Dua

Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz.

Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. ?Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!? (Ali İmran, 102)

?Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!? (Nisa, 1) ?Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar? (Əhzab, 70-71)

Bundan sonra: Sözlərin ən doğrusu Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd (s.ə.s)-in yoludur. İşlərin ən şərlisi muhdəs (Dində olmayan şeyin din adından istifadə edilməsi) olanlardır. Dinə sonradan soxulan hər şey bidətdir, hər bidət zəlalətdir, hər zəlalət atəşdədir. (Xütbətul Hacc adı ilə məşhur olan bu du
anı, Cümə xütbələrində və bütün söhbətlərində oxuyan Rəsulallah (s.ə.s) birbaşa əshabına da öyrətmişdir. (Muslim, 867; Nəsai, 3/188)

Müqəddimə

Həmd, dualara cavab verən, sıxıntıları aparan Allaha, salavat və salam Allahın peyğəmbərliyi tamamladığı Məhəmməd (s.ə.s)-ə olsun.

Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağı xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.

Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd etdiyi sağlam qalasıdır.

Dua, yolunu itirmişlərin, hüznlü və zülmə düçar olanların sığınağıdır. Onlar bu qalaya sığınıb onda qərar tutarlar.

Dua, ən böyük ibadətlərdən biridir. Sadiqlik ilə dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə onlara yönəlmir. Çünki qullar onu üçün nə zərər, nə fayda, nə ölüm, nə həyat, nə də başqa bir şeyə qadir ola bilməzlər.

Kəramət və yüksək comərdlilik sahibi Allaha təsbih edirəm (Onu bütün nöqsanlardan uzaq tuturam) Qulun ehtiyaclarını Ondan istəməsini ibadət etmişdir və bunu ona əmr etmişdir, onun tərk edilməsini də ən açıq şəkildə qınamışdır. Bu ibadəti tərk edən kimsəni Ona qarşı böyüklük edən biri saymış və onu şiddətlə təhdid etmişdir. Allah Təala belə buyurur: ?Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!? (Ğafir, 60)

Dua İbni Qeyyim (rh)-ın tərif etdiyi kimi: İnsana fayda verən şeyləri tələb etmək, zərər verəcək şeyləri istəməməkdir.

DUANIN FƏZİLƏTLƏRİ

Duanın böyük fəzilətləri, gözəl meyvələri və möcüzəli sirrləri var:

1) Dua etmək, Allaha itaət və Onun əmrini yerinə yetirməkdir

Allah Təala belə buyurur: ?Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!? (Ğafir, 60)

Dua edən kimsə Allaha itaət edən və əmrinə tabe olandır.

2) Şübhəsiz dua bir ibadətdir

Rəsulallah (s.ə.s) belə buyurur: ?Şübhəsiz dua, ibadətin özüdür? (İbn Macə, 3828)

3) Dua etmək, Allah qatında ən dəyərli bir əməldir

Rəsulallah (s.ə.s) belə buyurur: ?Allaha duadan daha şərəfli bir şey yoxdur? (İbn Macə, 3829)

4) Dua etmək, Allahın qəzəbini aparmağa səbəbdir

Rəsulallah (s.ə.s) belə buyurur: ?Hər kim Allaha dua etməsə, Allah o kimsəyə qəzəb edər? (İbn Macə, 3827)

5) Dua etmək acizlikdən qurtuluş və zəka üçün dəlildir

Rəsulallah (s.ə.s) belə buyurur: ?İnsanların ən aciz olanı dua etməkdə ən aciz olan kimsədir. İnsanların ən paxılı salama paxıllıq edəndir? (Təbərəni (əl-Əvsat, 5587))

İnsanların görünüş baxımından ən zəifi, əzim baxımından ən aşağı olanı, bəsirət baxımından ən kor olanı dua etməkdən aciz olanıdır. Çünki dua insana əsla zərər verməz, əksinə fayda verər.

6) Dua etmək, bəla enmədən əvvəl onu dəf etmək üçün bir səbəbdir

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Qəzanı, duadan başqa heç bir şey geri döndərməz? (Tirmiz, 2225; Əhməd, 22476)

DUANIN ŞƏRTLƏRİ

Duanın Allah qatında qəbul edilməsi üçün yerinə yetirilməsi vacib olan şərtlər vardır. Bu şərtlərdən bəziləri aşağıdakılardır:

1) Dua edən kimsənin duasına sadəcə Allahın cavab verməyə qadir olduğunu bilməsi lazımdır.

Belə ki, Allahdan başqa kimsə fayda verə bilməz və Allahdan başqa kimsə pisliyi dəf edə bilməz. Allah Təala belə buyurur: ?(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?? (Nəml, 62)

Bax, bu ayədə izah olunan tövhid elmi və etiqadi tövhiddir, yəni Rübubiyyət (Allahın hər şeyin Rəbbi olduğu və Ondan başqa Rəb olmadığına etiqad etməkdir) tövhididir.

2) İnsanın sadəcə Allahdan istəməsi, sadəcə Allaha sığınıb Ondan yardım diləməsi lazımdır

İnsanın Allahdan başqasından bir şey istəməsi və ya Allahdan başqa birinə dua etməsi haramdır. Çünki bu Allaha şərik qoşmaqdır. Allah Təala belə buyurur: ?Allahdan başqa heç kəsə ibadət (dua) etməyin!? (Cin, 18)

Rəsulallah (s.ə.s) İbn Abbas(r.a)-a belə buyurdu: ?Bir şeyi istədiyin vaxt Allahdan istə, yardım dilədiyin vaxt yenə Allahdan dilə? (Tirmizi, 2635)

Bu ayə və hədisdə anladılan, tövhid isə əməli tövhiddir, yəni Uluhiyyət (Allahın həqiqi ilah olduğuna, Ondan qeyri həqiqi ilah olmaduğuna qəti etiqad etmək və ibadətlərlə Onu birləməkdir) tövhiddir.

3- Məşru olan təvəssül yollarından biri ilə təvəssül etməsi lazımdır

Məşru (şəriət ilə icazəli) təvəssülün növləri üçdür:

a- Allah Təalanın isimlərindən və ya sifətlərindən biri ilə təvəssül etmək. ?Ey Allahım! Tək ilah sənsən, səndən başqa ilah yoxdur, Rəhmansan, Rəhimsən, səndən mənə rəhmət etməni və məni bağışlamanı istəyirəm? deməsi kimi. Yaxud ?Ey Rəhman! Mənə rəhmət et? deməsi kimi.

Bu növ təvəssülün dəlili Allah Təalanın bu buyuruğudur: ?Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!? (Əraf, 180)

b- Saleh əməllərlə Allaha təvəssül etmək. Mağara dostlarının hekayəsinin mətni, bu növ təvəssüllərdəndir. Onlardan hər biri etmiş olduğu saleh bir əməllə Allaha təvəssül etmişdi və Allah dualarına cavab vermişdi. (Buxari, 3279)

c- Həyatda olan salehbir kimsənin duası ilə Allaha təvəssül etmək. (Buxari, 964)

4- Duanın Allah qatında məqbul olması üçün günahdan uzaq və qohumluq əlaqələrinin kəsici olmayan, xeyir duası olması lazımdır.

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Günaha və qohumluq əlaqəsini kəsməyə dua etmədiyi müddətdə qula cavab olunur? (Tirmizi, 3603)

5- Allaha qarşı gözəl zənn bəsləmək

Bu mövzuya Əbu Hureyrə (r.a) ?nun rəvayət etdiyi, Rəsulallah (s.ə.s)-in bu hədisi dəlalət edir. Rəsulallah (s.ə.s) belə buyurdu: ?Siz qəti cavab edəcəyinə inanmadığınız halda Allaha dua edin? (Tirmizi, 3707; Hakim, 1817)

6- Qəlbin hazır olması lazımdır

Dua edən kimsənin qəlbi hazır, söylədiyini anlayan və dua etdiyi kimsənin də böyüklüyünü qavramış olması lazımdır. Qulun, Rəbbinə nə istədiyini bilərək, dilinin tələffüz etdiyini qəlbinin süzgəcindən keçirərək dua etməsi lazımdır. Qəlb, edilən duadan qafil olduğu halda şer oxunan kimi dua edilməz.

