Günahlar – özü kimi başqa günahların yaranmasına səbəb olur. Bir günahdan başqa bir günah törəyir. İş o səviyyəyə çatır ki, bəndə günahdan uzaqlaşa bilmir, ayrıla bilmir. Müdriklərdən biri demişdir: «Pisliyin cəzası, ondan sonra gələn başqa bir pislik, yaxşılığın savabı isə ondan sonra gələn başqa bir yaxşılıqdır.»

 

Qul yaxşılıq etdikdə yanındakı başqa bir yaxşılıq “məni də et!” – deyər. Onu da edərsə, üçüncüsü də bu cür deyər.. Qazanc ikiqat artar, yaxşılıqlar çoxalar. Pisliklər də yaxşılıqlar kimidir. Hər ikisi – (Allaha itaətkarlıq və ya Ona itaətsizlik) möhkəm / sabit forma alıncaya qədər inkişaf edər. Yaxşı əməllərə öyrəşmiş insan, bir yaxşılığı etməkdən yan keçdikdə, sanki dünya ona dar gələr, özünü narahat hiss edər. Belə insan sudan çıxarılmış balığa bənzəyir. Onu yalnız suya qaytardıqdan sonra sakitləşər və rahatlıq tapar.

 

Günahlar da o cürdür.. Bir günah etməsə, əvəzində savab iş görsə, canı sıxılar, narahat olar. Yenidən günah etməzsə, rahatlıq tapmaz. Hətta o qədər günahkarlar vardır ki, günah edirlər, ancaq o günahdan nə həzz alırlar, nə də ki, ona ehtiyac duyurlar.. Lakin onu etməkdən özlərini saxlaya bilmirlər.

 

Bəndə savab/xeyirli işlər görməyə meyl etdikcə; onu sevib, ona öyrəşdikcə – Uca Allah həmin bəndəyə Öz mərhəmətindən bəxş edərək mələklərini göndərər.. Mələklər xeyir işlərində ona kömək edər. Hətta yatağında və oturacağında belə onu xeyir işlər görməyə təhrik edər. Eləcə də bəndə günaha meyl etdikcə, ona öyrəşdikcə və onu sevdikcə, Allah onun üstünə şeytanlar göndərər. Onlar da yeni günahlar etməkdə ona kömək edərlər.

 

Birincilər (mələklər) öz yardımları ilə savab sıralarını möhkəmlədər və onun ən sadiq tərəfdarları olarlar. İkincilər (şeytanlar) isə, öz yardımları ilə günah sıralarını möhkəmlədər və onun havadarlarına çevrilərlər. 

Bir sözlə insan, özünü xeyirli əməllərə öyrəşdirməlidir ki, bu onu daha böyük xeyirlərə doğru aparsın. Çünki Allah, mərhəmətli və ədalətlidir. Heç kimə ədalətsizlik və zülm etməz, əksinə – əvəzindən də artıq mükafat verər..

 

Bu yazıda Dahi alim İbn Qayyim’in “Dərd və Dəva” adlı əsərindən istifadə olunmuşdur.

www.islamevi.az

Share Button
Tarix: 05.12.2019 | Oxunma sayı: 628 baxış