featured-image-2156

Tərbiyəsiz qadın şəkillərinə baxıb zinaya düşmək qorxusundan gizlində “istimnə” etməyin hökmü nədir? Allah sizi xeyirlə mükafatlandırsın.

Sizin gizlində istimna etməyinizə gəldikdə, bilin ki haram bir şeylərə baxmağınız sizi başqa bir haram əməli işləməyə sövq etmişdir. Ola bilsin ki, bu gələcəkdə-Allah qorusun- zina kimi böyük günahın işlənməsinə gətirib çıxarsın. Bundan Allaha sığınırıq.

İstimna (masturbasiya) etmək haramdır.

Sizin üzərinizə düşən işlədiyiniz günahlardan dolayı Allaha tövbə etmək və şəhvət hissi, arzu oyadan hər bir haram əməldən uzaqlaşmaqdır. Lakin bilmiş olun ki, özünüzü qorumaq üçün Allah təqvasından daha xeyirli bir vasitə tapa bilməyəcəksiniz, sonra isə evlənməklə özünüzü bundan xilas edə bilərsiniz. Evlənməyə imkanınız çatmırsa, o zaman oruc tutun. Çünki oruc sizin üçün qalxan olacaqdır. Bu Peyğəmbərin sallallahu aleyhi və səlləm gənclərə nəsihətidir. Çalışın bu fikirlərdən özünüzü yayındırasınız və Allahdan kömək istəyin. Daha doğrusunu Allah bilir. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm olsun.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr