Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zə­ruri əməl də məhz
duadır. Duanın insan həyatın­da, onun bu dünyada və axirətdəki halının müəy­yən edil­məsi baxımından rolu çox böyükdür. Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə eh­ti­yacı ol­duqda Allaha dua edərək düşdüyü sıxın­tı­dan qur­tulmağı Uca Allahdan istəyir. Dua, mömi­nin silahı adlanır.. O, ən əzəmətli ibadətlər­dən sa­yılır. Dua Allah və qul arasında olan bir bağ­lantı­dır. Uca Allah kəramətli olduğu üçün insanların istədik­lərini onlara verir. Uca Allah buyurur: “Qullarım sən­dən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxı­nam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm”. (əl-Bəqərə, 186)

Həqiqətən şükür və tərif yalnız Allaha məx­sus­dur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağış­lan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfs­­ləri­mizin şərin­dən və pis əməl­­­ləri­miz­dən qorun­maq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yo­la yönəldən tapıl­maz. Mən şahidlikedirəm ki, Allah­dan başqa ibadətə haqqı olan məbud yox­dur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçi­si­dir.

“Ey iman gətirənlər! Allahdan layiqincə qor­xun
və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 102)

“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yara­dan və onlardan da bir çox kişi və qadın­ (törə­dib yer üzü­nə) yayan Rəbbi­niz­­dən qorxun! Adı ilə bir-biri­nizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan qor­xun və qohumluq əlaqə­lə­rini kəs­məkdən (çəkinin)! Həqi­qətən, Allah si­zə nə­zarət edəndir!” (ən-Nisa, 1)

“Ey iman gətirənlər! Allahdan qorxun və doğ­ru söz söyləyin! (Əgər belə et­sə­­niz) Allah əməllər­inizi is­lah edər və günah­larınızı bağışla­yar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səa­dətə nail olar.” (əl-Əhzab, 70-71)

Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zə­ruri əməl də məhz duadır. Duanın insan həyatın­da, onun bu dünyada və axirətdəki halının müəy­yən edil­məsi baxımından rolu çox böyükdür. Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə eh­ti­yacı ol­duqda Allaha dua edərək düşdüyü sıxın­tı­dan qur­tulmağı Uca Allahdan istəyir. Dua, mömi­nin silahı adlanır.. O, ən əzəmətli ibadətlər­dən sa­yılır. Dua Allah və qul arasında olan bir bağ­lantı­dır. Uca Allah kəramətli olduğu üçün insanların istədik­lərini onlara verir. Uca Allah buyurur: “Qullarım sən­dən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxı­nam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm”. (əl-Bəqərə, 186)

Təkəbbürlük üzündən Allaha dua etməyənə, Ondan istəməyənə Uca Allahın qəzəbi tutar. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqə­tən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil ola­raq girəcəklər”. (Ğafir,60)

Dua: Onu edənə fayda verməklə yanaşı, həm­çinin üz vermiş ziyandan qorunmağı və ya üz ve­rə biləcək ziyanın dəf
edilməsini istəməyə deyilir.

———
Abdullah

Share Button
Tarix: 25.12.2008 | Oxunma sayı: 582 baxış