Rəsulallah (s.ə.s) belə buyurur: ?Biliniz ki, Allah, boş, qafil qəlbdən çıxan duanı qəbul etməz? (Tirmizi, 3707; Hakim, 1817)

7- Yeyəcəyin, içəcəyin və geyəcəyin halal qazancdan olması lazımdır

Allah Təala belə buyurur: ?Allah yalnız müttəqilərdən qəbul edər!? (Maidə, 27)

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Şübhəsiz Allah təmizdir və ancaq təmiz olanı qəbul edər, sonr abir adam zikr etdi ki, uzun bir səfər etmişdir. Saçı başı dağınıq, paltarları tozlu, əllərini səmaya qaldırır və ?Ya Rəbb, Ya Rəbb?-deyər. Yediyi haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmış, Allah bu kimsəyə haradan cavab verəcək? (Muslim, 1015/65)

Bax bu zikr edilən mövzular duanın qəbul olması üçün şərtdir.

DUANIN ƏDƏBİ

Duanın şərtləri olduğu kimi, kamilliyə çatmaq üçün də ədəbi vardır. Bu ədəbdəb bəziləri:

1- Dua etmədən əvvək Akkaga səna etmək və Peyğəmbər (s.ə.s)-a salavat etmək.

Fudalə bin Ubeyd (r.a)-dan: Rəsulallah (s.ə.s) belə buyurdu: ?Sizdən biriniz dua edəcəyi vaxt Rəbbinə hamd və səna ilə başlasın. Sonra Peyğəmbərə salavat gətirsin. Sonra dilədiyi şeyi istəsin? (Tirmizi, 3708)

2- Duada israrlı olmaq və tələsməyi buraxmaq:

Əbu Hureyrə (r.a)-dan: Rəsulallah (s.ə.s) belə buyurur: ?Sizdən biri tələsib: ?Dua etdim, mənə cavab gəlmədi? demədiyi müddətcə o kimsəyə cavab verilmir? (Tirmizi, 3609; İbn Macə, 3853)

3-Ailənin, malın və canın əleyhində dua etməkdən çəkinmək:

Duadan fayda qazanılması və zərərin dəf edilməsi qəsd olunur. Ailə, mal və canın əleyhində edilən duanın gerisində heç bir məsləhət yoxdur. Əksinə bu dua edən kimsə üçün sırf zərərdir. İnsan ailəsinin, övladının, malının və canının pozulmasından və ya onlara zərərin çatmasından nə umur? Buna görə Rəsulallah (s.ə.s) belə buyurur: ?Nəfslərinizin əleyhinə dua etməyin, uşaqlarınızın əleyhinə dua etməyin, mallarınızın əleyhinə dua etməyin….? (Əbu Davud, 1532)

4-Dua edərkən əlləri qaldırmaq:

Əbu Musa əl-Əşari (r.a) belə dedi: ?Rəsulallah (s.ə.s) dua etdi və əllərini qaldırdı. Hətta qoltuq altlarının ağlığını gördüm?. (Buxari, 6323)

Rəsulallah (s.ə.s) belə buyurur: ?Rəbbimiz çox həyalıdır və çox comərddir. Qulu Ona əllərini qaldırdığı vaxt onu bomboş olaraq geri çevirməkdən həya edər? (Əbu Davud, 1488; İbn Macə, 3865)

5-Böyük və ya kiçik bütün istəklərimizi Allah Təaladan istəməmiz lazımdır.

İnsanların çoxusu bundan qafildirlər. Onları sadəcə böyük işlərdə və şiddətli bəlalarda Allaha sığınıb Ondan istədiklərini görərsən. Bunun xaricindəki şeylərdə isə Allahdan bir şey istəməzlər. Bu xətadır, müsəlmana yaraşan böyük və ya kiçik bütün istədiklərini Allaha ərz etməsidir.

DUANIN CAVAB VERİLMƏSİ ÜÇÜN UMULAN VAXT VƏ MƏKANLAR

Duanın cavab verildiyi fəzilətli vaxtlar və məkanlar var. Bunlardan bəziləri:

1- Qədr gecəsi:

Aişə (r.a) belə dedi: ?Mən ?Ya Rəsulallah, Qədr gecəsini bilsəm, o gecə nə söyləyim?-dedim. Rəsulallah (s.ə.s) belə buyurdu: ?Allahummə innəkə əfuvvun, tuhibbul afva, faafuanna (Ey Allahım! Sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla) de?? (Tirmizi, 3742)

2- Gecə yarısı və səhər vaxtında dua etmək:

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Rəbbimiz hər gecə, gecənin son üçdə biri qaldığı vaxt dünya səmasına enər və belə buyurar: ?Dua edən yoxmu? Cavab verim, istəyən yoxmu? Verim, bağışlanma diləyən yoxmu? Bağışlayım? (Buxari, 1096; Muslim, 758/168)

3- Azanla iqamə arasındakı dua:

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Azan ilə iqamə arasında dua rədd edilməz, dua edin? (Tirmizi, 3595)

4- Düşmənlə qarşılaşma anındakı dua:

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Bu iki dua əsasən rədd edilməz: Azanla iqamə arasında olunan dua və döyüşdə insanlar bir-birini öldürməyə başladığı vaxt edilən dua?. (Əbu Davud, 2540)

5-Fərz namazlarının sonra edilən dua (Fərz namazlarından sonra edilən dua ilə qəsdləri, namazın sonunda salamla insanın namazdan çıxacağı vaxt edilən duadır. Təbii ki, burada ediləcək duaların Rəsulallah (s.ə.s)-rən səhih və sabit olaraq rəvayət edilmiş dualar olması lazımdır. (Tərcüməçi)

Rəsulallah (s.ə.s)-ə hansı duaya cavab verildiyini soruşuldu, O da belə buyurdu: ?Gecənin yarısından sonrakı və fərz namazlarından sonra edilən dua? (Tirmizi, 3728)

6- Səcdədə edilən dua

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Qulun Rəbbinə ən yaxın olduğu yer səcdə halıdır. Bu səbəblə siz səcdədə duanı çoxaldın? (Əbu Davud, 875)

7-Məzlumun duası, yolçunun duası və atanın oğlu barəsində etdiyi dua:

Rəsulallah (s.ə.s) belə buyurdu: ?Bu üç duaya cavab verilir: Məzlumun duası, yolçunun duası və atanın oğluna etdiyi dua? (Tirmizi, 3671; Əbu Davud, 1536)

DUA EDƏRKƏN EDİLƏN XƏTALAR

Dua edərkən insanların bəzilərinin düşdüyü bir çox xəta vardır. Bu xətalar duada həddi aşmağa yol açır. Bunlardan bəzilər:

1-Duanın şirk olan bəzi təvəssülləri özündə cəm etməsi:

Yəni Allahdan başqa bir insana, daşa, ağaca və ya bir cinə dua edilməsi kimi. Bu növ dua həddi aşmanın ən çirkinidir. Çünki dua ibadəttdir, ibadəti başqasına sərf etmək isə şirkdir. Şirk isə, Allaha asi olmada günahların ən böyüyüdür.

2-Duada bidət təvəssüllərin olması:

Peyğəmbər (s.ə.s)-in və ya məqamı ilə təvəssül etmək kimi. Bu şəkildə təvəssül etmək bidət bir təvəssüldür. Dinin binası, ittiba (izləmək) üzərindədir, bidət üzərində deyil. Çünki bidət küfrün xəbər gətirənidir.

3-Ölümü təmənna eləmək:

Bəzi insanlar bəla artdığı zaman və ya qatı şərtlərlə qarşılaşdığı zaman, Allahdan özünün öldürülməsini istər, bu xətadır. Ənəs (r.a)-dan rəvayət edildiyinə görə: Rəsulallah (s.ə.s) belə buyurmuşdur: ?Sizdən heç kimsə başına gələn zərərə görə ölümü təmənna etməsin. Əgər mütləq ölümü istəyəcəksə belə desin: ?Ey Allahım! Yaşamam mənim üçün xeyirli olduğu müddətcə məni yaşat, ölüm mənim üçün xeyirli isə məni öldür?. (Buxari, 5712; Tirmizi, 978)

4-Duanın ? əuzu billəh ? Allahı sınama cəhətindən olması:

Allah duanı qəbul edirmi, etmirmi dua edib yoxlamaq kimi.

5- Dua edən kimsənin məqsədinin pis olması:

Yəni insanlara öyünmək, yaxud günahlarda istifadə etmək üçün Allahdan pul verilməsini istəməsi və ya pulunun çoxalmasını istəməsi kimi.

6-Duanın qəbul ediləcəyində ümüdsüzlüyə düşmək:

İnsanlardan çoxu, çarəsi yox və şəfasız zənn edilən pis bir xəstəliyə düçar olsa, Allahdan ümüdünü kəsər. Allahın halları dəyişdirməyə qadir olduğuna inancsızlığı səbəbilə də duanı tərk edərək Allaha sığınmaz. Hərhalda şeytan, bu vəziyyətdə kimsələrin dua etməmə və duanın müalicəsi üçün faydası olmayacağı vəsvəsəsini atır. Sanki onların vəziyyəti ? Allah qorusun ? xərçəng xəstəliyinə tutulmuş kimsələrin vəziyyəti kimidir və əsasən onların dua etmədiyini görürük. Bu xəstəliyin təhlükəli olduğunu və əsasən ölümlə nəticələndiyini, duanın ona fayda verməyəcəyini zənn edir. Bəlkə də qohumları da eyni səbəblə xəstəyə dua etməkdədirlər. Bu hərəkət duada bir xətadır. Bu Allaha qarşı bir ümidsizlik, Onun əzəmətinə yaraşmaz bir qəflətdir. Allah nöqsanlardan uzaqdır. Bunlar Allahın hər şeya qadir olduğunu, işlərin həllinin Onun əlində olduğunu və Onun bir şeyə ?Ol!? dediyi vaxt o şeyin mütləq olacağını bilmirlər mi? Zərəri yazanın, onu dəf etməyə gücünün çatacağına və Allahın o kimsəyə şəfa verə biləcəyini bilmirlər mi? Yaxud qulun başına gələn bəzi sıxıntıları onunla yüngülləşdirəcəyini bilmirlərmi? Yaxud bu duanın fəzilət səbəbilə, o kimsəyə sağlam ikən tapmadığı xoşluq, sabitlik və razılıq halları ilə rizqləndirəcəyini bilmirlər mi?

Uşağın olmaması və uşağın gecikməsi ilə imtahan olunan kimsələrdən bəziləri belədir. Onlardan kimisi, saleh bir zürriyyət verməsini istəyib Allaha dua etməkdən üz çevirirlər.

Bu mövzuda həqiqətləri, bunun onlara yazılmış bir qədər olduğu və bu iş üçün duaya lüzum yoxdur; onun ardınca düşmənin heç bir faydası yoxdur…..(!) iddialarıdır.

Müsəlman bir kimsəyə belə bir söz yaraşmaz. Allah (əzzə və cəllə) sonsuzluğu və uşağın gecikməsini təqdir etmişdir. Allah insana uşaq bəxş etməyə qadirdir. Əmr Allahın əmri, qədər Allahın qədəridir. Müsəlman qardaşım! Allahın rəhmətindən ümüdünü kəsmə. Zəkəriyyə (ə.s) belə demişdir: ?Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!? (Ali İmran, 38)

Allah Təala da ona cavab vermişdi. Bunların hamısı, Zəkəriyyə (ə.s)-ın yaşının son həddinə çatdığı və zövcəsinin də sonsuz olduğu halda baş vermişdir.

Uşaqların islahından ümid kəsərək onların lehinə, düzəlmələri üçün onlara duanı tərk edən bəzi ana və ataların vəziyyəti də eynidir. Bu vəziyyətlərdəki bir ata:

?Mən uşağımın islah olmasından ümüdümü kəsdim və onun üçün dua etməkdən də imtina etdim?-deyər.

Sübhanallah! Allahın rəhmətindən ümüd mü kəsirsən? Sən bilmirsən ki, atanın oğlu üçün etdiyi dua qəbul edilir və xeyirli dua bir müddət sonra da olsa o kimsəyə çatır?

7-Duanı qeyb elmində gələcək qədərin yazıldığına söykənərək tərk etmək:

Bu, bir xətadır. Bu düşüncədə şəriətin əmrini ibtal etmək vardır. Qul, haqqı ilə düşünsə, duanın Allahın keçmiş elmində onun üçün yazılıb təqdir edilmiş şeylərdən olduğunu bilərdi. Qulun diləyinə versə də, verməsə də Allah qulun özünə yoxsulluğunu bildirməsi, ehriyacını zahir etməsini sevər və ona buna görə savab verər.

İnsanlardan çoxsu bu ədəbdən uzaq olaraq zahir səbəblərdən tutmağı tərk edir və : ?Keçmişdə bu istək mənim üçün təqdir edilibsə duaya ehtiyac yoxdur, əgər o istək keçmişdə mənim üçün təqdir edilməmişdirsə ? ona tədarük üçün ? duanın faydası yoxdur? – deyirlər. Amma Allah Təala belə buyurur: ?Əgər ibadətiniz (duanız) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?? (Furqan, 77)

Allah bir kimsənin qədərinə yazılmış şeylərə söykənməsinin və hər vəziyyətdə dua etməsinin qulun Rəbbinə qarşı ədəblərindən olduğunu xəbər verdi. Şübhəsiz ki, qul qədərin xeyirli və ya ziyanlı olduğunu bilməz. Peyğəmbərlər və salehlər Rəbblərinə dua ediblər və təqdir edilmiş qəza və qədər kimi şeylərə baxmamışlar.

8- Ey Allahım! Səndən qədərimi geri döndərməni istəmirəm. Ancaq qədərimdə lütf istəyirəm, şəklində dua etmək xətadır:

Bizə qədərin xeyrə çevrilməsini istəmə caiz deyildir. İnsana toxunan hər bəla öz qədərindəndir. İnsan buna təslim olub duanı tərk etməlidir? Yoxsa Allahın qədərini Allahın digər bir qədəri ilə aparmağını mı edir? ?Məni hökm etdiyin şeylərin şərindən qoru!? (Əbu Davud, 1425; Nəsəi, 1744) mənasındakı məşhur duada da gəldiyi kimi Rəsulallah (s.ə.s) ?Qədəri duadan başqa bir şey geri döndərməz? buyurmuşdur. (Tirmizi, 2225; Əhməd, 22476)

Qul duanın şərtlərini yerinə yetirib maneələri qaldırdığı vaxt ziyana düçar olmaz və duanın qəbul olması Allah qatında sığortalanmış olur. Allah Təala belə buyurur: ?(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.? (Bəqərə, 186)

Bir insan : Mən dua etdim, sonra yenə bir çox kəs dua etdim, amma mənə cavab olmadı ?desə, bu kimsəyə: ?Mən səni Rəsulallah (s.ə.s)-in çəkindirdiyi kimi tələsməklikdən çəkindirirəm? -deyərik.

Sonra bu kimsə bilməz mi ki, Allah Təala dua etməsi səbəbilə istədiyi şeylər müqabilində pislikləri dəf edir. Bilməz mi ki, bunun əvəzində ona başqa xeyirlər verir. Bilməz mi ki, xeyir bəzən cavabın gecikməsindədir. Yaxud Allah Təala o kimsəyə duaya davam etməsi üçün öz cavabını gecikdirmişdir. Bu səbəblə də onun savabın qat qat artırır. Bunların xaricində həqiqətini sadəcə Allahın biləcəyi daha neçə böyük hikmətlər ola bilər.

Elvin Məcidov qardaşımız göndərib.

Bənzər Məqalələr