Sual-
Bir insan dili ilə lə iləhə illəllah söylədiyi halda küfr edə bilərmi?

Cavab-
İnsan Lə iləhə illəllah söyləsə belə həqiqətdə Allah dərgahında kafir ola bilər.
Məsələn münafiq bir kəs. O lə iləhə illəllah kəliməsini dili ilə ifadə edir lakin qəlbi ilə inanmır. Məsələn, Abdullah ibn Əbi Sulul və onun bənzərləri.

Müvəffəq edən Allahdır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
———–
Elmi və Fətva araşdırma mərkəzi

Share Button
Tarix: 29.03.2008 | Oxunma sayı: 413 baxış