Sənin Cənnətini istəyirlər!». Allah: «Onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cənnətini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cənnətimi görsəydilər necə?». Mələklər: «Əgər onlar Sənin Cənnətini görsəydilər onu qazanmaq üçün daha həris, daha istəkli və daha rəğbətli olardılar! (ora düşmək üçün)». Allah: «Onlar nədən sığınmağa çalışırdılar?». Mələklər: «Cəhənnəm atəşindən!». Allah: «Məgər onlar Mənim Cəhənnəmimi görüblərmi?». Mələklər: «Xeyr, Allaha and olsun ki, onlar Sənin Cəhənnəmini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cəhənnəmimi görsəydilər necə?». Mələklər: «Əgər onlar Sənin Cəhənnəmini görsəydilər ondan daha çox (sənə) sığınar (qaçar) və daha çox qorxardılar!». Allah: «O, halda sizlər şahid olun ki, mən onları bağışladım!» deyə buyurdu. Bu an mələklərdən biri: «Onların arasında bir kimsə var ki, onlardan deyildir. Yalnız bir ehtiyac (bir iş) üçün onların yanına gəlmişdir!» dedi. Allah: «Onlar elə bir kslərdir ki, onlarla oturan kimsə bədbəxt olmaz!» deyə buyurdu (Buxari 6408.) Başqa rəvayətdə – Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Şübhəsiz ki, Allahın yer üzündə dolaşan bir qrup mələkləri vardır. Bu mələklər zikr məclislərini axtararlar. Nəhayət onlar Allahı zikr edən bir məclisi tapdıqda onlarla birlikdə oturar və bir-birlərini qanadları ilə əhatəyə alarlar. O, vaxta qədər ki, dünya ilə səma arasını doldurarlar. Zikr əhli dağıldıqdan sonra (mələklər) səmaya yüksələrlər. Hər şeydən xəbərdar olan Allah qullarının halını mələklərdən daha yaxşı bildiyi halda mələklərə: «Siz haradan gəlirsiniz?» deyə buyurar. Mələklər: «Biz yer üzündə Sənin bir qrup qullarının yanından gəlirik ki, onlar Səni TƏSBİH edir, Səni TƏKBİR edir və Səndən başqa ibadətə layiq haqq ilah olmaığını TƏHLİL edir, Səni TƏHMİD edir və Səndən istəyirlər!». Allah: «Onlar Məndən nə istəyirlər?». Mələklər: «Onlar Səndən Sənin Cənnətini istəyirlər!». Allah: «Məgər onlar Mənim Cənnətimi görüblərmi?». Mələklər: «Xeyr, ey Rəbbimiz! Onlar Sənin Cənnətini görməyiblər!». Allah: «Əgər onlar Mənim Cənnətimi görsələrdi necə olardı?». Mələklər: «Onlar Səndən aman istəyirlər?». Allah: «Nəyə qarşı Məndən aman (sığınacaq) istəyirlər?». Mələklər: «Cəhənnəm atəşinə qarşı!». Allah: «Onlar Mənim atəşimi görüblərmi?». Mələklər: «Xeyr, onlar Sənin atəşini görməyiblər». Allah: «Əgər onlar Mənim atəşimi görsələrdi necə olardı?». Mələklər: «Onlar Səndən məğfirət diləyirlər?». Allah: «(Siz şahid olun ki) Mən onları bağışladım, istədiklərini onlara verdim və onları aman (sığınacaq) istədikləri şeydən qorudum!». Mələklər: «Ey Rəbbimiz! Onların arasında çox günahkar bir qulun da vardır. Sadəcə onların yanından keçərkən onlarla oturdu!». Allah: «Mən onu da bağışladım. Onlar elə bir topluluqdur ki, onlarla oturub-duran kimsə bədbəxt olmaz!» deyə buyurdu (Müslim 2689
.)

ALLAHIN SİZƏ VERDİYİ MALDAN ALLAH YOLUNDA XƏRCLƏYİN

12.«Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır. Allahın lütfü genişdir. O, hər şeyi biləndir. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları böyükdür». (əl-Bəqərə 261,262). «Yoxsullara aşkarda verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar… Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyiri ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz». (əl-Bəqərə 271-272).
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Mən mütləq (bu gün) bir sədəqə verəcəyəm!» deyib evindən çıxdı (bilmədən) sədəqəsini bir oğruya verdi. Səhəri insanlar: «(Bu gecə) oğruya sədəqə verilmişdir» deyə danışmağa başladılar. O, da: «Allahım! Şükürlər olsun sənə! (Bu gün) yenə də sədəqə verəcəyəm!» deyib evindən çıxdı (yenə də bilmədən) sədəqəsini bir fahişəyə verdi. Səhəri insanlar: «(Bu gecə) fahişəyə sədəqə verilmişdir» deyə danışmağa başladılar. O, da: «Allahım! Şükürlər olsun sənə! (Mən sədəqəni) bir fahişəyə vermişəm» deyib və yenə də mən mütləq sədəqə verəcəyəm deyə niyyət edib evindən çıxdı. Bu dəfə də sədəqəni varlı bir kimsəyə verdi. Səhəri insanlar: «(Bu gecə) varlıya sədəqə verilmişdir» deyə danışmağa başladılar. O, da: «Allahım! Oğruya, fahişəyə və varlıya verdiyim sədəqəyə görə şükürlər olsun sənə!» dedi. Bundan sonra onun yanına biri gəlib (yəni yuxuda görür ki, biri onun yanına gəlib deyir): «Oğruya verdiyin sədəqəyə gəlincə bəlkə (bu sədəqə) onun oğurluq etməkdən çəkinməsinə (səbəb ola) bilər, fahişəyə verdiyin sədəqə isə bəlkə onun zinadan əl çəkməsinə (səbəb ola) bilər, varlıya verdiyin sədəqəyə gəldikdə isə bəlkə o, bundan ibrət alıb Allahın ona verdiyi nemətdən xərcləyər»(Buxari 1421, Müslim 1022.)
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «(Bir gün) bir nəfər geniş və susuz bir səhrada gedərkən (qəflətən) buluddan: «Filankəsin bağçasını sula!» deyə bir səs eşitdi. Sonra bulud dərhal bağçaya tərəf yönələrək suyunu qara, daşlı bir sahəyə boşaltdı. Su isə bir yerə toplanaraq böyük kanal meydana gətirdi. O, kimsə suyu təqib edərək (suyun) axarı ilə getməyə başladı. Nəhayət (bir müddətdən sonra) öz bağçasının içərsində dayanmış bir kimsənin yanına çatdı. O, kimsə axan suyu kanallar vasitəsilə (istədiyi yerə) yönəldirdi. Ona: «Ey Allahın qulu! Adın nədir?» deyə soruşdu. O, da: «Filankəsdir!» dedi və buluddan eşitmiş olduğu adı (ona) söylədi. (Bağ sahibi): «Ey Allaın qulu! Nədən mənim adımı soruşursan?» dedi. O, da: «Mən bu suyu axıdan buludun içərisindən sənin adını verərək: «Filankəsin bağçasını sula!» deyə bir səs eşitdim. (Mənim üçün maraqlıdır) sən bu bağçada nə edirsən ki, (Allah sənə bu cür kəramət verib) dedi. (Bağ sahibi): «Madam ki, soruşursan onda mən sənə cavab verərəm» dedi. «Mən bu bağçadan çıxan məhsula baxır və (hesabat aparıram). Sonra çıxan məhsulun üçdə birini heç bir imkanı olmayan fəqirlərə, kasıblara verirəm. Üçdə birini özümə və ailəmə saxlayıram. Qalan üçdə birini isə torpağa (məhsul üçün) qaytarıram»(Müslim 2948.)

XEYİRLİ İŞLƏR GÖRMƏYƏ TƏLƏSMƏK

13.«(Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!». (əl-Bəqərə 148).
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah Qiyamət günü buyuracaq: «Ey Adəm oğlu! Mən xəstə idim, Sən isə məni ziyarət etmədin!» (Adəm oğlu): «Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mən Səni necə ziyarət edə bilərəm?» deyə soruşacaq. Allah: «Məgər sən bilmirdin ki, mənim filan qulum xəstələnib sən də onu ziyarət etmədin? Məgər sən bilmirdin ki, əgər onu ziyarət etsəydin məni də onun yanında tapardın!» deyə buyuracaq. Allah: «Ey Adəm oğlu! Mən səndən yeyəcək istədim sən isə mənə yeyəcək vermədin!» deyə buyuracaq. (Adəm oğlu): «Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mən Səni necə yedirdə bilərdim?» deyə soruşacaq. Allah: «Məgər sən bilmirdin ki, mənim filan qulum səndən yemək istəmişdi, sən də onu yedirtmədin! Məgər sən bilmirdin ki, əgər onu yedirtsəydin şübhəsiz ki, onun (savabını) mənim yanımda tapardın!» deyə buyuracaq. Allah: «Ey Adəm oğlu! Mən səndən su istəmişdim sən isə mənə vermədin!» deyə buyuracaq. (Adəm oğlu): «Ya Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mən Sənə necə su verə bilərəm?» deyə soruşacaq. Allah: «Məgər səndən filan qulum su istəməmişdi, sən isə ona vermədin. Əgər sən ona su vermiş olsaydın şübhəsiz ki, onun (savabını) mənim yanımda tapardın!» deyə buyurdu
(Müslim 2569.)

