featured-image-1775

Bir düşünün. Həyatınız boyu unudmamanız lazım olan nə qədər çox şey var. Bu yazıda sizin həyatınızın ən vacib mövzuları unutmamağınız üçün hazırlanmışdır. İnsan unutqandır. İnsan Allahın hər an onun yanında olub onu izləməsini, dinləməsini, Allaha etdiyi hər bir şeyə görə cavab verəcəyini, ölümü, məzarı, cənnət və cəhənnəmin varlığını, qarşılaşdığı hər şeydə ona bir xeyir olduğunu unudur. Allah bizi aşağıda sayacağımız mövzuları unutmayanlardan eləsin. Amin.

Tək ilahın Allah olduğunu unutmayın

Bir məntiqli ifadə var. Əgər insan qumdan düzəldilən bir qala görsə mütləq o qalanı quran birinin varlığını fikirləşəcək. Çünki, əsrlərlə də olsa nə dəniz dalğaları, nə də küləklər vasitəsilə öz-özünə qumdan uca bir qala yarana bilməz. Dünyaya baxsaq hər şeyin nizamla düzülüşünü görürük. İnsan, heyvan, təbiət, ağaclar, çaylar, hava qatı, mikroblar, yerin cazibə qanunu, yerin günəşdən uzaqlığı, atmosferdəki oksigenin miqdarı və daha milyonlarca həssas nizam. İnsanın nəfəs almağı üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək, damarlar hamısı birlikdə dövrədədirlər. Heç biri bir saniyə də olsun gecikməz. Bütün bu orqanlar onları Yaradan Allahın əmrlərinə boyun əyib, insanı həyatda yaşaması üçün öz vəzifələrini nizamla, dəqiq yerinə yetirirlər. Buna görə Allah Təala Mülk surəsinin 23-cü ayəsində belə buyurur: “De ki: Sizi inşa edən, sizə qulaq, gözlər və qəlblər verən Odur. (Allahdır) Nə qədər az şükr edirsiniz.”

Allahın sizə nə qədər yaxın olduğunu unutmayın
Sizin bu an ağlınızdan keçənlər, uşaqlığınızda başınıza gələn hər hansı bir hadisə, bir neçə il sonra görəcəyiniz işlər də daxil olaraq hər şeyi Allah bilir. Necə ki, Allah-Təala Zariyat Surəsinin 15-16 -cı ayələrində deyir. Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında öz Rəbblərinin onlara bəxş etdiyi mükafatları alacaqlar. Çünki onlar bundan əvvəl (dünyada ) xeyir əməllər tutan olublar. Allah insanın ağlından keçən, kimsənin bilməsi mümkün olmayan bütün fikirlərdən xəbərdardır. Necə Allah Təala Yunus 61-də buyurur : Sən hansı bir vəziyyəttə olsan, Qurandan nəyi oxusan və siz hansı işi görsəniz,başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik. Nə yerdə, nə göydə zərrə ağırlığında belə bir şey Rəbbinin nəzərindən qaçmaz. Bütün bunlara baxmayaraq insanlar Allahı çox uzaqda fikirləşirlər. Sanki Allah bu dünyanı yaradıb və onları başlı başına buraxıb. Bu çox səhf fikirdir. Yer üzündə hər varlıq Allaha möhtacdır. Allah isə heç bir şeyə möhtac deyildir. İnsanın saysız zəiflikləri var. Məsələn aclıq, susuzluq, yuxu, yorğunluq, xəstəlik və s. Allah-Təala isə bu sifətlərdən uzaqdır. Necə Allah Təala Bakara 255-də buyurur: Allah – Ondan başqa tanrı yoxdur. O, əbədiyaşardır və (yaratdıqlarının həmişə keşiyində) durandır. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur.

Hər hadisənin Allahın nəzarəti ilə baş verdiyini unutmayın.
Allah elə bir güc sahibidir ki, Ənam 59-da bildirildiyi kimi Onun icazəsi olmadan bir yarpağ belə ağacdan yerə düşməz. Kiçik bir uşaqdan alimə qədər insanın bildiklərini öyrədən, görə bildiklərimizi, görə bilmədiklərimizi də bilən Allahdır. Və unutmayın ki, ən kiçik şey belə Allahın nəzərindən qaçmır.

Sizə hər şeyi verənin Allah olduğunu unutmayın.
Hələ də 21-ci əsr alimlərini aciz qoyan insan bədənini əksiksiz yaradıb, bütün organları orada böyük qanunlarla yerləşdirən və sonra da onu insanların ixtiyarına verən, göydən endirdiyi su ilə yerdən müxtəlif meyvələr çıxardan, sayları 100 milyardları aşan qallaktikaları dəqiqliklə hərəkət etdirən, gündüzü çalışmaq, gecəni istirahət üçün yaradan Odur.İnsana verdiyi nemətləri Allah Təala Nəhl Surəsinin 4-cü ayəsindən 18-ci ayəsinə qədər sayır. İnsanın saymağa ömrü yetməyən nemətlərin hər biri Allahın istəyi ilə var olmuşdur. Necə Allah Təala Loğman 27-də buyurur: Yer üzərindəki bütün ağaclar qələm olsa və dəryaya özündən başqa yeddi dərya qatılsa belə Allahın kəlamları tükənməz. Həqiqətən Allah qüdrət, hökm və hikmət sahibidir

Sahib olduğunuz malın hamısını sizə verən Allah olduğunu unutmayın
Allah Təala Maidə 120-də buyurur: Göylərin, yerin və onlarda olanların hökmü Allaha məxsusdur. O,hər şeyə qadirdir.
Siz Allahın təyin elədiyi vaxt gəlincə sahib olduğunuz hər şeyi bu dünyada buraxıb çilpaq bədəninizlə bir neçə metr kəfənə bükülüb bir çuxura atılacaqsınız. Ruhunuz isə ancaq gördüyünüz əməllərlə Allahın hüzuruna gedəcək.

Allahın sizin üçün dilədiklərindən başqa başınıza heç bir şeyin gələməyəcəyini unutmayın
Səhər yuxusundan oyananda heç kim bu gün onun başına nə gələcəyini bilmir. İnsan nə qədər də özü özlüyündə planlar qursa da o özünün istədiyi kimi hərəkət etmir. Allah Təala Tövbə 51-də buyurur: De:Bizə Allahın bizim üçün yazdığından başqa heç nə üz verməz. O, bizim himayəçimizdir. Qoy möminlər Allaha təvəkkül etsinlər.
Hər hansı bir işdə müvəffəqiyyətli olmaq istəyiriksə, bu işlə çalışdığımızda bizə Allah kömək edir.

Unudmayın ki, sizi bütün sıxıntılardan, bəlalardan, xəstəliklərdən qoruyan yalnız Allahdır.
Siz xəstələnərkən dərman içəndə sizə ən birinci dərmanın çox böyük kömək etdiyinizi düşünürsünüz. Ancaq bu işdə sizə Allah kömək etməsə ən bahalı dərman, ən bacarıqlı həkim belə sizə kömək edə bilməz. Əlbəttə xəstəliyi verən də Odur, sağaldan da Odur. Şura 80. Xəstələnsəm, məni sağaldır.

Yalnız Allahdan qorxmanızı unudmayın
Bir insandan Allahdan qorxaraq kimi qorxmaq şirkdir. Və ya bir insanı Allahı sevən kimi sevmək şirkdir. Allah Təala Bəqərə 165-də buyurur: İnsanlardan elələri vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutaraq onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlər isə ən çox Allahı sevirlər. Əgər öz-özlərinə zülm edənlər məruz qalacaqları əzabdan xəbərdar olsaydılar, onda qüdrətin bütünlüyü ilə Allaha məxsus olduğunu və Allahın verdiyi əzabın şiddətli olduğunu bilərdilər.
Bəzi insanlar həyatları boyu insanları razı etmək üçün yaşayır, onu yaradan Allahı razı etmək haqqında heç düşünmürlər. Allahı unudub insanları razı etmək üçün xərclədiyi hər saniyə qiyamətdə ona əzab kimi döndürüləcək.
Necə Allah TəalaYunus 44-də buyurur: Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.

Unudmayın ki, Allah qorxusu dinin təməlidir.
Allah Təala Ənfal 29-da buyurur: Ey insanlar! Əgər Allahdan qorxsanız O sizə haqqla nahaqqı ayırd edən (bir nur) verər. Günahlarınızın üstünü örtüb sizi bağışlar. Allah böyük lütf, mərhəmət sahibidir.

———–
Saytımızın Ziyarətçilərindən gələn

Bənzər Məqalələr