featured-image-1194

Mərhəmətli və rəhimli Allahın adı ilə!

Həmd və səna aləmlərin rəbbi olan Allaha məxsusdur. O, bütün bəşər övladına ölümü hökm etdi. «Yer üzərində olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan rəbbinin zati baqidir» (ər-Rəhman, 26-27)

İnsan ölümdən sonra qəbrə qoyulur. O, yenidən diriləcəyi və insanların bir yerə yığışacağı günə kimi orada bərzəx həyatını yaşayır. Oradan isə əbədi qalacağı mənzilə: ya Cənnətə, ya da Cəhənnəmə daşınır.
Meyit barəsində bəzi şərii hökmlər var. Bunlar onun yuyulması, kəfənlənməsi, daşınması, dəfni və bu qəbildən olan hökmlərdir. İslam fiqh alimlərinin bu barədəki fikirlərini sizə təqdim etdiyimiz kitabçada qısa şəkildə qeyd etmişik.
Bu kitabça vəfat etmiş qardaşları üçün şərii hökmləri yerinə yetirməyi öz üzərinə götürən hər bir şəxs üçün nəzərdə tutulub. Məqsədimiz insanların Allahın izni ilə bu ayinləri düzgün və şəriətə uyğun şəkildə yerinə yetirməyi təmin etməkdir.
Allahdan hər birimiz üçün çoxlu savab, xeyir, faydalı elm və saleh əməl diləyirik. Həqiqətən, O, eşidən və dualarımıza cavab verəndir. Allahın salavatı və salamı peyğəmbərimiz Məhəmmədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

ÖLÜMƏ HAZIRLIQ

Ölümü tez-tez yada salmaq və ona hazırlaşmaq lazımdır. Rəsulullah (s) buyurur: “Ləzzətləri sona çatdıranı (ölümü) tez-tez xatırlayın!” Bu hədisi “Beşlik” səhih isnadlarla rəvayət etmiş, İbn Hibban, Hakim və digərləri səhih hesab etmişlər. Bəyənilən formada hər şeyin əlacı mümkündür. Çünki, Allah bir dərd yaratmamışdır ki, onun şəfası və əlacı olmasın. Haram buyurulmuş yemək, araq, nəcasət və digər şeylərlə edilən müalicənin özü də haramdır. Belə ki, “Səhih”-də İbn Məsuddan rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: “Həqiqətən, Allah haram etdiyi şeylərlə ümmətinə şəfa verməmişdir.” Həmçinin əqidəyə xələl gətirən hər cür müalicə üsulu yol verilməzdir. Kahinlik, sehirbazlıq, Allahdan qeyrisi üçün qurban kəsmək, kahinlərin və münəccimlərin yanına getmək bu cür əməllərdir. Xəstə olan tövbə etməli, Allaha yönəlməlidir. Çünki bu, hər bir zaman və xüsusilə də, xəstəlik anında vacib olan bir əməldir.
Məsləhətdir ki, insan lehinə və əleyhinə olan bütün haqları və onda qalan əşyaları sahibinə qaytarsın, kiçik övladlarının haqlarına xüsusi diqqət ayırsın. Ölüm anında onun yanında olan şəxslərin ona “lə iləhə illallah” kəlməsini dedizdirməsi bəyənilən bir əməldir. Rəsulullah (s) bu barədə buyurur: “Ölüm anında olan şəxslərinizə “lə iləhə illallah” kəlməsini təlqin edin!” Bu hədisi Müslim rəvayət etmişdir. Həmçinin ölən şəxsi qibləyə çevirmək, öldükdən sonra gözlərini qapamaq və üzünü paltarla örtmək lazımdır. İmkan daxilində onun hazırlıq qaydaları tez həyata keçirilməlidir. Borclarının ödənilməsi və vəsiyyətinin yerinə yetirilməsi rəsulullahın (s) hədisinə uyğun olaraq tez bir zamanda olmalıdır: “Möminin ruhu borcundan asılıdır. Ona görə də, sorğu-sual ediləcək.” Bu hədisi Əhməd rəvayət etmiş, Tirmizi isə həsən hesab etmişdir.

Saleh bin Fövzan bin Abdullah əl-Fövzan
ardı var
www.islamevi.az

Bənzər Məqalələr