ALLAH — subhənəhu və təalə — nin RƏHMƏTİNİN GENİŞLİY

14.«Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!» (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin!» (ət-Təhrim 8). «Mərhəmətim hər şeyi ehtiva etmişdir!». (əl-Əraf 156). «(Ya Məhəmməd! Mənim adımdan qullarıma) De ki: Ey mənim (günah törətməkdə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın! Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir. Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!» (əz-Zumər 53-54) «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?» (Ali İmran 135).
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər (Bu kəlmələr heç də onu açıqlamır ki, insan istədiyini edə bilər. Xeyr! Bu kəlmələr bizə onu açıq-layır ki, insan günah etdikdən sonra dərhal tövbə edərsə Allah onu bağışlayar. ) « deyə buyurdu .
(Buxari 7507, Müslim 2758.)

Əbu Səid Sad b. Məlik b. Sinan əl-Xudri — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən əvvəlki ümmətlərdə doxsan doqquz insan oldürmüş bir kimsə vardı. Bu kimsə (öldürdükdən) sonra yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona (İsrail oğullarından) bir rahibi göstərirlər. O, da rahibin yanına gələrək: «Mən doxsan doqquz insan öldürmüşəm və tövbə etməyin mənə faydası olacaqmı?» deyə soruşdu. Rahib: «Xeyr!» deyə cavab verincə onu da öldürür. Beləcə (öldürdüyü insanların sayını) yüzə çatdırır. Sonra yenə də yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona bir nəfər elmli insanı göstərirlər. Alimin yanına gələrək yüz nəfər öldürdüyünü və tövbə etməyin ona fayda verəcəyi haqqında soruşur. Alim: «Bəli! Tövbə edən insana kim mane ola bilər! Sən filan yerə get! Çünkü orada Allaha ibadət edən bir tayfa vardır. Onlarla birlikdə Allaha ibadət et və bir daha bu məmləkətə qayıtma. Çünkü bura çox pis yerdir! Bu (söhbətdən) sonra adam alimin dediyi yerə yollanır. Lakin yolun yarsına çatdıqda ölüm onu yaxalayır. Bu kimsəyə görə Rəhmət mələkləri ilə əzab mələkləri bir-birləri ilə mübahisəyə başlayırlar. Rəhmət mələkləri: «Bu adam tövbə edərək və qəlbini Allaha yönəldərək gəldi!» deyirlər. Əzab mələkləri: «Bu adam bu günə qədər heç bir xeyir işləməmişdir!» deyirlər. Bu an insan qiyafəsində bir mələk onların yanına gəlir və hər iki tərəf onu öz aralarında hakim təyin edirlər. O, deyir: «Gəldiyi yer ilə gedəcəyi yeri ölçün! Hansı tərəf daha yaxın olarsa ora aiddir!» Mələklər hər iki tərəfi ölçürlər və adamın getdiyi yerə yaxın olduğunu görürlər və Rəhmət mələkləri onun ruhunu alıb gedirlər (aparırlar)». Başqa rəvayətdə: «Uca Allah günahkarların yaşadığı yerə uzaqlaş! Tövbə edib getdiyi yerə yaxınlaş!» deyə vəhy etdi. Və mələklərə: «Hər iki tərəfin məsafəsini ölçün!» deyə buyurdu. Mələklər də hər iki tərəfi ölçdülər. Tövbəkarın gedəcəyi yerə bir qarış yaxın olduğunu gördülər. Bundan ötrü də (Allah) onun günahlarını bağışladı»
(Buxari 3470, Müslim 2766.)

GÖZƏL ƏMƏLLƏRLƏ ALLAHA YAXINLAŞMAĞIN YOYOLLARI

15.«Allahı qoyub özlərinə dost tutanlar: «Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!» Deyirlər. (əz-Zumər 3). «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər. De ki: «Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18).
Əbu AbdurRahmən b. Ömər b. əl-Xəttab — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Sizdən əvvəlki ümmətlərdə üç nəfər səfərə çıxırlar. Gecələmək üçün bir mağaraya girmək məcburiyyətində qalırlar. Mağaraya girdikdə bir qaya parçası yuvarlanıb mağaranın ağzını örtür. Onlar bir-birlərinə: «Bizi bu qayadan yalnız əvvəl etmiş saleh əməllərimizlə (Allaha) yaxınlaşmaqla (vasitə) etməklə Allaha yalvarıb-yaxarmağımız qurtara bilər!» dedilər.
Onlardan biri: «Allahım! Mənim qocalıq yaşına çatmış valideyinlərim vardı. Axşamlar (evə gəldikdə) onlara (süd) içizdirmədən nə uşaqlarıma, nə də qulluqçularıma (süd) içizdirərdim. Bir gün otlaq axtarmaq məni çox uzaqlara apardı. Geri qayıtdıqda onları (valideyinlərimi) yatmış gördüm. Hər gün olduğu kimi süd sağdım və onları (valideyinlərimi) yuxudan oyatmamaqdan ötrü səhərə kimi süd qabı ilə başlarının üstündə durdum. Ana və atamdan əvvəl nə uşaqlarıma, nə də qulluqçularıma içirmək istəmədim. Halbuki uşaqlar ayaqlarımın altında aclıqdan ağlayırdılar. Sonra (valideyinlərim) oyanıb axşam onlar üçün sağdığım südü içdilər. «Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə onda bizi bu bəladan (vəziyyətdən) qurtar!» deyə dua etdi. Bundan sonra qaya parçası bir az aralandı. Lakin çıxmaq mümkün olmadı.
Onlardan digəri: «Allahım! Mənim bir əmim qızı var idi. İnsanlar içərisində ən çox onu sevirdim. (Başqa rəvayətdə — Mən onu kişilərin qadınları sevməkdə olduqları sevginin ən şiddətli dərəcəsində sevirdim). Mən ona yaxınlaşmaq istədim. Lakin o, məndən üz döndərdi. Bir neçə il keçdikdən sonra (kasıblıq üzündən) mənim yanıma gəldi. Mən də ona mənimlə tək qalmaq şərti ilə yüz iyirmi dinar pul təklif etdim. O, da buna razı oldu. Ona yaxınlaşmaq fürsətini tapmışdım ki, (başqa rəvayətdə — Ayaqlarının arasına çökmüşdüm ki) qız mənə: «Allahdan qorx! (haqsız yerə bakirənin möhürünü açma). Allahın qoyduğu bakirəlik möhürünü yalnız halal yolla (nigah yolundan başqa) bir yolla açma!» dedi. Bu əməldən dərhal vaz keçərək ondan uzaqlaşdım. O, isə insanların mənə ən sevimlisi idi. Onu çox sevdiyimə baxmayaraq. «Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə onda bizi bu bəladan (vəziyyətdən) qurtar!» deyə dua etdi. Bundan sonra qaya parçası bir az da aralandı. Lakin yenə də çıxmaq mümkün olmadı.
Üçüncü şəxs dedi: «Allahım! Mən işçilər tutmuşdum. Hər birinin də (işlədikdən sonra) haqqını verdim. Birindən başqa. O, haqqını almayıb getdi. Mən onun haqqını (pulunu) dövriyyəyə buraxıb çoxaltdım. Bir müddət keçdikdən sonra o, işçi mənim yanıma gəlib: «Ey Allahın qulu! Mənim haqqımı ver!» dedi. Mən də: «Burada gördüklərin dəvələr, inəklər, qoyun və qullar sənin pulunun dövriyyəsindən artıb çoxalmışdır!» dedim. O: «Ey Allahın qulu! Məni ələ salma!» deyə cavab verdi. Mən də: «Mən səni ələ salmıram!» dedim. O, da heç bir şey mənə saxlamayıb (hər şeyi) götürüb getdi. «Allahım! Əgər mən bunu sənin rizanı (rəhmini, mərhəmətini) qazanmaq üçün etmişəmsə onda bizi bu bəladan (vəziyyətdən) qurtar!» deyə dua etdi. Bundan sonra qaya parçası onlar çıxa biləcək qədər aralandı və onlar çıxıb yollarına davam etdilər»
(Buxari 3465, Müslim 2743.)

ŞÜKR ETMƏYİN FƏZİLƏTİ

16.«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükr edəsiniz!» (ən-Nəhl 78). «(Ya Peyğəmbər!) De ki: «Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükr edirsiniz!» (əl-Mulk 23).
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Allah — subhənəhu və təalə — İsrail oğullarından cüzəm xəstəliyinə tutulanı, keçəli və koru imtahan etmək üçün yanlarına bir mələk göndərir. Mələk cüzəm xəstəliyinə tutulanınn yanına gələrək: «Ən çox nəyi arzu edirsən?» deyə soruşur. Cüzəm: «Gözəl rəng, gözəl dəri və insanları məndən iyrəndirərək uzaqlaşdıran bu xəstəliyin getməsini arzu edirəm!» dedi. Mələk cüzəmin vücuduna əl sürtdü. Dərhal ondan bu xəstəlik getdi və ona gözəl rənglə, gözəl dəri verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Cüzəm: «Dəvə və ya inək!» deyə cavab verdi. Ona on aylıq bir dəvə verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk keçəlin yanına gələrək: «Ən çox nəyi arzu edirsən?» deyə soruşur. Keçəl: «Gözəl saç və insanları diksinərərək məndən uzaqlaşdıran bu keçəlliyin getməsini arzu edirəm!» deyə cavab verdi. Mələk onun da vücuduna əl sürtdü. Dərhal keçəllik ondan gedərək yerinə gözəl saç verildi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Keçəl: «İnək!» deyə cavab verdi. Ona da balalı bir inək verildi. Mələk: «Allah bunu sənin üçün bərəkətli etsin!» deyə dua etdi. Sonra mələk korun yanına gələrək: «Sən ən çox nəyi arzulayırsan?» deyə soruşur. Kor: «Allahdan gözlərimi geri qaytarmasını və insanları görməyimi arzu edirəm!» deyə cavab verdi. Mələk ona da əl sürtdü və Allah ona görmə qabiliyyətini verdi. Mələk: «Ən çox sevdiyin mal hansıdır?» dedi. Kor: «Qoyun!» deyə cavab verdi. Ona da balalı qoyun verildi.
Bir müddətdən sonra dəvə və mal-qara sahiblərinin heyvanları bala verdilər. Qoyun sahibinin də qoyunu quzuladı. O, qədər ki, dəvə sahiblərinin bir vadi dəvəsi, mal-qara sahibinin bir vadi mal-qarası, qoyun sahibinin də bir vadi dolusu qoyunları oldu.
Günlərin birində mələk bu üç kimsə ilə görüşmək üçün ilk görüşdüyü surətdə cüzəmin yanına gəldi və ona: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra da səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözəl rəng, gözəl dəri və gözəl mal verən Allah xatirinə səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün dəvə istəyirəm. Cüzəm: «Borcum çoxdur və (sənə verəcəyim malım da yoxdur)» dedi. Mələk: «Mən səni tanıyıram. Sən insanların iyrənərək çəkindiyi və Allahın var-dövlət verdiyi kasıb deyilsən?» dedi. Cüzəm: «Xeyr, mənə bu mal-qara ata babamdan mülk qalıb!» deyə cavab verdi. Mələk: «Əgər sən yalan deyirsənsə qoy Allah səni əvvəlki vəziyyətinə qaytarsın!» dedi. Sonra mələk keçəlin yanına gəldiyi ilk görkəmdə gələrək ona da cüzəmə dediyi sözlərin eynisini dedi. Keçəl də cüzəmin verdiyi cavabın eynisini vedi. Mələk ona da bəd dua edərək: «Qoy Allah səni də əvvəlki vəziyyətinə qaytarsın?» dedi. Mələk bundan əvvəlki surətdə gəldiyi kimi korun da yanına gələrək ona da: «Mən kasıb birisiyəm. Səfər zamanı bütün azuqəmdən məhrum olmuşam. Bu günki gündə Allahdan, sonra səndən başqa müraciət edəcəyim yer yoxdur. Sənə gözünü qaytaran Allah and verirəm səndən bu səfərimi bitirib (yurduma) çatmaq üçün qoyun istəyirəm». Kor: «İstədiyin qədər götür və istədiyin qədər də saxla. Həqiqətən mən kor bir kimsə idim. Allah mənə gözlərimin nurunu verdi. Vallahi bu gün Allah üçün alacağın (götürəcəyin) heç bir şeydə sənə əngəl olmayacağam və götürdüklərini geri qaytarılmasını da istəmirəm!» deyə cavab verdi. Mələk: «Malını saxla özünə. Allah sizləri imtahan etdi və səndən də razı qaldı. O, iki yoldaşına isə qəzəb etdi» deyə cavab verdi
(Buxari 3464, Müslim 2964. )

