Möhtərəm bacı və qardaşlarım!
Qurban bayramı münasibəti ilə sizləri səmimi qəlbdən təbrik edirəm.
Uca Allahdan arzum odur ki, bu bayramı bütün müsəlmanlar üçün xeyirli və bərəkətli etsin.
Bu mübarək günlərdə kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunmasını diləyirəm.
Rəbbimizdən diləyim budur ki, xəstə bacı və qardaşlarımıza şəfa verin, dünyasını dəyişmiş bacı və qardaşlarımızın isə qəbirlərini nurla doldursun.
Allah Təala ruzimizi bol və bərəklətli, ömrümüzü uzun və əməllərimizi salih etsin.
Amin.Amin.Amin.

Allahım! Səndən diləklərin, duaların, müvəffəqiyyətlərin, əməllərin, savabların, həyatın, ölümün ən xeyirlisini diləyirik. Bizi möhkəm və sabitqədəm et! Savablarımızı artır, imanımızı gerçəkləşdir, dərəcələrimizi yüksəlt, namazımızı qəbulet,günahlarımızı bağışla! Səndən Cənnətin ən yüksək zirvələrini istəyirik.
Allahım! Səndən xeyrin başlanğıcını, sonunu, hamısını, əvvəlini, zahirdə və batində olanını və Cənnətin ən yüksək zirvələrini istəyirik. Amin!
Allahım! Səndən gəlməyimizinn, etdiyimziin xeyrini, batində və zahirdə olanların xeyrini və Cənnətin ən yüksək zirvələrini istəyirik.Amin!
Allahım! Səndən ad-sanımızı ucaltmağını, işlərimizi səhmana salmağını, qəlbimizi təmizləməyini, zinadan qorumağını, qəlbimizi nurlandırmağını, günahlarımızı bağışlamağını və Cənnətin ən yüksək zirvələrini istəyirik. Amin!
Allahım! Canımızda, eşitməyimizdə, görməyimizdə, ruhumuzda, xilqətimizdə, əxlaqımızda, ailəmizdə, yaşayışımızda, ölümümüzdə və əməllərimizdə xeyir-bərək ver! Yaxşılıqlarımızı qəbul et və bizə Cənnətin ən yüksək zirvələrini nəsib et. Amin!».

————————–
Xoş arzularla
Sizlərlə bu gözəl duaları paylaşan
Qardaşınız
Yaşar Qurbanov

Share Button
Tarix: 07.12.2008 | Oxunma sayı: 486 baxış