featured-image-1499

Onuncu misal

Dünya insanların ev-eşiklərinə, yurd-yuvalarına getməsi üçün sahilə qədər qət edilməsi labüd olan bir dənizə bənzər. Bu dənizi isə yalnız qurtuluş gəmisi ilə qət etmək olar. Bunun üçün də Allah-taala xalqlara qurtuluş gəmilərini necə əldə etmələrini bildirmək üçün elçilər göndərdi.

Peyğəmbərlər insanlara qurtuluş gəmiləri hazırlamalarını və ona minmələrini əmr etdi. Qurtuluş gəmisi Allah elçilərinə itaət, yalnız Allaha ibadət, əməllərin ixlasla və Allah üçün olması, Axirəti istəyərək qolları çırmalayıb onun üçün çalışmaqdır. Dənizə girib üzərək məqsədlərinə çata bilməyəcəklərini bilənlər dənizə girməkdən imtina etdilər və qalxıb gəmiyə mindilər. Beləliklə də onlar öz msəqsədlərinə çatmağa müvəffəq oldular. Axmaqlar isə gəmini, onun alətlərini hazırlamaq, gəmiyə minmək çətin göründüyündən: «Biz dənizi keçəcəyik. Əgər bunu bacarmasaq üzərək keçərik» — dedilər. Onlar dünya əhli idilər. Dənizə girdilər. Batacaqlarını görüb üzməyə başladılar. Lakin sonunda dənizdə qərq oldular. Gəmiyə minənlər isə Nuhla  gedənlərin qurtuluşu kimi qurtuldular. Nuhun gəmisinə minməkdən imtina edib yeri seçənlər isə yeri su basdığı zaman suda qərq oldular. Dünya əhlinin halını göstərən bu misal haqqında dərindən düşünsən, necə də reallığa uyğun olduğunu görmüş olarsan. Çünki bu misal dünya, axirət, qədər və əmr üçün çəkilmişdir. Qədər dəniz, onun haqqında əmr isə gəmidir. Yalnız ona minən nicat tapar.

İbn əl-Qeyyim əl-Cauziyyə
SƏBİR EDƏNLƏRİN AZUQƏSİ
ŞÜKÜR EDƏNLƏRİN TƏDARÜKÜ

Bənzər Məqalələr