featured-image-1927

Sual: Ola bilsin ki, bu sual bir qədər ədəbli səslənmir. Bilmək istəyirəm ki, evlənmək istədiyim gələcək namizəddən onun bakirə olub-olmadığını soruşmaqda xətalı bir şey var?

Cavab: Həmd Allaha məxsusdur.

Gələcək həyat yoldaşınızın iffəti, namusu barəsində şübhəniz varsa, o zaman araşdırmağa haqqınız var. Lakin bu barədə şübhəniz yoxdursa, bunu soruşmağa ehtiyac yoxdur. Çünki bu nifrət və düşmənçilik yarada bilər və rahatçılıq, sükunətin pozulması ilə nəticələnə bilər.

Şeyx Abdulkərim əl-Xüdeyr

Bənzər Məqalələr