featured-image-1998

Cənnət qazanar hamı deyil, layiq olanlar,
Dəvətdə zəfər əhlidir o natiq olanlar.

Allah dilinə hikməti vermişsə, bir qulun,
Dəvət eləyər Haqq yoluna aşiq olanlar.

Zalimlərin xoş əməli deyil ki, salehlik,
Mömin halıyla vəsf olursa, sadiq olanlar.

Hardan qazanar axirəti böylə adamlar,
Həm saleh əməldən gecikib sabiq olanlar.

Düz yoldadır sadiq olan, məsuliyyətli kəs,
Səbr ilə məsuliyyətə müvafiq olanlar!

Hər bir vəziyyətdə durar xeyrin qapısında,
Cənnətdə nəbilər yanında «siddiq olanlar.»

Əcr ilə dolu işləri vaxtında görərlər,
Saleh işi vaxtında görüb dəqiq olanlar.

Hər bir zamanda olub nifaq əhli, fitnəkar,
Müslimlərə fitnə salar münafiq olanlar.

—————
ABDUSSALAM SAHİB

Bənzər Məqalələr

featured-image-3359

Ruhundan ayrı düşmüş hər bədən mənim qonağım, Qurdlara yem olacaqdır, inan, sənin yanağın. Gəzməyəcək yer üzündə daim sənin ayağın, Əcəl ilə sınar bir gün güvəndiyin dayağın. Gülüşlərin rahatlıq doldurur unutma […]
Daha ətraflı
featured-image-2912

Va lə iləhə illəllahul-vahidul-qahhər, Mömin o ki, etcək onu inkar görə münkər! Ulduz falı aydın sənə, azmışlara bağlı, Axmaq necə axmaq ki, veribdir buna ağlı. Ulduzlara uyğun guya tərtibli bu […]
Daha ətraflı