featured-image-1690

Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən Nəcdatlarla (Nəcdat — hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir onlar?”- deyə soruşdu. Mən dedim: “Filan, filan (işləri görmüşəm)”. O dedi: “Bunlar ki, böyük günahlardan deyil.

Böyük günahlar doqquzdur;
Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”.
(Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: “Bəli, vallahi ki, (istəyirəm)”- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Yalnız anam yanımdadır!” O dedi: “Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı