featured-image-1203

1-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Heç bir qadın müsəlman bacısının yerini tutmaq üçün gələcək ərindən onun boşanmasını xahiş etməməlidir” (Səhih Buxari)

2-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kişilər üçün ən yaxşı sıralar ön sıralar və ən pis sıralar isə axırıncı sıralardır, qadınlar üçün ən yaxşı sıralar son sıralar və ən pis sıralar isə ön sıralardır” (Səhih Müslim) Son sıralar qadınlar üçün ən yaxşıdır, çünki ön sıralardakı qadınlarla müqayisədə onlar kişilərdən daha uzaqdadır.

3-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Şübhəsiz bu dünya ancaq müvəqqəti rahatlıq yeridir və dünyada ən yaxşı rahatlıq əməlisaleh zövcədir” (Səhih Müslim, İbn Macə, Nəsai)

4-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Fitnə 3 şeydədir: Atda, qadında və evdə” (Səhih Buxari)

5-) Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əgər qadın ərinin icazəsi olmadan onun qazancından zəkat verirsə, o, ərinin savabının yarısını alacaq” (Səhih Buxari)

6-Peyğəmbər (s.ə.s) “Allah və Axirət gününə inanan müsəlman qadın üçün ərindən başqasına 3 gündən artıq yas saxlamaq caiz deyildir. Öz əri üçün qadın 4 ay, 10 gün yas saxlamalıdır” (Səhih Buxari)

7-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Dörd şey xoşbəxtlikdir: əməlisaleh zövcə, geniş ev, əməlisaleh qonşu və rahat minik. Bədbəxtlik də dörd şeydə olur: Pis qonşu, pis zövcə, pis minik və darısqal ev” (Əhməd)

8-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Allah kimisə zikr edən bir dil, şükr edən bir qəlb, səbr edən bir bədən və əməlisaleh bir zövcə ilə rizqləndirmişsə, Allah ona dünyada və Axirətdə yaxşılıq vermişdir” (Tirmizi, İbn Macə)

9-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əməlisaleh bir qadının digər qadınlara nümunəsi ağ qarğalar içindəki bəyaz qarğa kimidir. Pis qadının nümunəsi isə zahiri iyli, içi xarab olan ev kimidir” (Təbarani, səhihdir)

10-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İki zövcəsi olan və onlarla ədalətlə davranmayan, zövcələrində fərq qoyan kişi Qiyamət günü bir tərəfi əyilmiş halda olacaqdır” (Tirmizi)

11-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Qadın kişinin haqqını bilsə, onun günorta və şam yeməyini hazırlamadan, bütün işlərini görmədən oturmaz” (Təbarani, səhih)

12-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər dəfə kişinin zövcəsi ilə əlaqədə olmasında sədəqə payı vardır” (Səhih Buxari)

13-) Hənsə bint Hidam: Atam məni öz bacısı oğlu ilə evləndirdi, lakin mən bunu bəyənmədim və Peyğəmbərə (s.ə.s) şikayət etdim: O, (s.ə.s) mənə dedi: “Atanın sənin üçün seçdiyini qəbul et”. Mən dedim: “Onun seçdiyini qəbul etmək istəmirəm”. O, (s.ə.s) dedi: “Onda bu nigah qeyri-qanunidir. Get istədiyin şəxslə evlən”. Mən dedim: “Mən atamın seçdiyini qəbul etmişəm, lakin mən istəyirdim ki, qadınlar bilsinlər ki, atanın öz övladını məcburən evləndirməyə haqqı yoxdur” (İbn Macə, Fəth əl-Bəri)

14-Aişə (ra) Peyğəmbərdən (s.ə.s) soruşdu: “Kimin qadın üzərində ən böyük hüquqları var?” O (s.ə.s) dedi: “Onun ərinin” Aişə yenə soruşdu: “Bəs kimin kişi üzərində ən böyük hüquqları var?” O (s.ə.s) dedi: “Onun anasının” (Əl-Hakim)

15-) Bir qadın Peyğəmbərdən (s.ə.s) bir şey soruşmağa gəldi və onunla (s.ə.s) danışdıqdan sonra Peyğəmbər (s.ə.s) soruşdu: “Həyat yoldaşın varmı?” Qadın dedi: “Bəli” O (s.ə.s) yenə soruşdu: “Onunla necə davranırsan?” Qadın dedi: “Bacardığım şeylərdə heç vaxt vəzifəmdə səhvə düçar olmamışam” Peyğəmbər (s.ə.s) dedi: “Onunla necə rəftar etdiyinə diqqət et, çünki o sənin Cəhənnəm və Cənnətindir” (Əhməd, Nəsai, Əl-Hakim)

16-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Ərindən icazəsiz oruc tutmaq (nafilə orucları) qadın üçün icazəli deyil….” (Səhih Müslim)

17-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Mən heyzli qadının məscidə daxil olmasına icazə vermirəm” (Əbu Davud)

Tərcümə etdi: Əli Zülfüqar
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı