featured-image-1993

Sual: “Allah nə aşağıdadır, nə yuxarıdadır, nə sağdadır, nə də soldadır, nə bu dünyanın xaricindədir, nə də daxilindədir və s. kimi sözlər söyləyənin hökmü nədir?

Cavab: Həmin insanlar bidətçilərdir.
Biz isə iman edirik ki, həqiqətən də Allah təala Öz Əzəmətinə yaraşan şəkildə ərşin üzərinə istiva etmişdir.

Allah təala buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı”. (Ta-Ha 20:5)

Həmçinin biz Allahın kəlamına iman edirik və Mötəzilənin kəlamını isə inkar edirik. Və əlbəttə ki, sizlərə İmam əz-Zəhəbinin “əl-Ulu lil-Əlii əl-Ğaffar” və eyni əsərin Şeyx Albani tərəfindən hazırlanmış qısa xülasəsini oxumağı məsləhət edirəm.

İcabətus-Səəil alə Əhəmmil Məsəəil, sual 152, səh.300

Muqbil ibn Hadi əl Vədii

Bənzər Məqalələr