featured-image-1990

Sual: Məsələnin daha da aydınlaşması üçün bunu hədislərlə əsaslandıra bilərsiniz? Həmçinin zəhmət olmasa bildirdiyiniz hər bir məsələ ilə əlaqədar hədislərin tam mənbəyini göstərin.

(Lakin qadınların cənazə namazını qılmalarına gəldikdə bunda heç bir yanlışlıq yoxdur. Qadınlar cənazə namazına qoşula bilər. Qadağa yalnız qəbirləri ziyarət etməyə aiddir. Alimlər arasında mövcud olan iki rəydən ən doğrusuna görə qadınlar qəbirləri ziyarət etməli deyil. Çünki bunun qadağan olunmasına hədislər dəlalət edir. Qadın heç bir kəffarə verməli deyil, onun üzərinə düşən tövbə etməkdir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm dövründə qadınlar cənazə namazını əda etmişdirlərmi?

Cavab:

Həmd Allaha məxsusdur.

Cənazə namazını qılmaq şəriətdə həm kişilər, həm də qadınlar üçün icazə verilir. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim namaz qılınana qədər cənazədə iştirak edərsə ona bir “qirat” (savab), kim vəfat etmiş insan basdırılana qədər iştirak edərsə ona iki qirat (savab) yazılacaqdır”. Dedilər: “Ey Allahın rəsulu, iki qirat nədir? O dedi: “İki nəhəng dağ kimi”, yəni mükafatı bu qədərdir. (Hədis səhihdir).

Bununla belə qadınlar cənazəni qəbiristanlığa qədər müşayiət etməməlidirlər, çünki bunu etmək onlara icazə verilmir, “əl-Səhiheyn” əsərində rəvayət olunur ki, Ummu Sələmə (Allah ondan razı olsun) demişdir: “Cənazəni müşayiət etmək bizə qadağan edilmişdir, lakin bu bizə qəti şəkildə (mütləq olaraq) haram edilməmişdir”. (Müslim rəvayət etmişdir).

Lakin qadınların cənazə namazını əda etmələrinə qadağa qoyulmamışdır, fərqi yoxdur istər məsciddə olsun, istərsə də evdə və yaxud namazgahda. Qadınlar peyğəmbərlə sallallahu aleyhi və səlləm onun məscidində və onun vəfatından sonra cənazə qılmışdırlar. Qəbirləri ziyarət etmək, bununla belə, cənazəni müşaiət eməkdə olduğu kimi yalnız kişilərə aiddir. Çünki rəsulullah sallallahu aleyhi və səlləm qəbirləri ziyarət edən qadınlara lənət etmişdir. Bunun səbəbi-Allah daha yaxşı bilir-budur ki, qorxulur ki, qadınlar cənazəni müşayiət etsələr və yaxud qəbirləri ziyarət etsələr, bu digərləri üçün fitnə və yaxud onların özü üçün fitnə ola bilər. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kişilər üçün qadınlardan daha çox zərərli bir fitnə tərk etmədim”. (Səhih). Müvəffəq etmək Allahdandır.

Bənzər Məqalələr