featured-image-1654

Azan, namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir[1]. Onun hökmü vacibdir.
Malik ibn əl-Huveyris Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namaz vaxtı yetişdikdə biriniz azan versin, böyüyünüz isə namazda sizə imamlıq etsin»[2]. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) azan verməyi əmr etmişdir. Məlum məsələdir ki, əmr olunan əməl, onun vacib olmasına dəlalət edir.

Ənəs deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizimlə bərabər döyüşə gedərkən səhər açılana qədər hücum etməz, gözləyərdi. Əgər azan səsi eşitsəydi onlara toxunmazdı. Azan səsi eşitmədikdə isə onlara hücum çəkərdi[3].

Azanın fəziləti:
Müaviyə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiyamət günü müəzzinlər insanlar arasında ən uzun boyunlu olacaqlar»[4].
Əbdürrəhman ibn Abdullah ibn Əbdürrəhman ibn Əbu Sasaə əl-Ənsari sonra əl-Mazini atasının ona belə dediyini deyir: Əbu Səid əl-Xudri mənə belə deyib: «Mən görürəm ki, sən qoyun otarmağı və vadidə yaşamağı çox sevirsən. Qoyun otararkən, yaxud vadidə olarkən azan verdikdə, onu uca səslə oxu. Həqiqətən müəzzinin səsini eşidən cin, insan və hər şey qiyamət günün onun bu əməlinə şahidlik edəcəklər». Əbu Səid əl-Xudri bunu Peyğəmbərdən eşitdiyini demişdir»[5].

Azanın necəliyi:
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bundan narahatlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində yaşıl iki ədəd yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Ey Allah bəndəsi, zəngi satırsanmı? O dedi: Onu neynirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracayıq. O dedi: Mən sənə bundan daha xeyirlisini deyimmi? Mən dedim: Əlbəttə, de. O dedi: Bax belə deyirsən;
Allahu əkbər, Allahu əkbər.
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Həyyə aləl fələh.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Sonra bir az aralandı və dedi: Namaza durduqda isə belə deyirsən;
Allahu əkbər, Allahu əkbər.
Əşhədu ə-ll-ə iləhə illəllah.
Əşhədu ənnə Muhəmmədən rəsuləllah.
Həyyə aləs salət.
Həyyə aləl fələh.
Qədiqamətis salət. Qədiqamətis salət.
Allahu əkbər, Allahu əkbər.
Lə iləhə illəllah.
Abdullah ibn Zeyd ibn Əbdi-Rabbihi deyir: Səhər açılanda Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldim və gördüklərimi ona danışdım. O, isə dedi: «Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi. Azanı, Əbu Bəkrin köləsi Bilal oxuyurdu»[6].

Müəzzinin iki təkbiri (Allahu əkbər sözlərini) bir nəfəsə verməsinin müstəhəb olması:
Ömər ibn əl-Xəttab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə,[7] …»[8]. Hədisdə açıq-aşkar göstərilir ki, müəzzin iki təkbiri bir nəfəslə deyir, onu eşidən də eyni şəkildə təkrar edir[9].

Azan oxuyarkən kəlmeyi şəhadəti uca səslə dedikdən sonra, yenidən sakit səslə təkrar etmək müstəhəbdir[10].
Əbu Məhzura deyir ki, Allahın Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona bu azanı öyrətmişdir: «Allahu əkbər, Allahu əkbər. Əşhədu əllə iləhə illəllah. Əşhədu əllə iləhə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə muhəmmədən rəsuləllah. Sonra yenidən (özü sakit səslə) Əşhədu əllə iləhə illəllah. Əşhədu əllə iləhə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsuləllah. Əşhədu ənnə muhəmmədən rəsuləllah. Sonra iki dəfə həyyə aləs salət, iki dəfə də həyyə aləl fələh. Sonra Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah»[11].

Sübhün birinci azanında “əs-Salətu xəyrun minən novm” sözlərini əlavə etmək müstəhəbdir.
Əbu Məhzura deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: «Həyyə aləl fələh, həyyə aləl fələh. Sonra sübhün ilk azanında, əssalətu xəyrun minən novm, əssalətu xəyrun minən novm. Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah»[12].
Əmir əs-Sənani, “Subulus Səlam” adlı kitabında (1/ 120), İbn Rəslanın belə dediyini qeyd edir:
“Əs-salətu xəyrun minən novm” sözləri, yalnız sübh namazının birinci azanında deyilir. Çünki birinci azan yatanı namaza oyatmaq üçündür. İkinci azan isə namazın vaxtının daxil olmasını bildirmək və namaza çağırmaq üçündür”.

Azanı ilk vaxtda vermək müstəhəbdir. Ələlxüsus sübh namazında azanı namazın vaxtı girməmiş vermək müstəhəbdir[13].
Cabir ibn Səmurə deyir: «Bilal, gün zenit xəttini keçən kimi gecikmədən azan verər, Peyğəmbər gələnə qədər iqamə verməzdi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gəlişini gördükdə iqaməni verərdi»[14].
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bilal gecə azan verir. Siz, İbn Umm Məktum azan verənə qədər yeyin-için»[15].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sübh azanının, namazın vaxtından əvvəl verilməsinin hikmətini açıqlayaraq demişdir: «Bilalın azanı sizi sühurdan (oruc tutarkən səhər yemək-içməyindən) yayındırmasın. O gecə azan verir ki, gecə namazı qılanlar dinlənsinlər, yatanlar isə oyansınlar»[16].

_________________________________________________________
[1] Fiqhus Sünnə: 1/ 94.
[2] Buxari: 2/ 111/ ? 631. Müslim: 1/ 465/ ? 674.
[3]Buxari: 2/ 89/ ? 610. Mətndə onun rəvayəti verilmişdir. Müslim: 1/ 288/ ? 382. Bunun mənasına uyğun rəvayət etmişdir.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6645. Müslim: 1/ 290/ ? 387.
[5] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: ? 625. Buxari: 2/ 87/ ? 609. Nəsai: 2/ 12.
[6] Həsənun Səhih. Səhih Sünən Əbu Davud: ? 469. Əhməd: 3/ 14/ ? 244. Əbu Davud: 2/ 169/ ? 495. Tirmizi: 1/ 122/ ? 189. Onun rəvayəti müxtəsər verilmişdir. İbn Macə: 1/ 232/ ? 706.
[7] Hədisin ardı belədir: «Sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar».
[8] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 527. Müslim: 1/ 289/ ? 385. Əbu Davud: 2/ 228/ ? 523.
[9] Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3/ 79.
[10] Şərhun Nəvəvi Alə Səhih əl-Müslim: 3/ 81.
[11] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 191. Müslim: 1/ 287/ ? 379.
[12] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: ? 628. Nəsai: 2/ 7.
[13] Sübh namazında iki azan vermək müstəhəbdir. Bu bölümdə deyilən sübh azanı birinci azandır. (tərc.)
[14] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 503. Əhməd: 3/ 35/ ? 283. Mətndəki onun rəvayətidir. Müslim: 1/ 423/ ? 606. Əbu Davud: 2/ 241/ ? 533. Onun rəvayəti, mətndəki rəvayətə oxşardır.
[15] Buxari: 2/ 104/ ? 622. Müslim: 2/ 768/ ? 1092.
[16] Buxari: 2/ 103/ ? 621. Müslim: 2/ 768/ ? 1093. Əbu Davud: 6/ 472/ ? 2330

Bənzər Məqalələr