featured-image-2291

Ən əsas, hər bir müsəlmanın dərk etməsi gərək sayılan şərt Qurani-Kərimin həqiqi dəyəri və qiymətidir. Onun qiymətini dərk edəriksə, layiq olduğu və gərək sayılan məqamda tutarıq. Həm də insan, qiymətini dərk etmədiyi bir şeyə əhəmiyyət verə bilməz.
– Qurani-Kərim, müttəqilərə və mütilərə bir hidayətdir, yollarında çıraqdır. Allah Təala bunu Qurani-Kərimin lap başlıqlarında bildirmişdir; “Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır” (əl-Bəqərə, 2).

– Qurani-Kərim, özündən əvvəl nazil olan kitablarda buyurulanları özündə ehtiva edir. “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik.” (əl-Maidə, 48).
– Qurani-Kərimə Allah təalanın verdiyi adlar özü bu kitabın məkanını, məqamını və dəyərini göstərir. Bir yerdə onun hikmətli bir zikr, bir yerdə onun haqqı batildən ayırd edən bir kitab, bir yerdə onun nur olması və sairə kimi qeyd edilmişdir. Elə kitabın özündə belə buyurulub; “Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.” (Ali-İmran, 58) “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir” (əl-Bəqərə, 185). “Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi.” (əl-Maidə, 15).
– Keçmişdə yaşayanların, qədimdə baş verən hadisələrin hekayəsinə, qeyb aləminə aid Qurani-Kərimdə qeyd olunanların hamısına tam əminliklə inanmaq mümkündür. Səhvsiz və şəksiz yeganə bu kimi məlumatlar yalnız Qurandadır.
– İslam ümmətini dəyərləndirən və onları fərqləndirən də Qurani-Kərimdir. Allah təala buyurub ki; “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (əl-Ənbiya, 10).
– Qurani-Kərim, yeganə səmavi kitabdır ki, onu dəyişdirmək, təhrif etmək, əlavələr və sairə etmək hələ də mümkün olmamışdır və həmişə də qorunacaqdır. “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9).
– Qurani-Kərim bütün bəşəriyyətə və insanların hamısını şamil edən bir kitabdır. Onu oxuyarkən biz Allahın insanlara müraciət etdiyini görə bilərik. O Uca Rəbbimiz bəzən “Ey insanlar”, bəzən də “ey Adəm oğlu” deyə müraciət edir. “Ey insanlar” müraciəti Quranda 19 dəfə, “Ey Adəm oğlu” da 4 dəfə təkrarlanıb.
– Qurani-Kərimin məzmununu ətraflı oxuyaraq anlayırıq ki, bu müqəddəs kitab sadəcə şəriət və ya ibadət kitabı deyil. Bu kitab özündə yalnız moizələr, ya tərbiyəvi, ya ictimai, ya da dini mövzular deyil, insan həyatını şamil edən və hər bir şeyə aid mövzuları özündə cəm edir.

Qurani-Kərimin hədəfi və məqsədləri

Qurani-Kərimlə düzgün rəftar etmək üçün ikinci ən əsas məsələ, bu müqəddəs kitabın içində olan hədəfləri, qayələri, məqsədləri dərk etməkdir. Fərdlərə və cəmiyyətə nə buyurubsa onu düzgün anlayıb həyata keçirməyi düşünməkdir. Bu məqsədləri təfsilatlı yazmaq və uzatmaq mümkündür, lakin başda duran və ondan şaxələnən əsas hədəflər vardır.
– Qurani-Kərim əsasən, bütün insanlara bir hidayət yolunu göstərən kitabdır. “Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (əl-Maidə, 15-16)
– Qurani-Kərim, insanları müxtəlif zülmətlərdən çıxarıb nura aparan yeganə vasitədir. “Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura — Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır” (İbrahim, 1).
– Quran insanları səadətə və xoşbəxtliyə aparıb çatdırmaq məqsədini daşıyır. “Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə (bədbəxtçiliyə) düşəsən” (Ta. Ha , 2)
– Qurani-Kərimin hədəflərindən biri də islam ümmətini əziz və kəramətli saxlamaq, bu ümməti hamıdan üstün etməkdir. “Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir” (əz-Zuxruf, 44) “Sizə sizləri xatırladan bir Kitab nazil etdik” (əl-Ənbiya, 10
————–
Göndərdi:
Ülkər Əliyeva

Bənzər Məqalələr