featured-image-1509

Bir dəstə camaat səhrada yol gedirlər. Birdən susuzluq onları bürüyür. Bir dənizin sahilinə gəlirlər. Dənizin suyu çox acı və çox duzlu olur.

Bərk susadıqlarından acılığı və duzluluğu hiss etmədən sudan içirlər. Hər dəfə su içdikcə də yanğıları daha da artır. Nəhayət bağırsaqları partlayır və susuzluqdan ölürlər. Aralarında olan ağıllı insanlar suyun duzlu və acı olduğunu və onu içdikcə də susuzluğu daha da artırdığını bildikləri üçün dənizdən xeyli aralandıqdan sonra şirin sulu bir əraziyə rast gəlirlər. Orada quyu qazırlar. Quyudan şirin su qaynayır. Ondan içirlər, xəmir yoğururlar və yemək bişirirlər.Sonra isə dənizin kənarında qalan qardaşlarını şirin suya səsləyirlər. Dənizin kənarındakılarından kimisi onlara istehza edər, kimisi düşdüyü halına razı olar. Çağırışa cavab verənlər çox az olar.
Bu misalın eynisini İsa (aleyhissalam) çəkərək belə deyir: «Dünyanı istəyən dənizdən su içən insana bənzər. Hər dəfə su içdikcə yanqısı daha da artar və nəhayət [çox su içdikdən dəniz suyu bağırsaqlarına dolaraq] onu öldürər».
(İbn Əbi əd-Dünya, “Zəmmid-Dünya”, 342.)

İbn əl-Qeyyim əl-Cauziyyə
SƏBİR EDƏNLƏRİN AZUQƏSİ
ŞÜKÜR EDƏNLƏRİN TƏDARÜKÜ

Bənzər Məqalələr