featured-image-1695

Haqq yolundan uzaq düşmüş gənc bir oğlan şirkətlərin birində səhər-axşam növbəsində yaşayışın bir çox tələbatlarını ödəmək iqtidarında olmayan cüzi bir maaş qarşılığnda işləyirmiş. O vaxtının əksəriyyətini iş yerində keçirirmiş.

Nəhayət bir gün Allah-taala onu hidayət yoluna yönəldir, gənc Tanrısı, yaradıcısı olan Allah qarşısında ən böyük təqsirini hiss etməyə başlayır. Ürəyindən Quran əzbərləmə dərnəklərinə qoşulmaq, saf və şirin səlsəbil(Səlsəbil — Cənnət bulağı) bulaqlarından susuzluğu yatırtmaq üçün məscidlərdəki dərslərdə və mühazirələrdə iştirak etmək keçir. Lakin onun iş recimi, nəinki bu arzularını həyata keçirməyə, hətta öz arvadı və uşaqlarına də kifayət qədər vaxt ayırmasına, ailənin zəruri ehtiaclarını ödəməsinə imkan vermir.
Bir gün onunla qarşılaşdım. Halından şikayətlənərək məndən məsləhət istədi və Allah-taala onu haqq yoluna yönəltdikdən bəri həmin şirkətdəki işinə nifrət etdiyini, Quran öyrənməsinə, elmi məclislərdə iştirak etməsinə imkan verəcək yeni iş yeri axtardığını bildirdi. Ondan: “Sən istixarə namazının nə olduğunu bilirsənmi?” — deyə soruşduqda cavabı mənfi oldu. Ona istixarə namazını öyrətdim və dərhal gedib onu qılmasını, bu işini buraxıb başqa iş axtarmasında Allahdan xeyirli olan nədirsə, onu istəməsini söylədim. Bir neçə gündən sonra o sevincək bir halda yanıma gəlib dedi: “Allah Öz qapılarını mənim üzümə açdı, işimi asanlaşdırdı. Mənə daha yüngül recimli və daha çox maaşı olan bir iş nəsib elədi. İndi bu işim mənə dünya işləri ilə yanaşı elm öyrənməyimə də imkan verir”. Mən ondan bütün bunların belə tez bir müddətdə necə baş verməsini soruşduqda əhvalatı belə nağıl etdi: “Bir məclisdə əyləşmişdim. Məclisə gələnlər arasında bir nəfər iş adamı da var idi. Söhbət əsnasında o şirkətdə onunla birgə işləmək üçün etibarlı, dürüst bir işçiyə ehtiyacı olduğunu söylədi. Mən də onun bu təklifini qəbul etdim. Hər şey bu qədər asan oldu”.

Bənzər Məqalələr