featured-image-1831

Sual- Mən ABŞ-da yaşayıram. Universitetə gedəndə geniş paltarlar geyməklə örtünürəm və hicab taxıram. Lakin, universitetdə təhsil hələ də qarışıqdır. Mən naməhrəm olanlar ilə danışmaqdan çəkinirəm. Lakin bəzən danışmalı oluram. Təhsilimi burada bitirmək və sonra isə hər hansı bir müsəlman ölkəsində yaşamaq istəyirəm. “Elm öyrənmək üçün Çinə belə getməli olsanız gedin” hədisi qadınlara da eynilə şamil edilir?

Cavab- Həmd Allaha məxsusdur.
Qeyd etdiyiniz “Çinə belə getməli olsanız elm öyrənin, çünki elm tələb etmək hər bir müsəlmana vacibdir” hədisi barəsində Şeyx əl-Albani Daif əl-Cami əsərində demişdir: “Bu hədis uydurmadır”. (N 906)

Bu barədə təsdiq olunmuş hədis İbn Macənin rəvayət etdiyi Ənəs ibn Malikdən radiyallahu anhu hədisdir. Ənəs ibn Malik radiyallahu anhu demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Elm tələb etmək hər bir müsəlmana vacibdir”. Şeyx Albani Səhih Sunən ibn Macə əsərində bu hədisi səhih olaraq təsnif etmişdir. Burada elmdən məqsəd şəriət elmidir.

Əl-Səuri demişdir: “Bu heç bir insanın bunu bilməməyə dair üzr irəli sürəməyəcəyi elmdir”.

Allah daha yaxşı bilir.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr