Dua

Uca Allah buyurmuşdur:

“Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükr edin, kafir olmayın” (Əl-Bəqərə sursəi,152)

“Ey iman gətirənlər ! Allahı çox zikr edin!”(əl-Əhzab surəsi,41)

“….Allahı çox xatırlayın kişilər və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazrılamışdır”(əl-Əhzab surəsi,35)

“Öz qəlbində yalvararaq və qorxaraq , səsini çox ucaltmadan , səhər axşam Rəbbini xatırlar və qafillərdən olma”(əl-Ə`raf surəsi,205)

Peyğəmbər (sav) buyurmuşdur:

“Rəbbini zikr edən ilə , zikr etməyənin fərqi-diri ilə ölünün arasında olanq fərq kimdir”(Fəthul Bari, 11/208)

Başqa bir hədisdə Peyğəmbərimiz (sav) buyurur:

“Əməllərin ən yaxşısını, Allahın ən çox bəyəndiyini, dərəcələr içərisində ən yüksəyini, qızıl və gümüş xərcləməkdən, düşməninizi yıxıb siz onların, onlar sizin boyunlarınızı vurmaqdan daha xeyrlisini sizə söyləyimmi? ” Əshabələri: “Bəli” deyə cavab verdilər.

Allah elçisi (sav) : “Bu , Allah -təalanı zikr etməkdir” -deyə buyurdu”( ət-Tirmizi, 5/459)

Abdullah bin Busradan( radiyallahu anhu) belə rəvayət olunur: ” Bir şəxs Allahın elçisinə dedi: “Ey Peyğəmbər, islam ayinləri o qədər çoxalıb ki, hamısını yadda saxlaya bilmirəm.Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım”. Peyğəmbər (sav) buyurdu: “Qoy dilin Allahı zikr etməkdən qurumasın” (ət-Tirmizi,5/139)

Bənzər Məqalələr