featured-image-1641

Namazın vacib əməlləri:
1. Birinci təkbirdən başqa, namaz vaxtı deyilən bütün təkbirlər. Həmçinin “Səmiəllahu limən həmidəh” və “Rabbənə ləkəl həmd” sözləri:

Əbu Hureyrə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaza başlayarkən təkbir edərdi. Sonra rükuya gedərkən yenə təkbir edərdi. Sonra qamətini rükudan qaldırarkən belə deyərdi: Səmiəllahu limən həmidəh. Qamətini tam düzəldəndən sonra belə deyərdi: Rabbənə ləkəl həmd. Sonra səcdəyə gedərkən yenə təkbir edərdi. Başını səcdədən qaldırarkən yenə də təkbir edərdi. Yenidən səcdəyə gedərkən təkbir edər. Sonra başını səcdədən qaldırarkən yenidən təkbir edərdi. Sonra bütün namazda belə edər və namazını bitirərdi. İkinci rükətdə oturub (üçüncü rükətə) qalxarkən yenə təkbir edərdi»[1]. Artıq Peyğəmbər demişdir ki, «Mən necə namaz qılıramsa siz də elə namaz qılın»[2].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını düzgün qılmayan kişiyə bunu əmr edərək demişdir: «Aşağıdakı amillər olmadan heç kəsin namazı düzgün olmaz: Tam dəstəmaz almalı. Sonra təkbir edib Uca Allaha həmd-səna deyib, istədiyi qədər Quran oxumalı. Sonra Allahu əkbər deməli. Sonra əzaları öz yerinə oturana qədər səcdə etməli. Sonra Allahu əkbər deyib səcdədən qalxmalı və rahat oturmalı. Sonra əzaları öz yerini tapana qədər rüku etməli. Sonra qamətini düzəldənə qədər “Səmiəllahu limən həmidəh” deməlidir. Sonra Allahu əkbər deməlidir.
Sonra əzaları rahat olana qədər səcdə edir. Sonra “Allahu əkbər” deyir. Sonra əzaları rahat olana qədər səcdə edir… Sonra başını qaldırıb təkbir edir. Kim bunu etsə namazı tamam olar»[3].
2. Birinci təşəhhüd:
İbn Məsud deyir ki, həqiqətən Muhəmməd belə demişdir:
«Hər iki rükətdən sonra oturduqda belə deyin:
»التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله«
«Əttəhiyyatu lillahi vəs səlavatu vət tayyibatu, əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuhu, əssəlamu aleynə və alə ibadillahis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu».
Duanın tərcüməsi isə belədir: «Ən gözəl salamlar, namazlar və yaxşı işlər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı,rəhməti və bərəkəti olsun. Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın qulu və elçisidir.
Bunu dedikdən sonra itədiyiniz duanı seçin və onunla Rəbbinizə dua edin»[4].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını düzgün qılmayan kişiyə bunu əmr edərək demişdir: «Namazın ortasında oturarkən rahatlan, sol baldırını yerə qoy, sonra təşəhhüdü oxu»[5].
3. Namazqılan namaza başlayarkən, önündən keçməyin və gözünün yayınmasının qarşısını alan sütrə (maneə) götürməlidir.
Səhl ibn Əbu Xeysəmə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz namaz qılarkən sütrə olan yerdə qılsın və sütrəyə yaxın dayansın ki, şeytan onun namazına mane olmasın»[6].
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Yalnız sütrə olan yerdə namaz qıl. Namaz vaxtı heç kəsə qarşından keçməyə imkan vermə. Əgər kimsə qarşından keçməyə israrlı olarsa ona qarşı mübarizə apar. Çünki həqiqətən onunla bərabər yoldaş (şeytan) vardır»[7].
Sütrə, divardan, sütundan, əsadan, nizədən və yəhərdən ola bilər. Belə ki, sütrə qarşıya qoyulub o istiqamətdə namaz qılınır. Sütrənin ən az hündürlüyü yəhərin arxa tərəfi qədər olmalıdır. Demək Musa ibn Talha atasından, o da Peyğəmbərdən belə rəvayət etmişdir: «Biriniz qarşısına yəhərin arxa tərəfi böyüklükdə sütrə qoyubsa namazını qılsın və sütrənin arxasından keçənlərə əhəmiyyət verməsin»[8].

Namazqılanın sütrəyə yaxın dayanması:
Bilal deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılırdı. Onunla divar arasında üç dürsəyə yaxın məsafə var idi»[9].
Səhl ibn Səəd deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılan yeri ilə divar arasında bir qoyun keçən qədər məsafə var idi»[10].
Namazqılan özünə sütrə götürübsə, kiminsə özü ilə sütrə arasından keçməyinə imkan verməsin.
İbn Abbas deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılırdı. Bu zaman onun qarşısından bir qoyun keçir. Peyğəmbər (heyvanın qarşısını almaq üçün) qarnı divara dəyənə qədər qibləyə tərəf irəlilədi»[11].
Əbu Səid əl-Xudri Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz namaz qılarkən başqasının öz qarşısından keçməsinə imkan verməsin. Keçmək istəsə bacardığı qədər onun qarşısını alsın. Əgər inadkarlıq etsə ona müqavimət göstərsin. Həqiqətən o şeytandır»[12].

Əgər namazqılan özünə sütrə götürməyibsə, qarşısından keçən eşşək, qadın və qara it onun namazını batil edir.
Abdullah ibn əs-Sammit, Əbu Zərrdən rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Biriniz namaza başlayarkən qarşısına yəhərin arxası böyüklükdə maneə qoyarsa namaz yerini qorumuş olar. Əgər qarşısında yəhərin arxası böyüklüyündə maneə olmazsa onun namazını eşşək, qadın və qara it batil edər». Mən dedim: «Ey Əbu Zərr, bəs qara itin, qırmızı və sarı itdən nə fərqi var? Əbu Zərr dedi: Ey qardaşım oğlu, mən də Peyğəmbərdən sənin soruşduğun kimi soruşmuşdum. O demişdi ki, «qara it şeytandır»[13].
Namazqılanın qarşısından keçməyin haram olması:
Əbu Cuheym Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namazqılanın qarşısından keçən bunun nə dərəcədə günah olduğunu bilsəydi olduğu yerdə qırx (il) dayanardı və bu onun üşün daha xeyirli olardı. Amma namazqılanın qarşısından keçməzdi»[14].
İmamın sütrəsi məmumun da sütrəsidir:
İbn Abbas deyir ki, «mən eşşəyin üzərində gəlirdim. Həmin gün mən həddi buluğa çatmışdım. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Minada camaata namaz qıldırırdı. Mən cərgələrin arasından keçib miniyimdən düşdüm və eşşəyi buraxdım. Sonra cərgəyə qoşuldum. Amma heç kəs bu hərəkətimə görə mənə irad tutmadı»[15].

____________________________________________________________________
[1] Buxari: 2/ 272/ ? 289. Müslim: 1/ 293/ ? 392. Nəsai: 1/ 233.
[2] Hədis səhihdir. əl-İrva: ? 262. Buxari: 2/ 111/ ? 631.
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 763. Əbu Davud: 3/ 99-100/ ? 842.
[4] Hədis səhihdir. əl-İrva: ? 336. Nəsai: 2/ 238.
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 766. Əbu Davud: 3/ 102/ ? 845.
[6] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 722. Hakim: 1/ 251. Mətndəki rəvayət onundur. Əbu Davud: 2/ 388/ ? 681. Nəsai: 2/ 62. Bu alimlərin rəvayətində isə deyilir ki, «Biriniz sütrə olan yerdə namaz qılarkən…»
[7] Hədis səhihdir. Sifətus Salət: səh. 62. İbn Xuzeymə: 2/ 9/ ? 800
[8] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 339. Müslim: 1/ 358/ ? 499. Tirmizi: 1/ 210/ ? 334. Əbu Davud: 2/ 380/ ? 671. Mətndəki hədisə oxşar.
[9] Hədis səhihdir. Sifətus Salət: səh. 62. Buxari: 1/ 579/ ? 506.
[10] Buxari: 1/ 574/ ? 496. Müslim: 1/ 364/ ? 508. Əbu Davud: 2/ 389/ ? 682. Mətndəki hədisə oxşar.
[11] Hədis səhihdir. Sifətus Salət: səh. 64. İbn Xuzeymə: 2/ 20/ ? 827.
[12] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 338. Müslim: 1/ 362/ ? 505.
[13] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 719. Müslim: 1/ 365/ ? 510. Nəsai: 2/ 63. Tirmizi: 1/ 212/ ? 337. Əbu Davud: 2/ 394/ ? 688.
[14] Buxari: 1/ 584/ ? 510. Müslim: 1/ 363/ ? 507. Əbu Davud: 2/ 393/ ? 687. Tirmizi: 1/ 210/ ? 235. Nəsai: 2/ 66. İbn Macə: 1/ 304/ ? 945.
[15] Müslim: 1/ 361/ ? 504. Əbu Davud: 2/ 402/ ? 701. Buxari: 1/ 571/ ? 493. Onun rəvayətində belə bir əlavə var. «Minada namaz qıldırırdı və qarşısında divar yox idi». Amma bu əlavə söz, Peyğəmbərin qarşısında divardan başqa sütrə olmadığına dəlalət etmir. Çünki Peyğəmbər çöllükdə namaz qılarkən sütrə olaraq daim qarşısına nizə batırardı.

Bənzər Məqalələr