featured-image-1507

1.İbn Abbasın belə deməsi rəvayət olunur: «Bir gün Peyğəmbərin (sav) arxasında oturarkən o belə dedi: “Ey oğul! Allahı unutma ki, O da səni qorusun. Allahı unutma ki, Onu axtardığın zaman qarşında tapa biləsən. Bir şey dilədikdə Allahdan dilə. Kömək istədikdə Allahdan istə”».
Hədisi Tirmizi rəvayət etmiş, eyni zamanda da onu yaxşı və səhih hesab etmişdir.

2.Numan ibn Bəşirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Şübhəsiz ki, halal da, haram da aydındır. Lakin onlar arasında elə şübhəli şeylər vardır ki, insanların əksəriyyəti bundan bixəbərdir. Kim bu şübhəli işlərdən uzaq olsa, bununla öz dinini və namusunu hifz etmiş olar. Şübhəli işlər görən şəxs isə qoruğun ətrafında sürünü otaran çobanın gec-tez həmin qoruğa düşməsi kimi harama əl atmış olur. Eşidin! Hər bir hökmdarın öz qoruq ərazisi vardır. Eşidin! Şübhəsiz ki, Allahın qoruq ərazisi də onun haram buyurduqlarıdır. Eşidin! Vücudda bir parça ət vardır ki, o sağlam olsa, bütün vücud sağlam olacaq. O xəstələnsə, bütün vücud xəstələnəcək. Bilin ki, bu qəlbdir». Numan bu hədisi söyləyərkən iki barmağını qulaqlarına tıxamışdır. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

3.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav)buyurmuşdur: «Dinarın, dirhəmin və məxmərin qulu bədbəxtdir. Ona bunlardan biri verilsə, razı qalar, verilməsə, narazı qalar».
Hədisi Buxari rəvayət etmişdir.

4.İbn Ömərin belə deməsi rəvayət olunur: «Allahın elçisi (sav) çiynimdən tutaraq dedi: “Bu dünyada qərib və ya yolçu kimi yaşa”». İbn Ömər isə belə deyərdi: «Axşam olarkən səhəri, sabah olarkən isə axşamı gözləmə. Sağlığından xəstəliyin üçün, həyatından isə ölümün üçün istifadə et».
Hədisi Buxari rəvayət etmişdir.

5.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Kim özünü istənilən bir xalqa bənzətsə, o onlardan hesab olunur».

6.Səhl ibn Səddən rəvayət olunur ki, bir kişi Peyğəmbərin (sav) hüzuruna gələrək dedi: «Ey Allahın elçisi! Mənə elə bir əməl göstər ki, ona əməl etdikdə həm Allah, həm də insanlar məni sevsin». Peyğəmbər(sav) dedi: «Allahın səni sevməsi üçün dünya malına həris olma. İnsanların səni sevməsi üçün isə onların əmlaklarına göz tikmə».
Hədisi İbn Macə və başqaları yaxşı isnadla rəvayət etmişdir.

7.Səd ibn Vəqqasdan rəvayət olunur ki, Allahın elçisi(sav)buyurmuşdur: «Şübhəsiz ki, Allah Ondan qorxan, zəngin və özünü gözə soxmayan qulu sevər».
Hədisi Müslim rəvayət etmişdir.

8.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Müsəlmanın özünə aid olmayan işlərə müdaxilə etməməsi onun gözəl əxlaq sahibi olmasındandır».
Hədisi Tirmizi rəvayət etmiş, eyni zamanda da onu yaxşı hesab etmişdir.

9.Miqdəm ibn Mədiyəkəribdən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Adəm övladının doldurduğu ən pis qab onun mədəsidir».
Hədisi Tirmizi rəvayət etmiş və eyni zamanda da onu yaxşı hesab etmişdir.

10.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Susmaq müdriklikdir, lakin onu bacaranlar azdır». Hədisi Beyhəqi «Şüab əl-İman» adlı hədislər toplusunda zəif isnadla rəvayət etmişdir, bununla yanaşı o, hədisin Loğmanın kəlamı olması fikrini də səhih hesab etmişdir.
(əl-Beyhəqi, “Şuab əl-İman”, 5027. Əlbaniyə görə hədis zəifdir. Bax: “Daif əl-Camii əs-Sağir”, 3555 və “Sisilət əl-Əhadis əd-Daifə”, 2424.)

11.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi(sav)buyurmuşdur: «Hər bir adəm övladı günah edəndir və günahkarların da ən xeyirlisi tövbə edəndir».
Hədisi Tirmizi və İbn Macə güclü isnadla rəvayət etmişdir.

Buluğul Məram” (Məqsədə Çatma) kitabından
Tərcümə edən :Rəsul Ömərov
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı