featured-image-2364

Səlim atasından rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əli ilə içməsin. Çünki şeytan sol əli ilə yeyər, sol əli ilə içər”. Nəfi əlavə edir ki: “Sol əli ilə alar, sol əli ilə verər”. Buxari “Ədəbul Mufrad” 1189.

Aişə — radıyallahu anhə — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — bütün işlərinə dəstəmaz aldıqda, saçını daradıqda, ayaqqabı geyindikdə, yeməkdə, içməkdə, paltar geyindikdə sağdan başlamağı xoşlayardı. Sol əlini də ayaq yolunda və xoş olmayan işlər üçün itifadə edərdi”. Buxari 168, Müslim 268, Əbu Davud 32. Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Biriniz ayaqqabısını geyindikdə sağdan başlasın. Çıxardığı zaman da soldan başlasın. Beləliklə sağ ayaq ilk geyindirilən və son çıxardılan olsun”. Buxari 5856, Müslim 2097. Ənəs — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə su ilə qatışdırılmış süd gətirdilər. Sağında bir bədəvi, solunda Əbu Bəkr — radıyallahu anhu — dayanmışdı. Allah Rəsulu içdikdən sonra südü bədəviyə verdi və: “Sağı təqib edin” deyə buyurdu. Buxari 5619, Müslim 2029. Səhl b. Sad — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə içiləsi bir şey gətirildi. Ondan içdi. Sağ tərəfində bir uşaq, sol tərəfində isə bir yaşlı (səhabə) oturdu. Peyğəmbər: “Suyu böyüklərə verməyimə icazə verərsənmi?” deyə buyurdu. Uşaq: “Vallahi xeyr!” dedi. Səndən gələn nəsibimi heç kimə vermərəm. Peyğəmbər — sallallahu aleyhi və səlləm — bardağı ona verdi (sağda olan insan isə İbn Abbas — radıyallahu anhu — idi)”. Buxari 5650, Müslim 2050.

Sol Əldən İstifadə Yeri
Əbu Qatadə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Sizdən biriniz kiçik ayaq yoluna çıxdıqda övrətini sağ əli ilə tutmasın və sağ əliylə yuyunmasın. (Bir şey içərkən) qabın içinə doğru nəfəs alıb-verməsin”. Buxari 154, Müslim 267. Aişə — radıyallahu anhə — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi”. Buxari 168, Müslim 268.

Yeməkdə Olan Qadağalar
Sələmə b. Əkva — radıyallahu anhu — rəvayət edir ki, bir nəfər Peyğəmbər — sallallahu aleyhi və səlləm — in hüzurunda sol əliylə yeyirdi. Peyğəmbər: “Sağ əlinlə ye!” deyə buyurdu. Adam: “Bacarmıram” dedikdə Peyğəmbər: “Səni görüm heç bacarmayasan” deyə buyurdu. O, kimsə sağ əllə yeməməsinə yalnız təkəbbürlüyü mane oldu. Sələmə — radıyallahu anhu — deyir ki: “Həqiqətən də o, kimsə sağ əlini bir daha ağzına aparmadı”. Müslim 2021. Ömər b. Əbi Sələmə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “(Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla”. Buxari 5376, Müslim 2022. Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi”. Buxari 5409, Müslim 2064. Əbu Cuhəfə Vəhb b. Abdullah — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Mən yaslanaraq yemək yemirəm”. Buxari 5398. İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Biriniz yemək yediyiniz zaman barmaqlarını yalamadıqca onları silməsin”. Buxari 5456, Müslim 2031. Kəb b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — üç barmağıyla yeyərkən gördüm. Yeməyini bitirdikdə barmaqlarını yaladı”. Müslim 2044. Cabir — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışan (tozu) təmizləsin və yesin. Onu şeytana buraxmasın. Barçaqlarını yalamadıqca əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)”. Müslim 2033. İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman Bismilləh deyin. Qurtardığınız zaman Əlhəmdulilləh deyin (Başqa rəvayətdə: İçərkən üç dəfə nəfəs alıb, verərdi)”. Buxari 5631, Müslim 2028. Əbu Qatadə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Suya doğru nəfəs almağı qadağan etmişdir”. Buxari 5630, Müslim 267. İbn Ömər — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Kafir yeddi bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün yeyər”. Müslim 2060.

———–
YEMƏK VƏ İÇMƏKDƏ HALAL VƏ HARAM
TOPLAYAN VƏ TƏRTİB EDƏN
K.HÜSEYN

Bənzər Məqalələr