featured-image-2118

Həyat və yaşayımızın bərəkətli olmasını istəyiriksə, bərəkəti əldə etmək üçün bəzi səbəbləri yerinə yetirməliyik.Kim bunları etsə yaşayışı bərəkətli və Allah tərəfindən nurlu olmuş olar.
1.Quran oxumaq.
Uca Allah buyurmuşdur:
” Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar)”*(əl-Ənam, 92)

Qurani Kərimi oxumaq, əmrlərini yeriniə yetirməklə Uca Allah bu kitabı hayatımızın üçün bərəkətli etmişdir.
Buna görədə peyğəmbərimiz(sav) buyurmuşdur:Allahı zikr edilən evlə,edilməyən ev ölü ilə diriyə bənzəyər”(Buxari və Müslim).
Uca Allaha edilən ən böyük zikrdə Quran oxumaqdır.
Qurani Kərim oxunan evdə mələklər yaşayar, o evdən şeytanlar uzaqlaşar və həmin evdə xeyir -bərəkət çoxalar.

2.İman və Təqvalı olmaq.
Uca Allah buyurmuşdur:
“Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). “(əl-Əraf,96)
Təqva sahibi olan insan tezliklə həyatında, ailəsində və evladlarında bərəkəti his edəcəkdir.

3.Bismillah sözünü demək
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Kim evinə daxil olduğunda və yemək yediyində (Bismilləh) sözünü deyərsə,Şeytan özü ilə gələn digər şeytanlara , bu evdə bizə nə yatmaq nə dəki yemək vardır deyər.
Ona görədə hər bir insan nəsə bir iş görmək istədiyndə Bismiləh sözünü deməlidir ki, həmin işi xeyirli və bərəkətli olsun.

4.Bir yerdə yemək yemək.Yəni bir qabdan bir neçə nəfərin yemək yeməsi.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Bir yerdə yeyin ayrılmayın.Çünki bərəkət camaatdadır.Bir nəfərin yeməyi iki nəfərə,iki nəfərin yeməyi isə üç nəfərə kifayətdir.”
Həmçinin bəzi qida növlərində bərəkət vardır.Bunlar süd, bal, zeytun yağı , xurma və sairələrdir.

5.Oruc tutmamışdan əvvəl yeyilən sahur yeməyi.(yəni orucun başlamasından əvvəl yeyilən yemək)
Bəzi müsəlman qardaş və bacılarımız peyğəmbərimiz (sav) sünnələrinə laqeyd yanaşdıqları üçün iftar yeməyi ili ikinci günün orucunu tuturlar.Bu peyğəmbərimiz (sav) sünnəsinə müxalifdir.
Peyğəmbərimiz (sav) buyurmuşdur: Sahur yeməyi yeyyin , çünki sahur yeməyində bərəkət vardır.

6.Zəmzəm suyu.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Zəmzəm suyu bərəkətlidir və içənlər üçün şəfadır”

7.Qədr gecəsi.
Uca Allah buyurmuşdur:
“Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! “(əd-Duxan ,3)

8.Ramazan və Qurban bayramı.
Umuu Atiyya demişdir:Bayram günləri adət halında olan qadınlar namaz qılmasalr belə, bayram günləri bərəkətli olduğu üçün arxda dayanaraq seyr etməyə çıxmağımız bizə əmr olunurdu.

9.Halal qazanc
Uca Allah pakdır ancaq pak olanı qəbul edər.
Haram yeyən barədə Səhl(Allah ona rəhmət etsin ) demişdir:
“Haram yeyən istəsədə istəməsədə onun əzaları Allaha asi olacaqıdr.Halal yeyənin isə əzaları xeyir işlər etməyə yönələcəkdir”

10.Uca Allaha çox şükür və həmdi -sənalar etmək.
Uca Allah buyurmuşdur:
“Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim ,7)

11.Sədəqə vermək.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Sədəqə vermək Uca Allahın sənə qarşı olan qəzəbini aparar”

12.Yaxşlıq və qohum əqraba əlaqələrini kəsməmək.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Qohumluq əlaqlərini davam etdirmək,gözəl əxlaq və qonşuyla yaxşı davranmaq insanın ömrünü artırar və ölkələri a`abad edər”

13.Evlənmək.
Evlilik ər və hayat yoldaşı üçün bərəkətin amilərindən biridir.
Uca Allah buyurmuşdur:
“(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!”
(Nur,32)
İbn Məsud demişdir:Zənginliyi evlilikdə axtarın.

14.Namaz qılmaq.
Uca Allah buyurmuşdur:
“Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”
(Taha ,132)

15.Allaha təvəkkül etmək.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Siz Allaha həqiqi təvəkkül etsəniz yuvasından səhər qarnı boş çıxın axşam isə yuvasına qarnı dolu qayıdan quş kimi sizi ruziləndirər.

16.istiğfar(Uca Allahdan bağışlanma diləmək).
İstiğfar diləmək bərəkətin qapısıdır.
Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Kim İstiğfar diləməyə vərdiş edərsə (daimi bu ibadətə sarılarsa) Uca Alllah ona hər sıxıntından qurtuluş,hüzündən sonra sevinc verər və onu ummadığı yerdən ruziləndirər.

—-
www.islamevi.az

Bənzər Məqalələr