sual-
Assalamu aleykum.Necesiz Yashar mellim?Yashar mellim,size bir nece sualim var.
1)Olmush insanin dalinca aglamaq olar? 2)Her hansi bir muselman islamdan cixirsa ve
sonra shehadet getirib islama daxil olursa o qusul almadan etdiyi ibadetler
sehihdir? 3)Denizde nece qusl alinir? 4)Yashar mellim,men cahillikde bir oglanla
mubahise etmishem,o helede cahildir,biz danishmiriq,men ondan halalliq almaliyam?
5?Yashar mellim,cume qusulu vacibdir?Salam aleykum.

cavab-
va aleykum salam.
1.Ölmüş insanın dalınca qışqırıb bağırmaq olmaz.Amma kiminsə yaxın adamı dünyasını dəyişibsə və gözündən yaş gəlibsə bunun eybi yoxdur.Bu rəhmətdir.
Necə ki, peyğəmbərimzin(sav) oğlu İbrahim dünyasını dəyişəndə peyğəmbərimizin gözündən yaş gəlmişdi.
Amma bəzi yerlərdəki kimi bağırmaq, saç yonmaq və ya paltarı yırtmaq bu cahiliyyə əlamətlərindəndir.Bunu peyğəmbərimiz(sav) qadağan etmişdir.
Bunu edən qadınları peyğəmbərimiz(sav) cəhənnəm atəşi ilə qorxuzmuşdur.
2.İbadətləri bəli səhihdir,amma qusul alsa yaxşı olardı.
3.Ağız və buruna su aldıqdan sonra dənizdə bütün bədəni suya salman qusul sayılır.
4.İmkan varsa al.
5.Cümə qüsulu imkan daxilində bəli vacibdir.
va aleykum salam

Share Button
Tarix: 06.03.2008 | Oxunma sayı: 1. 385 baxış