ALLAH — subhənəhu və təalə – nin BƏZİ QULLARINA VERMİŞ OLDUĞU KƏRAMƏT

17.Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Beşikdə ikən yalnız üç uşaq danışmışdır. Bunlardan biri Məryəm oğlu İsa — əleyhissəlam —, (ikincisi isə İsrail oğulları zamanı yaşayan) Cureyc adında bir nəfərin sahibi danışmışdır. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Cureyc abid (çox ibadət edən) bir kimsə idi. Özünə ibadətgah düzəldib orada da qalardı. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim, yoxsa namazıma davam edim) deyə düşündü və namazını seçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz üstə idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam, yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğlumu fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.
İsrail oğulları bir-birlərinə Cureyc və onun israrlı ibadətini zikr edərək danışırdılar. Bu vaxt onlardan gözəlliyi dillərdə dastan olan fahişə bir qadın vardı ki, o qadın İsrail topluluğuna: «Əgər istəsəniz mən o, abid Cureyci sizin üçün yolundan çıxardaram!» dedi. O, qadın Cureycin yanına gələrək özünü ona təklif etdi. Lakin Cureyc heç ona tərəf dönüb baxmadı. O, azğın qadın Cureycin ibadətgahında qalan çobanın yanına gedib özünü ona təslim etdi. Çoban da onunla cima (yaxınlıq) etdi. Qadın bu cimadan (yaxınlıqdan) hamilə qalıb bir oğlan uşağı doğdu. (Aləmə car çəkərək): «Bu oğlan uşağı Cureycdəndir!» dedi. Cəmaat da Cureycin ibadətgahına gəlib onu aşağı endirdilər. Evini (ibadətgahını) dağıdıb, özünü də döyməyə başladılar. Cureyc onlara: «Sizə nə olub?» deyə soruşdu. Onlar: «Sən bu fahişə qadınla cima (yaxınlıq) etdin və o, da səndən bir uşaq doğdu!» dedilər. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. Onlar uşağı gətirdilər. Cureyc: «Məni buraxın namaz qılım!» dedi. Namazını qılıb uşağın yanına yaxınlaşdı. Uşağın qarnına toxunaraq: «Ey uşaq sənin atan kimdir?» deyə soruşdu. Uşaq: «Mənim atam filan çobandır!» dedi. Bu qəribə halı görən cəmaat Cureycin üzərinə yürüyərək onu öpməyə və əlləri ilə ona toxunmağa başladılar. Cəmaat: «Biz sənin ibadətgahını qızıldan düzəldəcəyik!» dedilər. Cureyc: «Xeyr! Siz onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Onlar da onun dediyi kimi etdilər.
Başqa rəvayətdə – Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Əgər anası onun əleyhinə fitnəyə (zinaya) düşməsini dua etmiş olsaydı Cureyc şübhəsiz ki, bu fitnəyə düşərdi». Başqa rəvayətdə – Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «İnsanlardan heç bir kimsə beşikdə ikən danışmamışdır. Yalnız Məryəm oğlu İsa — əleyhissəlam — ilə, Cureycin sahibi danışmışdır. (Səhabələrdən biri): «Ya Rəsulallah! Cureycin sahibi kimdir?» deyə soruşdu. Peyğəmbər: «Cureyc ibadətgahda ibadət edən bir kimsə idi. İbadətgahın yanında bir çoban da qalırdı. Bu çobanın yanına (İsrail oğullarından) olan fahişə bir qadın daima gəlib gedərdi. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim yoxsa namazıma davam edim) deyə düşündü və namazını səçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz qılan halda idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğlumu fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.
Bir müddətdən sonra (çobanın yanına gəlib-gedən) o, qadın hamilə qalıb bir uşaq doğdu. O, qadın doğduğu uşaqla birlikdə məmləkətin hökmdarının yanına gətirildi. Hökmdar: «Bu uşaq kimdəndir?» deyə soruşdu. Qadın: «Cureycdən!» dedi. Hökmdar yenə: «İbadətgahın sahibindənmi?» deyə soruşdu. Qadın: «Bəli!» dedi. Hökmdar: «İbadət-gahı dağıdın, onu (Cureycin) özünü isə bura gətirin!» deyə əmr verdi. Baltalarla ibadətgahı vurub dağıtdılar. Cureycin qollarını bağlayıb (hökmdarın) yanına gətirdilər. Fahişələrin yanına çıxarıldıqda Cureyc gülümsədi. Onlar da insanlar içərisindən Cureycə baxırdılar. Hökmdar: «Bu qadın nə iddia edir?» dedi. Cureyc: «Nə iddia edir?» deyincə hökmdar: «İddia edir ki, bu uşaq səndəndir!». Cureyc qadına: «Sən bu cür iddia edirsən?» dedi. Qadın da: «Bəli!» deyə cavab verdi. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. «O, qadının qucağındadır!» dedilər. Cureyc uşağa tərəf dönüb: «Sənin atan kimdir?» dedi. Uşaq: «Filan çobandır!» deyə cavab verdi. (Bu halı görən) Hökmdar: «Sənin ibadətgahını qızıldan düzəldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar yenə də: «Sənin ibadətgahını gümüşdən düzəldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar: «Yaxşı onda nə edək?» deyincə Cureyc: «Onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Hökmdar: «Sən mənim yanıma gələndə niyə gülümsədin?» deyə soruşdu. Cureyc: «Xatırladığım bir işə gülümsədim, anamın bəd duası qəbul olundu!» dedi. Sonra başına gələn hadısəni onlara xatırlatdı.
(Beşikdə danışan üçüncü uşağa) gəldikdə isə: «Anasından süd əmməkdə olan bir anda onların yanından yaraşıqlı bir atın üzərində gözəl görkəmə malik olan bir süvari keçdi. Uşağın anası süvarini görcək: «Ya Rəbbim! Oğlumu bunun kimi heybətli et!» deyə dua etdi. Bu an uşaq dərhal anasının döşünü buraxıb o, süvariyə tərəf dönüb baxaraq: «Ya Rəbbim! Məni onun kimi etmə!» deyə dua etdi. Sonra yenə də anasının döşünə tərəf dönərək əmməyə başladı. Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — bizə bu hədisi danışarkən şəhadət barmağını ağzına qoyub onu əmməyə başlayaraq uşağın əmməsini bizə təmsil edərək göstərməsi hələ də gözümün qarşısındadır.
Peyğəmbər — sallallahu aleyhi və səlləm — sözünə davam edərək: «Bir müddətdən sonra o, əmzikli qadının yanından, yanlarında (həbs edilmiş) cariyə olan bir qrup cəmaat keçirdi. Onlar cariyəyə: «Sən zina etdin! Sən oğurluq etdin!» deyir və onu döyürdülər. Cariyə isə: «HASBİYƏLLAHU VƏ NİMƏL VƏKİL — Allah mənə yetər O, nə gözəl vəkildir!» deyərək gedirdi. Uşağın anası bu mənzərəni gördükdə: «Ya Rəbbim! Mənim oğlumu bu cariyə kimi etmə!» deyə dua etdi. Uşaq yenə də əmməyi buraxaraq cariyəyə tərəf baxaraq: «Ya Rəbbim! Məni onun kimi et!» deyə dua etdi. Bundan sonra ana ilə oğul bir-birləri ilə danışmağa başladılar. Ana: «Gözəl görkəmli bir süvari keçdikdə mən: «Ya Rəbbim! Oğlumu bunun kimi heybətli et!» deyə dua etdim. Sən isə: «Ya Rəbbim! Məni onun kimi etmə!» deyə dua etdin. Sonra yanımızdan: «Sən zina etdin! Sən oğurluq etdin!» deyə üstünə qışqıraraq (təhqir edilən) bir cariyə keçdi. Mən: «Ya Rəbbim! Mənim oğlumu bu cariyə kimi etmə!» deyə dua etdim. Sən isə: «Ya Rəbbim! Məni onun kimi et!» deyə dua etdin. (Bunun hikməti nədir?) Uşaq: «O, gördüyün süvari çox zalım və təkəbbürlü bir kimsə idi. Buna görə də mən: «Ya Rəbbim! Məni onun kimi etmə!» deyə dua etdim. O, ki, qaldı: «Sən zina etdin! Sən oğurluq etdin!» dedikləri cariyəyə: «O, nə zina etmişdi, nə də oğurluq. Buna görə də mən: «Ya Rəbbim! Məni onun kimi et!» deyə dua etdim(Buxari 3436, Müslim 2550.)

Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «İsrail oğullarından bir kimsə digər birindən (dostundan) min dinar həcimində borc pul istəyir. Pulu verən şəxs: «Şahidini gətir!» deyir. Borc istəyən şəxs: «Şahid olaraq Allah kifayət edər!». (ən-Nisa 79) deyə cavab verdi. Pulu verən şəxs: «Onda zamin gətir!» dedi. Borc istəyən şəxs: «Zamin olaraq da Allah kifayət edər!» deyə cavab verir. Pulu verən şəxs: «Sən həqiqətən doğru söylədin və vədələşmə (razılıq) ilə ona (müəyyən olunmuş bir müddətə) qədər min dinar borc pul verir». Pulu alan şəxs dərhal dəniz səfərinə çıxır. Lazımı işlərini gördükdən sonra (borcu ödəmək üçün müəyyən olunmuş vaxt gəlib çatdıqda) geri qayıtmaqdan ötrü gəmi axtarmağa başlyır. Lakin qayıtmaq üçün gəmi tapa bilmədikdə bir odun parçasını tapıb içini ovur. İçinə min dinar borc götürdüyü pulu və bir də o, kimsəyə yazdığı məktubu (kağız parçasını) qoyur. Ovulmuş yerin ağzını yaxşıca bağladıq-dan sonra (odun parçasını) dəniz kənarına gətirərək: «Allahummə! Sən bilirsən ki, mən filan kimsədən min dinar borc pul istədim. O, da məndən bir şahid istədi. Mən: «Şahid olaraq Allah kifayət edər!». (ən-Nisa 79) deyə cavab verdim. O, da sənin şahidliyinə razı oldu. Sonra məndən bir zamin istədi. Mən də: «Zamin olaraq da Allah kifayət edər!» deyə cavab verdim. O, yenə də sənin zaminliyinə razı oldu və (min dinar borc pulu mənə verdi). (Müəyyən olunmuş vaxtda) O, borcu geri qaytarmaq üçün gəmi tapmağa çalışdım. Lakin tapmaq iqtidarına nail olmadım. Artıq mən bu min dinar borcu Sənin qorumağına əmanət edirəm!» deyə dua edərək o, odun parçasını dənizə buraxır. (Müəyyən olunmuş vaxt) gəlib çatdıqda pulu verən kimsə dəniz sahilinə çıxaraq: «Bəlkə bir gəmi malımı gətirmiş ola!» deyə gözləməyə başlayır. (Lakin vaxt keçir, gəmi isə gəlib çıxmaq bilmirdi). (Evə qayıtmaq istədikdə) Gözü sahildə olan bir odun parçasına sataşır. Ailəsi odun kimi (yandırmaq üçün) istifadə etsin deyə götürüb evinə gətirir. Evə gəldikdə odun parçasını parçalayaraq iki hissəyə bölür. İçindən (borc) pullar və bir də (filankəsdən-filankəsə) imzalanmış bir məktub çıxır.
(Bir müddətdən sonra) Borclu olan kimsə borc verən kimsənin yanına min dinar pul ilə gəlib: «Allaha and olsun ki, (müəyyən olunmuş vaxtda) borcu sənə gətirmək üçün gəmi axtardım. Lakin o, an bir gəmi də olsun belə tapa bilmədim» dedi və borcunu ona verir. Borc verən kimsə: «Sən mənə bir şey göndərdinmi?» deyə soruşur. Borclu: «Mən sənə dedim axı (müəyyən olunmuş vaxtda) borcu ödəmək üçün sənin yanına gəlmək istədim. Lakin bir gəmi də belə tapa bilmədim» dedi. Borc verən kimsə: «Şübhəsiz ki, Allah sənin odun içində göndərmiş olduğun borcunu sənin adına ödəmişdir. Təkrar vermək üçün gətirdiyin bu min dinarı isə geri götür!» dedi (Buxari 1498,2991.)

YƏUMUL-FƏSL — AYIRD ETMƏ GÜNÜ

18.«O, gün üzlər Rəbbinin gül cəmalına baxıb sevinəcəkdir». (əl-Qiyamə 22-23).
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər— sallallahu aleyhi və səlləm — in zamanında bir qurup insanlar: «Ya Rəsulallah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» deyə soruşdular. (Peyğəmbər): «Bədirlənmiş ayı yanında bulud olmayan açıq havada görməkdə şübhə edirsinizmi?». Onlar: «Xeyr, Ya Rəsulallah!» dedilər. (Peyğəmbər): «Yanında bulud olmayan açıq havada günəşi görməkdə şübhə edirsinizmi?». Onlar: «Xeyr, Ya Rəsulallah!» dedilər. (Peyğəmbər): «Sizlər onu (Allahı) beləcə görəcəksiniz?» deyə buyurdu.
Qiyamət günü insanlar bir yerə toplanacaqlar. Allah: «(Dünyada ikən) Kim nəyə ibadət edirdisə onun ardınca düşsün!» deyə buyurur. Onlardan kimiləri günəşin, kimiləri ayın, kimiləri də tağutların (TAĞUT — tüğyan sözündəndir. Həddi aşmaq deməkdir. İbn Qeyyim — rahmətullahi aleyhi — deyir: «Tağut bəndənin ibadətdə, itaətdə və tabeçilikdə ifrata varması, həddi aşmasıdır. Allah və Rəsulunu buraxıb onların əvəzində ibadət etdiyi, itaət etdiyi və ardınca getdiyi kimsə deməkdir. ) ardınca düşürlər. Bu ümmət isə münafiqləri də içində olduqları halda (yerlərində) durub qalırlar. Allah — subhənəhu və təalə — onların yanlarına (tanıdıqlarından başqa bir surətdə) yaxınlaşıb: «Mən sizin Rəbbinizəm!» deyə buyurur. Onlar da: «Rəbbimiz gələnə qədər bizim yerimiz buradır. Buradan heç bir yana tərpənməyəcəyik. Rəbbimiz gəldikdə isə biz onu tanıyacağıq (sən bizim Rəbbimiz deyilsən)» deyirlər. Bundan sonra Allah — subhənəhu və təalə — (ikinci dəfə) onların yanına gəlir və: «Mən sizin Rəbbinizəm!» deyə buyurur. Onlar da: «Bəli, sən bizim Rəbbimizsən!» deyirlər. Sonra Allah — subhənəhu və təalə — onları çağırır və Cəhənnəm üzərindən Sırat — körpüsü qurulur. Ümmətimlə bərabər körpünün üstündən keçən Peyğəmbərlərin ilki mən olacağam. O, gün Peyğəmbər-lərdən başqa heç bir kimsə danışmaz. Peyğəmbərlərin danışması isə: «Allahım salamat et! Allahım salamat et! (qoru)» deyə olacaqdır. Cəhənnəmdə qırmaqlar vardır. Eyni ilə Sadan tikanları kimidir. (Peyğəmbər): «Sadan tikanlarını gördünüzmü?» deyə buyurdu. (Səhabələr): «Bəli» deyə cavab verdilər. (Peyğəmbər): «Həqiqətən o, qırmaqlar Sadan tikanları kimidir. Ancaq o, qırmaqların böyüklüyünü Allahdan başqa heç kəs bilməz. Bu qırmaqlar insanları (pis) əməllərindən aslı olaraq tutub yaxalayacaqlar. Kimiləri öz (pis) əməllərinə görə məhv olacaq, kimilərindən də bir parça qopardılacaqdır. Sonunda isə onlar qurtulacaqlar. Bundan sonra Allah — subhənəhu və təalə — rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» — deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha bir şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər bir yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir!». Onlar atəşdən yanmış, qap-qara halda çıxardılarlar. Onların üzərlərinə Həyat Suyu adlanan sudan tökərlər. Onlar selin gətirdiyi toxumlar kimi cücərməyə başlayarlar. Allah — subhənəhu və təalə — öz qulları üzərində haqq-hesabı çəkib bitirdikdən sonraCənnət ilə Cəhənnəm arasında bir nəfər qalır. Bu kimsə Cənnətə girən ən son Cəhənnəmlik olacaqdır. (Başqa rəvayətdə: «Bu kimsə Cənnət əhlinin Cənnətə ən son girəni olacaqdır»). Onun üzü Cəhənnəmə tərəf yönəlmi olacaqdır. O, kimsə: «Ya Rəbbim! Üzümü Cəhənnəmdən çevir onun isti küləyi (qoxusu) məni zəhərləyib öldürür, atəşi isə məni yandırır». Allah: «Əgər sənin istədiyin yerinə yetsə bundan sonra məndən başqa bir şey istəyəcəksənmi?» deyə buyurur. O, kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz verir. Allah onun üzünü Cəhənnəm atəşindən çevirir. O, kimsə üzünü Cənnətə tərəf çevirdikdə oranın gözəlliyini görüb Allahın dilədiyi müddət qədər susduqdan sonra: «Ey Rəbbim! Məni Cənnətin qapısına yaxınlaşdır» deyir. Allah: «Məgər sən and içməmişdin ki, Məndən bu istədiyindən başqa bir şey istəməyəcəksən?». O, kimsə: «Ey Rəbbim! Yaratdıqlarının ən bədbəxti olmamaqdan ötrü!» deyir. Allah: «Əgər sənin bu istədiyin də yerinə yetsə bundan sonra məndən başqa bir şey istəyəcəksənmi?» deyə buyurur. O, kimsə: «İzzətinə and olsun ki, xeyr!» deyərək Allaha (bu işdə) and və söz verir. Allah onu Cənnətin qapısına yaxınlaşdırır. O, kimsə Cənnətin qapısına yaxınlaşdıqda orada olan gözəlliyi, içindəki sevinci və rəngarəngliyi gördükdə Allahın dilədiyi müddət qədər susduqdan sonra: «Ey Rəbbim! Məni Cənnətə sal!» deyir. Allah: «Vay sənə ey Adəm oğlu! Nə qədər sən öz sözündən dönürsən! Məgər sən and içməmişdin ki, Məndən bu istədiyindən başqa bir şey istəməyəcəksən?». O, kimsə: «Ey Rəbbim! Məni yaratdıqlarının ən bədbəxti etmə!» deyəcəkdir. Allah — subhənəhu və təalə — gülər və ona Cənnətə girməyə izn verər və ona: «Dilədiyini istə!» buyurar. O, da arzuladığı şeyləri tükənənə qədər istəyəcəkdir. Arzuladığı şeylər tükəndikdən sonra Allah: «Bunu da, bunu da (əlavə et) buyuraraq ona istədiklərini xatırladacaqdır. Sonda bütün istədikləri bitdikdən sonra Allah: «Bunların hamısı və bir o, qədər də sənindir!» deyə buyurur.
Əbu Səid əl-Xudri – radıyallahu anhu — Əbu Hureyrə – radıyallahu anhu — ya həqiqətən Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Allah, bunlar hamısı və daha on misli qədər də sənindir». Buna Əbu Hureyrə – radıyallahu anhu — cavab verərək dedi: «Mən onu yadda saxladım ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Sənə bu istəklərinin yanında bir o, qədər də verilmişdir». Əbu Səid – radıyallahu anhu — deyir: «Mən eşitdim ki, O, deyir: «Sənə bu istəklərinin yanında on misli daha vardır» (Buxari 806, Müslim 182.)
Əbu Səid əl-Xudri – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in zamanında bir qurup insanlar: «Ya Rəsulallah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Peyğəmbər: «Bəli, görəcəksiniz!» dedi və sözünə davam edərək: «Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü gündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?». Onlar: «Xeyr, Ya Rəsulallah». O: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı da görməkdə heç bir əziyyət çəkməyəcəksiniz» deyə buyurdu.
Qiyamət günü olduqda bir carçı qışqıraraq: «Hər ümmət (dünyada ikən) kimə ibadət edirdisə qoy onun ardınca düşsün». Bundan sonra Allahdan başqa bütlərə, tağutlara və s. ibadət edənlərin hamısı heç bir kimsə qalmadan Cəhənnəmə sürüklənirlər. Sonda yalnız əməlisaleh kimsələr, (Allaha ibadət edən) günahkarlar, həmçinin də Kitab Əhlindən bir qurup kimsələr qalır. İlk öncə Yəhudilər çağrılırlar və onlardan: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu Üzeyr — əleyhissəlam — a ibadət edirdik!» deyərlər. Onlara: «Yalan deyirsiniz! Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə istəyirsiniz?». Onlar: «Ey Rəbbimiz! Biz çox susadıq, bizə su ehsan et!» deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək Cəhənnəmə sürüklənirlər. Cəhənnəm onlara şərab (ilğım) kimi görsənir. Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər. Sonra Xristianlar çağrılaraq onlara da: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu İsa — əleyhissəlam — a ibadət edirdik!» deyərlər. Onlara: «Yalan deyirsiniz! Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə istəyirsiniz?». Onlar: «Ey Rəbbimiz! Biz çox susadıq, bizə su ehsan et!» deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək Cəhənnəmə sürüklənirlər. Cəhənnəm onlara şərab (ilğım) kimi görsənir. Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər.
Sonda Allaha ibadət edən əməlisaleh və günahkar kimsələrdən başqası qalmaz. Aləmlərin Rəbbi olan Allah — subhənəhu və təalə — onların yanlarına (onların) tanımaqlarına yaxın bir surətdə gəlir və onlara: «Hər ümmət ibadət etdiyi şeyin ardınca düşmüşdür. Bəs siz nəyi gözləyirsiniz?» deyə buyurar. Onlar: «Biz dünyada ikən onlara möhtac olmağımıza baxmayaraq bu insanlardan ayrı olduq və onlarla dostluq etmədik. Biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik!» deyərlər. Allah: «Mən sizin Rəbbinizəm!» deyə buyurar. (Başqa rəvayətdə: «Onlar bir və ya iki dəfə: «Biz Allahla yanaşı başqa birisinə ibadət etmirik!» deyərlər. Hətta bir qismi (imtahanın şiddətindən doğru olandan) dönməyə yaxınlaşır. Sizinlə onun arasında bir əlamət varmı ki, bunun sayəsində siz onu tanıya biləsiniz. Onlar: «Bəli!» deyirlər. Bundan sonra Rəbbimiz (Qiyamət günü) ayağını ortaya çıxarır (göstərir) və bütün mömin kişi və qadınlar onun qarşısında səcdəyə qapanırlar. (Yalnız) dünyada ikən göstəriş və riyakarlıqla səcdə edənlər qalırlar. (Onlardan hər biri) səcdə etməyə çalışarlar. Lakin onların onurğa sümükləri tək bir sümük halına düşər (əyilməz) və (onlar səcdə edə bilməzlər)». Sonra başlarını (səcdədən) qaldırırlar. İlk dəfə görmüş olduqları surət dəyişmiş olaraq: «Mən sizin Rəbbinizəm!» deyə buyurar. Onlar da: «Bizim Rəbbimiz Sənsən!» deyərlər
(Buxari 4581, Müslim 183.)

ONLARIN HƏYATI BİR İBRƏTDİR

19.«Biz Peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik!». (ən-Nisa 164).
İbn Abbas – radıyallahu anhu — deyir ki, Ubey b. Kəb – radıyallahu anhu — bizə belə rəvayət etdi ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «(Bir gün) Musa — əleyhissəlam — İsrail oğullarına xütbə ilə müraciət etdikdən sonra onlar (İsrail oğulları): «İnsanların ən elmlisi (alimi) kimdir?» deyə soruşdular. Musa: «İnsanların ən elmlisi (alimi) mənəm?» deyə cavab verdi. Lakin bu xüsusda elmi: «Allah ən gözəl bilir!» deyərək Allaha həvalə etmədiyindən ötrü Allah onun bu sözlərinə etiraz bildirərək: «Həqiqətən iki dənizin qovuşduğu yerdə mənim qullarımdan biri vardır ki, o səndən də çox elmlidir!» deyə ona vəhy etdi. Musa: «Ya Rəbbim! Mən onunla necə görüşə bilərəm?» deyə soruşdu. Ona: «Zənbilin içinə bir balıq qoy və (səfərə çıx), harada balığı itirsən mənim qulum orada olacaq!» deyə buyrudu. Bundan sonra Musa, yanında gənc xidmətçisi olan Yuşa b. Nun ilə birlikdə səfərə çıxdılar. Balığı zənbilin içində (xidmətçisi) daşıyırdı.
Nəhayət (iki dənizin qovuşduğu yerdə) bir qayanın yanına çatdılar. (İstirahət üçün qayanın yanında) Musa və yanındakı gənc xidmətçisi yuxuya daldılar. Bu an (zənbildə gətirdikləri) balıq zənbildən sıçrayıb çıxaraq dənizdə bir yarğana tərəf üz tutdu. (Dəniz içində belə bir yarğanın (yolun) açılması) Musa və onun gənc xidmətçisini çox təcüblən-dirdi. (Oyandıqdan sonra) onlar yollarına davam edərək bütün gecəni yol getdilər. Səhər açıldıqda, Musa öz xidmətçisinə: «Nahar yeməyimizi gətir. Bu səfər bizi lap əldən salıbdır!» dedi. Halbuki Musa (görüş üçün) əmr olunduğu yeri keçmədikcə heç bir yorğunluq hiss etməmişdir. Xidmətçisi: «İş burasındadır ki, biz qayanın yanında olduğumuz vaxt mən balıq haqqında təmamilə unutmuşdum. Doğrusu onu xatırlamağı mənə şeytandan başqası unutdurmadı. Balıq (dirilib) əcaib bir şəkildə dənizə tərəf yollandı!» deyə cavab verdi. Musa: «Elə bizim axtardığımız da budur!» deyə cavab verdi. Onlar öz izlərinə (ləpirlərinin) izinə düşərək gəldikləri yoll geri qayıtdılar. Gənc xidmətçi balığın getdiyi yeri ona göstərdi. Musa: «Mənə vəsf olunan yer elə buradır deyərək ətrafında o, şəxsi axtarmağa başladı. Nəhayət qaynın yanına çatdıqda əbaya bürünərək arxası üstə yatmış vəziyyətdə birisini — Xıdırı (XIDIR — yaşıl, yaşıllıq deməkdir. Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Xıdıra — Xıdır deyilməsinin səbəbi budur: «Xıdır otsuz quru bir yerə oturduğu zaman o, otsuz yer yaşıllıqa qərq olardı (bürünərdi)» Buxari 3402.) gördülər». Musa: «Əssələmu Aleykum!» deyə onu salamladı. Xıdır üzünün örtüyünü açaraq: «Və Aleykuməs Salam! Sənin ölkəndə belə bir salam haqqında haradan bilirlər?» deyə soruşdu. Musa: «Mən — Musayam!» deyə cavab verdi. Xıdır: «İsrail oğullarından olan Musasan?» deyə soruşdu. Musa: «Bəli!» deyə cavab verdi. Xıdır: «Sən Allahın sənə öyrətdiyi elə bir elm üzərindəsən ki, mən onu bilmirəm. Mən də Allahın mənə öyrətdiyi elə bir elm üzərindəyəm ki, sən onu bilmirsən!» dedi. Musa: «Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?» deyə soruşdu. Xıdır: «Doğrusu sən (məndən öyrənmək üçün) mənimlə bir yerdə əsla səbr edib dözə bilməzsən. Axı sən (batininə, mahiyyətinə bələd olmadığın) bilmədiyin bir şeyə necə səbr edib dözə bilərsən. (Yəni — sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir)» deyə cavab verdi. Musa: «İnşəallah! Mənim səbrli olduğumu görəcəksən və sənin heç bir əmrindən çıxmayacağam!» deyə cavab verdi. Xıdır: «Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etmədikcə məndən heç bir şey haqqında soruşma» deyə cavab verdi. Musa: «Bəli!» dedi. Xıdır ilə Musa — əleyhimussəlam — gəmiləri olmadığı üçün dənizin sahili ilə getməyə başladılar. (Bir müddətdən sonra) bir gəminin yanına çatdılar. Onları da gəmiyə götürmələri üçün (dənizçilərdən) xahiş etdilər. Gəmiçilər Xıdır – əleyhissəlam — ı tanıdıqları üçün onlardan heç bir gediş haqqı da tələb etmədilər. (Bir müddətdən sonra) bir sərçə uçub gələrək gəminin kənarına qondu və dənizdən bir, iki dimdik su götürdü. (Bunu görəcək) Xıdır: «Ya Musa! Sənin aldığın elm ilə, mənim aldığım elm Allahın elmindən bu sərçənin dənizdən əskiltdiyi qədər belə əskiltməz!» dedi. (Bir müddətdən sonra) Xıdır gəminin (taxtalarından) birinə əl atıb onu sökməyə başladı. Musa: «(Bu) insanlar bizi öz gəmilərinə heç bir gediş haqqı tələb etmədən götürdülər. Sən isə bilə-bilə onların gəmilərini deşdin ki, onları suya qərq edərək batırasan. Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Unutduğum bir şeydən ötrü məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!» dedi. Beləliklə Musa — əleyhissəlam — (səfərin ilk başında) birinci dəfə unutqanlıq göstərdi. Gəmidən düşdükdən sonra onlar yollarına davam etməyə başladılar. (Bir müddətdən sonra) uşaqlarla oynayan bir oğlan uşağını gördülər. Xıdır — əleyhissəlam — dərhal (uşaqlarla oynayan) oğlan uşağının yanına yaxınlaşaraq əliylə onun başından tutub yerində qopardı!». Musa: «Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan pak, məsum bir cana qəsd etdin? Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Əgər bundan sonra səndən bir şey haqqında xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzürlüsən (məni atıb getməyə haqqın vardır) deyə cavab verdi. Sonra yenə də yollarına düzəlib getdilər. Axırda bir məmləkətin əhalisinə yetişib, onlardan yeməyə bir şey istədilər. Məmləkətin əhalisi onları qonaq (müsafir) etməkdən çəkindilər. Onlar o, məmləkətdə yıxılmaq (uçulmaq) üzərə olan bir divar gördülər. (Xıdır) o, divarı əlilə düzəltdi. Musa: «Bunlar elə bir qövümdür ki, biz onların yanına gəldik, lakin onlar bizi qonaq (müsafir) etməkdən çəkindilər. İstəsəydin sözsüz ki, bu iş müqabilində onlardan (çörək pulu) alardın!» dedi. Xıdır: «Bu o, deməkdir ki, artıq biz səninlə ayrılmalıyıq. Zahiri gördüyün və dözə bilmədiyin şeylərin daxili mənasını (batinini, mahiyyətini) sənə xəbər verəcəyəm.
