featured-image-2112

Sual: Qadın onunla ailə qurmaq istəyən namizədə siqaret çəkməməsi üçün şərt qoya bilərmi? Kişi bu şərtə riayət etməsə qadın nə etməlidir?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi: Siqaret çəkmək haramdır. Çünki bu pula israfdır və insanın səhhətinə zərərlidir. Həmçinin digərlərinə də zərər verməkdir.

İkincisi:

Evlilik zamanı namizədlər hansı şərtləri irəli sürürlərsə, burada əsas qayda bundan ibarətdir ki, bu şərtlər etibarlıdır və yerinə yetirilməsi vacibdir. Əsas odur ki, bu şərtlər Şəriətə zidd olmasın. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Şərtlər içərisində ən çox yerinə yetirilməsi layiq olan şərt, qadınların ırzlarını bununla halal etdiyiniz mehirdir”. (Buxari 2721 və Müslim 1418)

Kişi qoyulan və üzərinə götürdüyü şərtlərə riayət etmirsə, o halda qadının nikahı fəsh etmə hüququ var.
Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

Kişi qadına nikah əqdindən sonra gündəlik beş namazını müntəzəm olaraq əda etməyi və yaxud sadiq olmağı və əmanətə riayət etməyi şərt qoyduğu halda qadın bunlara riayət etməzsə, kişinin nikahı fəsh etmə hüququ var. Sitatın sonu.

Əl-İxtiyərət əl-Fiqhiyyə (səh.219)

Eynilə, qadın ərinə siqareti tərk etməyi şərt qoyduğu halda kişi buna riayət etməzsə, o zaman qadının nikah əqdini fəsh etmə hüququ var.

Şeyx Muhəmməd ibn İbrahimdən (Allah ona rəhmət etsin) evlilik təklifi edilən bir qadın haqqında soruşmuşlar. Qadın şərt qoymuşdur ki, əri siqaret çəkməyəcəkdir və kişi də razılaşmışdır. Beləcə, kişiyə ərə getmişdir. Sonra qadın görmüşdür ki, əri siqaret çəkir. Bu halda qadın nə etməlidir?

O belə cavab vermişdir:

Həmd Allaha məxsusdur. Məsələ vəsf olunduğu kimidirsə, o zaman sözügedən qadının iki seçimi var: ya nikah əqdini fəsh etsin və yaxud əri ilə qalsın. Sitatın sonu.

Fətəvə əl-Şeyx Muhəmməd ibn İbrahim (10/149)

Bununla belə, qadına bizim nəsihətimiz budur ki, nikahı fəsh etməmişdən əvvəl ərinin islah olunması üçün çalışsın və bu haram şeydən əl çəkməsinə kömək etsin. Kişi yolunu düzəldərsə, o zaman Əlhəmdulilləh. Lakin bunda inad edərsə, o zaman qadın məsələnin müsbət (məsəlih) və mənfi (məfsədələrini) yan-yana qoyub götür-qoy etsin. Çünki kişisini xilas etməyə çalışmaq, övladlarının və s. tərbiyəsi xatirinə onun üçün daha yaxşı ola bilər.

Allah ona hidayət versin.

Daha doğrusunu Allah bilir.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr