featured-image-1362

1.Aişədən rəvayət olunur ki, Fatimə bint Əbu Hübeyşin qanaxması olardı. Bir dəfə Allahın elçisi (sav) ona dedi: «Aybaşı qanı tünd qandır və bilinir. Əgər həmin qan olarsa, onda namazı dayandır, yox əgər başqa qan olarsa, onda dəstəmaz al və namazı qıl». Hədisi Əbu Davud və Nəsai rəvayət etmişdir.
Əbu Davudun Əsma bint Üveysdən rəvayət etdiyi digər bir hədisdə isə deyilir: «Tasda otursun, əgər mayenin üzərində sarılıq görərsə, onda zöhr və əsr namazları üçün bir qüsl, məğrib və işa namazları üçün bir qüsl, sübh namazı üçün bir qüsl və onların aralarında da dəstəmaz alsın».
2.Ümm Atiyyənin belə deməsi rəvayət olunur: «Aybaşıdan təmizləndikdən sonra bulanıq və sarı mayeni nəzərə almırdıq». Hədisi Buxari və Əbu Davud rəvayət etmişdir. Hədisin mətni isə sonuncunundur.

3.Həmnə bint Cəhşin belə deməsi rəvayət olunur: «Bir dəfə məndə güclü qanaxma baş vermişdir. Peyğəmbərin (sav) hüzuruna gəldim və ondan fitva istədim. O isə dedi: «Bu şeytandan bir zərbədir. Aybaşının müddətini altı-yeddi gün hesab et, sonra qüsl al, iyirmi dörd və ya iyirmi üç gün orucunu tut, namazını qıl. Bu sənin üçün caizdir və hər ay, digər aybaşı keçirən qadınların etdiklərini sən də et. Əgər gücün çatsa, zöhr namazını gecikdir, əsri tezləşdir, təmizləndiyin zaman onlar üçün qüsl al və onları birgə qıl. Sonra məğribi gecikdir, işanı tezləşdir və yenə də qüsl alıb onları birgə qıl, sonda bu minvalla da qüsl alıb sübh namazını qıl». Sonra isə Peyğəmbər (sav) «Mən bu iki üsulu daha çox bəyənirəm»-deyə əlavə etdi.
Hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişdir. Tirmizi hədisi səhih, Buxari isə yaxşı hesab etmişdir.

4.Aişədən rəvayət olunur ki, Ümm Həbibə bint Cəhş Allahın elçisinə qanaxmalardan şikayət etdi. Peyğəmbər (sav) isə ona dedi: «Aybaşı halının sona çatmasını gözlə, sonra qüsl al». Ümm Həbibə də hər namaz üçün qüsl alardı. Hədisi Müslim rəvayət etmişdir.
Buxarinin rəvayətində isə deyilir: «…və hər namaz üçün dəstəmaz al».
Əbu Dəvud və başqaları həmin hədisi başqa isnadla rəvayət etmişdir

5.Ənəsdən rəvayət olunur ki, yəhudilər aybaşı keçirən yəhudi qadınları ilə çörək yeməzdilər. Lakin peyğəbər (sav) buyurmuşdur: «Cinsi əlaqə istisna olmaqla, hər şey edin».
Hədisi Müslim rəvayət etmişdir.

6.Aişədən rəvayət olunur ki, mən aybaşı keçirərkən Allahın elçisi (sav) məndən izar geyinməyimi xahiş edər və sonra isə məni oxşardı. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Aişədən rəvayət olunur ki, biz Sərif adlı yerə çatdıqda məndə aybaşı vəziyyəti başlandı. Peyğəmbər (sav) isə dedi: «Hacıların etdiklərini edə bilərsən, lakin təmizlənməyənədək Kəbəni təvaf etmə». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

8.İbn Abbasdan rəvayət olunur ki, Allahın elçisi 9sav) aybaşı keçirən qadınla cinsi əlaqədə olmaq istəyən kişi barəsində buyurmuşdur: «Qoy bir və ya yarım dinar sədəqə versin». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Hakim və İbn Qəttan isə səhih hesab etmişdir. Lakin onlardan qeyriləri isə elə hesab edirlər ki, mətn İbn Abbasın məhz öz sözləridir.(Əbu Davud, 264; Tirmizi, 136; Nəsai. 1/153; İbn Macə, 640; Əhməd, 1/230, 237, 272;əl-Hakim, 1/171-172. Əlbani hədisə səhihdir deyib)

9.Ümm Sələmədən rəvayət olunur ki, zahı Peyğəmbərin (sav) zamanında doğuşdan sonra qırx gün oturardı.
Hədisi Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişdir. Hədisin mətni isə Əbu Davuda aiddir.
Əbu Davudun digər rəvayətində isə deyilir: «Peyğəmbər (sav) ona doğuşa görə buraxılmış namazı qəza etməyi əmr etmədi». Hədisi Hakim səhih hesab etmişdir.

Buluğul Məram” (Məqsədə Çatma) kitabından
Tərcümə edən :Rəsul Ömərov
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı