featured-image-1913

Sual: İslam nə zaman başladı və İsa əleyhissəlam ilə Muhəmməd sallallahu aleyhi və səlləm arasında nə qədər zaman fasiləsi keçmişdir?

Cavab: Həmd Allaha məxsusdur.

İslam, peyğəmbərin göndərilməsi ilə, Ərəbistan yarımadasında Məkkədə (vəhy mələyi, elçisi) Cəbrayılın Allah təaladan gətirdiyi vəhy ilə başladı. Bu bazar ertəsi, Ramazan ayında, peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm qırx yaşında olduğunda, Mədinəyə hicrətindən (Hicri təqviminin başlanması) 13 il əvvəl baş vermişdir. Miladi təqviminə əsasən, peyğəmbərimizin sallallahu aleyhi və səlləm missiyası təxminən 608 və yaxud 609-cu ildə baş vermişdir. Salman əl-Farsi radiyallahu anhu (peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrindən biri) rəvayət edir ki, Muhəmməd sallallahu aleyhi və səlləm ilə İsa əleyhissəlam arasında 600 il olmuşdur.

Allah daha yaxşı bilir.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr