featured-image-2354

İbn Abbas — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — köpək dişi olan vəhşi heyvanların və caynaqlı quşların yeyilməsini qadağan etmişdir”. Müslim 1934. Bura daxildir: Qartal, Qırğı, Şahin, Qızılquş və s.

Toyuğun caynaqları olsa da belə yeyilməsi icazəlidir. Əbu Musa — radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər — sallallahu aleyhi və səlləm — in toyuq yediyini gördüm”. Buxari 5517, Müslim 1649.
Bura aiddir: Sərçə, göyərçin və s. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Sərçə kəsdiyi zaman belə rəhmli olan kimsəyə Allah Qiyamət günü rəhm edər”. Təbərani “Kəbir” 7915, əl-Albani “Həsən”.

Ev Eşşəyi, Qatır, At
Cabir — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — Xeybər günü ev eşşəklərinin ətini yeməyi qadağan, atın ətini isə halal etdi”. Buxari 4219, Müslim 1941. Vəhşi çöl eşşəklərinə gəldikdə isə onların yeyilməsinə icazə verilmişdir. Əbu Qatədə — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən soruşdum: “Ya Rəsulallah! Biz ovda vəhşi çöl eşşəyini ovladıq və əti hələ də bizdə qalmaqdadır”. Peyğəmbər: “Qalan ətidə yeyin (Başqa rəvayətdə: Peyğəmbər — sallallahu aleyhi və səlləm — onun ətindən yemişdir)”. Buxari 1824, Müslim 1196. Cabir b. Abdullah — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — Xeybər günü eşşək ətini, Qatırı, köpək dişi olan vəhşi heyvanları və caynaqlı quşların ətini yeməyi qadağan etmişdir”. Əhməd 3/323, Tirmizi 4/61.
İmam Nəvəvi — rahmətullahi aleyhi – deyir ki: “İmam Şafii — rahmətullahi aleyhi – və Şafii məzhəbindən olanlardan bir qrupu Qatırı və eyni zamanda bu yolla əmələ gəlmiş heyvanların (Mələz — hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki) yeyilməsini qadağan edirdilər…”. “Məcmua” 9/27.
Əsmə b. Əbu Bəkr — radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in zamanında biz Mədinədə at kəsib yedik”. Buxari 5511,5512, Müslim.

Müxtəlif Həşəratlar və Meymunİmam Şafii, Əhməd və s. alimlər ayəyə əsaslanaraq: “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər…”. (əl-Əraf 157). Qadağan ediblər yemək: Milçək, Ağcaqanad, Hörmüçək, Eşşəkarısı və s. Çəyirtkə istisnadır: Abdullah b. Auf — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə bərabər yeddi (altı) döyüşdə iştirak etdik, hamısında da çəyirtkə yemişdik”. Buxari 5495, Müslim 1952.
Hafiz b. AbdulBər — rahmətullahi aleyhi – deyir ki: “Meymunun satılmasının və yeyilməsinin qadağan edilməsi barəsində biz alimlər arasında heç bir fikir ayrılığı olduğunu bilmirəm”. “Şərhul Kəbir” 11/68.

Heyvanları Mələz Etməkİbn Ömər — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz — hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki)”. İmam Əhməd.

Heyvanları Döyüşdürmək
Mücahid — radıyallahu anhu – rəvayət edir ki, İbn Ömər — radıyallahu anhu — heyvanları döyüşdürməyi yaxşı işlərdən saymazdı”. Buxari “Ədəbul Mufrad” 1232. Əbu Məsud əl-Ənsari — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — itdən gələn gəliri (ticarətindən, döyüşdürməkdən), zinakarın qazancını və kahinlikdən gələn pulu götürməyi qadağan etmişdir”. Buxari 2237, Müslim 1567.

Xoruza Söymək
Zeyd b. Xalid əl-Cuheyni — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Xoruzu söyməyin. Çünki o, namaza oyadır”. Əbu Davud 5101.

————-
YEMƏK VƏ İÇMƏKDƏ HALAL VƏ HARAM
TOPLAYAN VƏ TƏRTİB EDƏN
K.HÜSEYN

Bənzər Məqalələr