featured-image-1463

Huzeyfə (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Allah və fılankəs istəsə – deməyin! Lakin, Allah istəsə, sonra fılankəs istəsə – deyin!” (Əbu Davud 4980, 4/295 Əhməd “Müsnəd” 5/384 və başqaları)

Yalnız “Allah istəsə” və ya “Allah istəməsəydi” demək ən gözəl deyiliş formasıdır. “Allah istəsə sonra fılankəs istəsə” və ya “Allah istəməsəydi, sonra fılankəs olmasaydı” deməkdə də heç bir qəbahət yoxdur. Lakin, “Allah və fılankəs istəsə” və ya “Allah və fılankəs olmasaydı” demək qadağandır.

Bənzər Məqalələr