featured-image-1716

Abdulla ibn Ömər (Allah ondan və atasından razı olsun!) demişdir: “Peyğəmbər (s.ə.a.s) görür ki, həcc karvanı içində yol gedən Ömər ibn Xəttab atasına and içir. Peyğəmbər (s.ə.a.s) onları çağırıb deyir: “Yox! Qüdrət və Cəlal sahibi Allah sizə öz atalarınıza and içməyi qəti qadağan edir. Əgər and içirsinizsə, yalnız Allaha and için, ya da ki, susun” (Qaynaqlar: Buxari, “Iman” və “Nəzirlər”, 7/221; Müslim, “Iman”, 3/1267).

2. O (Allah ondan və atasından razı olsun!) həmçinin danışırmış ki, Peyğəmbər (s.ə.a.s) demişdir: “And içən yalnız Allaha and içməlidir” (Qaynaq: Müslim, “Iman”, 3/1267).
3. Əbu Hüreyrə (Allah ondan razı olsun!) danışırmış ki, Peyğəmbər (s.ə.a.s) demişdir: “Sizdən biri and içəndə andında Lat və Üzzənin adını çəksə, mütləq “La ilahə illəllah” deməlidir. Öz yoldaşına “gəl qumar oynayaq” deyən onu bir şeylə inandırmalıdır”. (Qaynaqlar: Buxari, “Iman” və “Nəzirlər”, 7/222; Müslim, “Iman”, 3/1267-1268).
4. Büreydə (Allah ondan razı olsun!) danışırmış ki, Peyğəmbər (s.ə.a.s) demişdir: “Əmanətə and içən bizdən deyildir” (Qaynaqlar: Əbu Davud, “Iman” və “Nəzirlər”, 3/222. Səhih istinadlı hədisdir).
Mən deyirəm: “Peyğəmbər kəlamından gətirilən bu səhih dəlillərdən aydın olur ki, əmanət, çörək, duz, şərəf, ata, baba, Kəbə, Peyğəmbər, qardaşlıq, dostluq, yol yoldaşlığı, əsgəri şərəf, talaq və i.a. bu kimi Allahdan başqa şeylər qadağandır. Həm də aydın olur ki, yalnız və yalnız vahid və şəriksiz Allaha and içmək olar”.

Bənzər Məqalələr