Belə ki, gəmiyə gəlincə o, dənizdə işləyən bir qurup yoxsula məxsusdur. Ona görə mən onu xarab etdim ki, bu adamların arxasında hər bir yaxşı gəmini zorla (ədalətsiz olaraq) ələ keçirən bir hökmdar vardır. Gəmini almaq üçün gələn hökmüdar onun deşik olduğunu gördüyü zaman onu zorla ələ keçirməkdən vaz keçdi. Sonra gəmi sahibləri o, gəmini taxta ilə düzəldib təmir etdilər. Oğlan uşağına gəldikdə isə onun ata-anası mömin kimsələr idi. (Mən onun daxilinə baxıb) gördüm ki, həddi-buluğa yetişdiyi zaman kafir olacaqdır. Böyüdükdə isə ata-anasını da öz arxasınca azğınlığa, küfrə sürükləyəcəkdir. İstədim ki, Rəbbi onun əvəzində onlara daha təmiz və ata-anasına qarşı daha mərhəmətli olan başqa bir övlad versin. Divara gəldikdə isə o, məmləkətdə yaşayan iki yetim oğlanındır. Altında onlara çatan bir xəzinə vardır. Onların atası əməlisaleh bir adam idi. Allah onların həddi-buluğa çatmalarını və Rəbblərindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxarmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim. (Yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili (batini) mənası budur!» dedi. Peyğəmbər: «Allah Musaya rəhmət etsin! İstərdim ki, o, daha çox səbr edərdi və biz də onların aralarında baş verən hadisələrdən daha çox xəbərdar olardıq!» deyə buyurdu .
İbn Abbas – radıyallahu anhu — rəvayət edir ki, İbrahim — əleyhissəlam — İsmail — əleyhissəlam — ın anası (Həcəri) və hələ beşikdə olan oğlu İsmail — əleyhissəlam — ı Kəbəyə gətirir. Onları məscidin üst tərəfində bitən böyük bir ağacın yanında buraxaraq geri dönür. Sonralar orada Zəm-Zəm suyu çıxmışdır. O, günlərdə Məkkədə su olmadığı kimi, heç kimsə də yox idi. (İbrahim) Onları orada buraxaraq yanlarında içi xurma ilə dolu bir kisə və bir də su ilə dolu tuluq qoyur. Sonra İbrahim — əleyhissəlam — (Şama) qayıtmaq üçün oradan çıxır. İsmail — əleyhissəlam — ın anası (Həcər) onun ardınca düşərək: «Ey İbrahim! Bizləri heç bir insan olmayan və heç bir şeyin olmadığı bir vadidə tək buraxıb hara gedirsən!» deyə səslədi. (Həcər) Bu sözləri bir neçə dəfə təkrar etdi. Lakin (İbrahim) ona tərəf dönüb baxmadıqda (Həcər): «Bunu sənə Allahmı əmr etdi!» deyə soruşdu. (İbrahim): «Bəli!» deyə cavab verdi. (Həcər): «Onda O, bizi tək buraxmaz!» deyib geri (İsmail) yanına qayıtdı. İbrahim — əleyhissəlam — yoluna davam edərək əs-Səniyyə adlanan bir təpəyə çatdı. (Onlar tərəfindən) görülməyən bir hündürlüyə qalxaraq üzünü Kəbəyə tərəf çevirdi və əllərini səmaya qaldıraraq Allaha dua etdi: «Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytul-Həramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükr edə bilsinlər!» (İbrahim 37).
İsmail — əleyhissəlam — ın anasına gəldikdə isə o, oğlunu əmizdirir və (İbrahimin) onlar üçün qoyduğu sudan içirdilər. Tuluqda olan su qurtardıqdan sonra Ana və oğulu susuzluq bürüdü. (Həcər) oğlunun susuzluqdan torpaq üzərində qıvrıldığını və ya yuvarlandığını gördükdə (oğlunu) bu vəziyyətdə görməmək üçün oradan uzaqlaşdı. (Onların qaldıqları yerə ən yaxın olan) Səfa təpəsini görüb, qaçaraq ora çıxdı və vadiyə tərəf baxaraq: «Bir kimsə görə bilərəmmi?» deyə ətrafa baxmağa başladı. Lakin heç kimsəni görmədikdə Səfa təpəsindən endi. Vadiyə çatdıqda paltarının ətəyini qaldıraraq qaçmağa başladı. Üzülmüş, yorulmuş bir insanın qaçışı kimi qaçaraq vadini keçdi və Mərva adlanan təpəyə çatdı. Təpəyə qalxaraq: «Bir kimsə görə bilərəmmi?» deyə ətrafa baxmağa başladı. Lakin yenə də heç kimsəni görə bilmədi. Beləcə (bu yeri) yeddi dəfə gedib-gəldi.
İbn Abbas – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Elə bu səbəbdən də insanlar (Həcc və Ümrə ziyarətlərində) bu iki təpənin arasını qaçırlar!». (Sonra söhbətinə davam edərək) Son dəfə Mərva təpəsinə çıxdıqda bir səs eşitdi. Öz-özünə: «Sus!» deyərək diqqətlə qulaq asmağa başladı və eyni səsi yenə də eşitdi. (Həcər): «Sən (səsini) mənə eşitdirdin. (Bəs) mənə yardım edə bilərsənmi?» dedi və bir də baxdı ki, (indiki) Zəm-Zəm quyusunun yerində bir mələk (Cəbrail) topuğu (və ya qanadı) ilə yeri qazır. Nəhayət oradan su fəvvarə ilə fışqırmağa başladı. (Həcər) dərhal suyun ətrafını hovuz kimi düzəltməyə başladı. Bir tərəfdən əli ilə düzəldir, digər tərəfdən isə tuluğu doldururdu. O, suyu doldurduqca su oradan fəvvarə ilə fışqırırdı. Başqa rəvayətdə: Peyğəmbər: «(Həcər) suyu oradan ovuc-ovuc aldıqca su oradan ovucladığı miqdarda fışqırırdı». Başqa rəvayətdə: İbn Abbas – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Allah İsmail — əleyhissəlam — ın anasına rəhmət etsin! Əgər o, Zəm-Zəm quyusunu başlı-başına buraxsaydı və ya onu ovuclamasaydı o, (yer üzündə) axar bir su olardı» dedi və (sözünə davam edərək Həcər) sudan içdi və uşağı əmizdirdi. Mələk onlara: «Həlak olmaqdan qorxmayın. Çünkü burada bu oğlan uşağının və atasının tikəcəkləri Allahın evi olacaqdır. Allah ona (ibadət edənləri) tək buraxmaz» deyə cavab verdi. (Kəbə) təpə kimi hündür bir yerdə yerləşirdi. Sellər onun sağından və solundan axardı. (Həcər) bu şəkildə yaşamağına davam etdiyi bir gündə onların yanından Kada tərəfdən Curhum qəbiləsindən olan bir ailə keçirdi. Məkkənin aşağı hissəsində olan bir yerdə dayandılar. Onlar göydə qanad çalan quşu gördükdə: «Heç şübhəsiz ki, bu quş suyun ətrafında uçur. Lakin bizdə olan məlumata görə bu vadidə su olmamalıdır» dedilər və dərhal ora bir və ya iki nəfər göndərdilər. Onlar orada suyu tapdıqda qalanlarına da xəbər göndər-dilər. Sonra (Curhum qəbiləsindən olanlar) ora yollandılar. (Onlar ora gəldikdə) İsmail — əleyhissəlam — ın anası suyun ətrafında oturmuşdu. (Curhumlar): «Sənin ətrafında məskunlaşmağımıza icazə verərsənmi?» deyə soruşdular. (Həcər): «Bəli! (Sudan istifadə edə bilərsiniz). Lakin suda mülkiyyət haqqınız yoxdur!» dedi. Onlar da: «Yaxşı!» deyə cavab verdilər.
İbn Abbas – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «İnsanlarla ünsiyyətdə olmağı xoşladığı üçün (Curhumların gəlişi) İsmail — əleyhissəlam — ın anasını çox sevindirdi. (Curhumlar) orada məskunlaşdılar. (Bir müddətdən sonra) öz ailələrinin ardınca xəbər göndərdilər. Onlar da gəlib orada məskun-laşdılar. (İllər ötdü) İsmail — əleyhissəlam — gənclik çağına yetişdi. Onlardan ərəb dilini öyrəndi. (İsmail Curhumların) ən çox bəyəndikləri və sevdikləri bir gəncə çevrildi. Həddi-buluğa çatdıqda onu öz qəbilələrindən olan bir qızla evləndirdilər». (Bir müddətdən sonra) İsmail — əleyhissəlam — ın anası (Həcər) dünyasını dəyişdi. Onun ölümündən və (İsmail) toyundan sonra atası İbrahim — əleyhissəlam — ailəsini axtarmaq üçün (onları tək buraxdığı) vadiyə qayıdır. Lakin o, İsmail — əleyhissəlam — ı (evində) tapmadığından onun haqqında yoldaşından xəbər alır. (Qadın): «Bizim üçün ruzi axtarışına çıxıb!» deyir. Başqa rəvayətdə: «Bizə ruzi axtarmaq üçün ova çıxıb!» deyir. Sonra (İbrahim) ondan onların yaşayış tərzindən və vəziyyətlərindən soruşur. (Qadın): «Yaxşı deyilik! Vəziyyətimiz çox pisdir, ehtiyac içindəyik!» deyə şikayət etməyə başlayır. (İbrahim): «Ərin gəldikdə ona mənim salamımı çatdır və ona de ki, qapısının kəndarını dəyişsin!» deyə buyurdu. İsmail — əleyhissəlam — (bir müddətdən sonra) evə gəlir və nə isə hiss edərək yoldaşına: «Sizə kimsə gəldimi?» deyə soruşur. (Qadın): «Bəli! Bizə ixtiyar yaşına çatmış bir kimsə gəlmişdi. Bizdən səni soruşdu. Mən də (onu maraqlandıran şeyləri) ona xəbər verdim. Sonra məndən yaşayış tərzimizdən və vəziyyətimizdən soruşdu. Mən də: «Yaxşı deyilik! Vəziyyətimiz çox pisdir, ehtiyac içindəyik!» deyə şikayətləndim. (İsmail): «Hansısa bir tövsiyyəni etdimi?» deyə soruşdu. (Qadın): «Bəli! Sənə salamını çatdırmağı və bir də qapının kəndarını dəyişməyi tövsiyyə etdi!» deyə cavab verdi. (İsmail): «Bu mənim atamdır! Mənə səndən ayrılmağımı tövsiyyə edir. Sən ailənin yanına qayıtmalısan» deyə buyurdu. (Bir müddətdən sonra) onu boşadı və (Curhumlar qəbiləsindən) olan başqa bir qadınla evləndi. İbrahim — əleyhissəlam — onlardan Allahın dilədiyi bir müddət qədər uzaq qaldıqdan sonra yenə də geri onları axtarmağa gəlir. Lakin yenə də İsmail — əleyhissəlam — ı (evində) tapmadıqda onun yoldaşının yanına girərək harada olduğunu soruşur. (Qadın): «Bizim üçün ruzi axtarışına çıxıb!» deyir. (İbrahim): «Vəziyyətiniz necədir?» deyərək onlardan yaşayış tərzlərindən və vəziyyətlərindən soruşur. (Qadın): «Allaha şükürlər olsun ki, hər şey yaxşıdır! Bolluq içindəyik!» deyir. (İbrahim): «Yeyəcəyiniz nədir?» deyə buyurdu. (Qadın): «Ət» deyə cavab verdi. (İbrahim): «İçəcəyiniz nədir?» deyə buyurdu. (Qadın): «Su» deyə cavab verdi. Bu cavabdan sonra İbrahim: «Allahım ətlərinə və sularına bərəkət ver!» deyə dua etdi. Peyğəmbər: «O, vaxtlar (Məkkədə) taxıl yox idi. Əgər onların taxılı olsaydı onun üçün də Allaha dua edərdi!» deyə buyurdu.
İbn Abbas – radıyallahu anhu — deyir ki, əgər bir kimsə Məkkədən kənar bir yerdə yalnız ət və su ilə qidalanarsa bu onun xeyrinə olmaz. (Çünki bu İbrahim — əleyhissəlam — ın onlar üçün olan duası idi). Başqa rəvayətdə: (İbrahim): «İsmail haradadır?» deyə buyurdu. (Qadın): «Ova gedibdir!» deyib və ona: «Bəlkə evə buyurub yeyib-içəsiniz!» dedi. (İbrahim): «Yeyəcəyiniz və içəcəyiniz nədir?» deyə buyurdu. (Qadın): «Yeyəcəyimiz ət, içəcəyimiz isə sudur!» deyə cavab verdi. Bu cavabdan sonra İbrahim: «Allahım yiyəcəklərinə və içəcəklərinə bərəkət ver!» deyə dua etdi. İbn Abbas – radıyallahu anhu — rəvayət edir ki, Əbul Qasım — sallallahu aleyhi və səlləm — buyurdu: «İbrahim — əleyhissəlam — ın duasının bərəkəti idi ki, yalnız (Məkkədə) ət və su ilə keçinmək olardı».
(İbrahim): «Ərin gəldikdə ona salamımı çatdır və ona de ki, qapının kəndarını möhkəm saxlasın» deyə buyurdu. (İsmail) qayıtdıqda: «Sizə kimsə gəldimi?» deyə buyurdu. (Qadın): «Bəli! Bizə nurani bir ixtiyar gəlmişdi» deyib onu tərif etdi. Sonra Məndən səni soruşdu. Mən də onu maraqlandıran şeyləri ona xəbər verdi. Sonra məndən yaşayış tərzimizi və vəziyyətimizi soruşdu. Mən də hər şeyin yaxşı olduğunu xəbər verdim. (İsmail): «Sənə hansısa bir tövsiyyəsini etdimi?» deyə buyurdu. (Qadın): «Bəli! Sənə salamını çatdırmağı və qapının kəndarını möhkəm saxlamağı tövsiyyə etdi» deyə cavab verdi. (İsmail): «Bu mənim atamdır! Qapının kəndarı isə sənsən! Səndən ayrılmamağımı əmr etdi!» deyə buyurdu.
İbrahim — əleyhissəlam — onlardan Allahın dilədiyi bir müddət qədər uzaq qaldıqdan sonra yenə də (onları axtarmaq) üçün geri qayıdır. Oğlunu İsmail — əleyhissəlam — ı Zəm-Zəm suyunun yanında olan böyük bir ağacın altında oxunun uclarını itlədiyini görür. (İsmail) Atasını gördükdə ayağa qalxaraq ona tərəf yürüyür və atanın oğula, oğulun da ataya olan davranışı kimi bir-biri ilə davranırlar. (İbrahim): «Oğlum! Mən Allahdan bir əmr almışam!» deyə buyurdu. (İsmail): «Rəbbinin sənə əmr etdiyini et!» deyə cavab verdi. (İbrahim): «Sən mənə bu işdə kömək edə bilərsənmi?» deyə buyurdu. (İsmail): «Bəli! Mən sənə kömək edə bilərəm!» deyə cavab verdi. (İbrahim): «Həqiqətən Allah mənə burada bir ev tikməyi əmr edib!» deyərək ətrafda olan ən yüksək bir yerə işarə etdi. O, gündən onlar Beytin təməlini qoydular. İsmail — əleyhissəlam — daş gətirir, İbrahim — əleyhissəlam — isə (Beyti) tikirdi. Nəhayət Beytin divarları yüksəldikdə (İsmail) bir daş gətirdi. (İbrahim) onu yerə qoyub üzərinə çıxdı və tikməyinə davam etdi. (Ata və oğul) Beyti tikdikcə deyərdilər: «Onu da yadına sal ki, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaltdıqları zaman: «Ey Rəbbimiz! (bu xeyirli işi) bizdən qəbul et, Sən doğurdan da (hər şeyi) eşidən və bilənsən!» deyə dua etdilər». (əl-Bəqərə 127)
(Buxari 3364. )

—————
MÜƏLLİF: K.HÜSEYN

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı