media-img_9524

Vitr namazı müsəlmanların icması ilə təkid olunan sünnədir. Heç bir müsəlman onu tərk etməməlidir. Vitr namazı gündüz edilən bütün nafilə ibadətlərdən əfzəldir məsələn duha namazı kimi namazlardan. Ümumən fərz namazlarından sonra ən fəzilətli namaz gecə namazlarıdır. Bunların içərisində ən üstün olanı da vitr və sübh namazının sünnətidir. (İbn Teymiyyə, Fətəva, 23/88)

 

Hətta Əhməd b. Hənbəldən vitri tərk edən kəs barəsində soruşulduqda o dedi: “Hər kim vitr namazını qəsdən tərk edirsə o pis kişidir və onun şahidliyi qəbul olunmaz”.

 

Vitr namazı barədə ətraflı oxumaq üçün buraya tıkla 👈🏻

Bənzər Məqalələr