featured-image-1271

Osman ibn Əbu əl-As əs-Səqafi islamı qəbul etdikdən bəri bədənində əmələ gəlmiş bir ağrıdan Allahın elçisinə şikayətləndi. Allahın elçisi də ona belə dedi: «Əlini bədənin ağrı olan hissəsinə qoy və üç dəfə: (( بِسْمِ اللهِ)) «Bismil-ləh» (Allahın adı ilə), yeddi dəfə isə:

(( أعُوذُ بِاللهِ وَقُدرَتِهِ مِنْ شَرِّ مَا أجِدُ وأُحَاذِرُ ))
«Ə‘uzu bil-ləhi va qudratihi min şərri mə əcidu va uhaziru» (Hiss etdiyim və qorxduğum [ehtiyat etdiyim] ağrının şərindən Allaha və Onun qüdrətinə pənah aparıram) – zikrlərini oxu».

www.islamevi.az

Bənzər Məqalələr