featured-image-1588

İbn Məsud – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «İçinizdə hər kəsi yıxan qüvvətli pəhləvan haqqında nə düşünürsünüz?». Səhabələr: «O, elə bir kimsədir ki, bir çox adamlar onu yerə yıxa bilməzlər» dedilər. Peyğəmbər: «O, sizin dediyiniz vəsifdə olan kimsə deyildir. Lakin həqiqi qüvvətli kimsə qəzəb zamanı nəfsinə malik və iradəsinə hakim olan kimsədir» deyə buyurdu (Müslim, 2608).

Süleyman b. Surad – radıyallahu anhu — rəvayət edir ki, iki nəfər Peyğəmbər — sallallahu aleyhi və səlləm — in hüzurunda bir-birlərini söydülər. Bunlardan birinin gözləri (qəzəbindən) qızarmağa və şah damarları şişməyə başladı. Peyğəmbər: «Mən elə bir kəlimə bilirəm ki, əgər o, kimsə bu kəliməni söyləsə qəzəb halı ondan gedər. O, kəlimə: ƏUZU BİLLƏHİ MİNƏŞ ŞEYTANİR RACİM — lənətlənmiş şeytandan Allaha sığınıram sözüdür» deyə buyurdu. Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən bu kəlimələri eşidənlərdən biri qəzəbli olan kimsəyə: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — in bir az öncə nə söylədiyini bilirsənmi? Mən elə bir kəlimə bilirəm ki, əgər bu kimsə onu söyləsə qəzəbi gedər» dedi. Qəzəbli olan kimsə: «Sən məni məcnun (dəlimi) sayırsan» dedi (Buxari, Müslim).

Əbu Hureyrə – radiyallahu anhu — rəvayət edir ki, bir nəfər Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə dedi: «Mənə tövsiyə (nəsihət) et!». (Peyğəmbər) buyurdu: «Qəzəblənmə!». (Adam): Sualını bir neçə dəfə təkrar etdi. (Peyğəmbər) yenə: «Qəzəblənmə!» – deyə buyurdu» (Səhih Buxari, 6116).

Peyğəmbər – səllallahu aleyhi və səlləm — buyurdu: «Sizlərdən kimsə qəzəblənərsə əgər o, ayaq üstədirsə əyləşsin. Əgər onun qəzəbi keçməzsə, qoy onda uzansın» (Əl-Albani, «Səhihul Cəmi», 694).

Bənzər Məqalələr