featured-image-1561

Bu heyvan Axır zamanda meydana gələn Allah ayələrindən biridir. Bu zaman şər artır, fitnə-fəsad hər yeri bürüyür. Bu vaxt xeyir çox azalır. Allah təala bu heyvan barədə buyurur: «Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər» (ən-Nəml, 82).

Heç şübhəsiz bu heyvan insanın görmüş olduğu heyvanlara bənzəmir. Belə ki, o, insanlarla danışır. Biz artıq heyvanın meydana gəlməsinin son saatın tamam olması əlamətlərindən biri olması barədə Peyğəmbər (sav) hədislərini vermişik.
İmam Əhməd “Müsnəd”, əl-Buxari “Kəbir”, əl-Bəğəvi “Əli bin əl-Cə”din hədisi”, Əbu Nueym “İsfəhan xəbərləri” əsərlərində Əbu İmamənin səhih istinadlı və Peyğəmbərlə əlaqələndirilən hədisində deyilir: “Dabbə (heyvan) meydana gəlir. Adamların burnunu əzir və bununla da onları nişanlayır. Bir kişi dəvə alır. Deyirlər: Kimdən aldın? Cavab verir ki, bir burnu əzilmişdən aldım”.
(«Silsilət əl-Əhadis əs-səhihə», 1/31, hədis: 322, İmam Əhməd 5/268)

Mahmud Qəhramanov
www.islamevi.az

Bənzər Məqalələr