featured-image-1876

“Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman” (əl-Təkvir 81:5)

Sual: Bu yaxınlarda mənim 20 yaşında olan pişiyim öldü. Mənim cavan bacım qızları məndən soruşdular ki, heyvanlar görəsən cənnətə gedəcək? Mən əslində suallara cavab verə bilmədim. Çünki özüm də bunun cavabını bilmirəm. Onlar cənnətə gedəcəklər, yoxsa cəhənnəmə? Heyvanlara qarşı qəddar olmuşuqsa, bu xatalarımızı necə düzəldə bilərik (onu da nəzərə alın ki, onlar çoxdan ölüblər)?

Cavab: Həmd Allaha məxsusdur.

Bu sual iki hissədən ibarətdir:

1-Axirətdə heyvanların aqibəti necə olacaq? Allah təala buyurur: “Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman” (əl-Təkvir 81:5)

“Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir”. (əl-Ənam 6:38)

İbn Abbas demişdir: “Hər bir şey həşr olunacaqdır, hətta milçəklər belə.

Qiyamət günü heyvanlar biri digərindən haqqını alacaqdır. Əbu Hureyra radiyallahu anhu hədisində deyilir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: Qiyamət günü hər kəsə öz haqqı çatacaqdır; hətta buynuzsuz qoç buynuzlu qoçdan öz haqqını alacaqdır”. (Müslim rəvayət etmişdir, Əl-Birr vəl-Silə vəl Ədəb, 4679).

Başqa bir hədisdə deyilir: “Allah təala Öz məxluqları, cinlər, insanlar və heyvanlar arasında hökm edəcəkdir. O gün buynuzsuz qoç ilə buynuzlu arasında hökm olunacaq, belə ki birinin digəri qarşısında ödənilməmiş haqqı qalmayacaqdır. Sonra Allah təala buyuracaq: “Toz olun! Həmin anda kafir deyəcək: Kaş ki, toz olardım!”. Şeyx əl-Albani demişdir: Bu səhihdir. ? 1966; bax əl-Silsilə əl-Sahihə, hissə 4, səh.966

Müsəlmana vacib olan heyvanlara qarşı yumşaq olması və onlara zərər verməməsi və yaxud onları qəzəbləndirməməsidir. Rəvayət olunur ki, bir qadın pişiyə görə cəzalandırılmışdır. Əl-Buxari İbn Ömərdən rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Bir qadın pişiyi ölənə qədər evdə bağlayıb və ona yemək vermədiyi üçün və yaxud yerdəki həşəratlardan yeməyinə izn və imkan vermədiyi üçün cəhənnəmə daxil olmuşdur”. (Bad əl-Xalq, 3071)

Allah fahişə bir qadını itə qarşı rəhimli olduğundan bağışlamışdır. Əl-Buxari rəvayyət edir ki, Əbu Hureyra radiyallahu anhu demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm dedi: “Bir it quyunun ətrafında dolaşırdı, az qala susuzluqdan ölürdü, Bəni İsraildən bir yüngül həyat tərzi keçirən qadın onu görmüş, öz ayaqqabısını çıxardıb ona su vermişdir. Buna görə o bağışlanmışdır”. (Əhədis əl-Ənbiyə, 3208)

Hər kim heyvana zərər versə, o əməlinə görə Allaha tövbə etməlidir. Çünki heyvanları yaradan Allah, onların Rəbbi onlara qarşı rəhimli olmağı bizə əmr etmişdir (zərər, ziyan vermədiklərincə).

Şeyx Muhəmməd Salih əl-Münəccid

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr