featured-image-1166

Mənəvi xəstəliklərin və ürək sıxıntısının ən böyük müalicə üsulları aşağıda müxtəsər şəkildə qeyd olunmuşdur.
1. Zəlalət və Allaha şərik qoşmaq ürək sıxıntısının ən başlıca səbəblərindən olduğu kimi doğru yol və tövhid də bu sıxıntının müalicəsidir.
2. Saleh əməllə birgə Allahın qulun ürəyinə atdığı həqiqi iman nuru belə xəstəliklərin dəvasıdır.
3. Belə dəvalardan biri də faydalı elmdir. Belə ki, hər dəfə qulun elmi artdıqca, onun qəlbi açılır və genişlənir.

Hər cür qüsurlardan uzaq və uca olan Allaha tövbə etməli, Onun yoluna dönməli, tam ürəklə Onu sevməli, Onun hüzuruna qayıtmalı və Ona ibadət etməkdən zövq almalıdır.
5. Hər bir vəziyyətdə və hər bir yerdə Allahı mütəmadi qaydada zikr etməlidir. Qeyd etmək lazımdır ki, Allahı yada salmağın köksün açılmasında, ürəyin rahatlıq tapmasında, hüzn və kədərin unudulmasında möcüzəvi təsiri vardır.
6. İmkan daxilində insanlara müxtəlif növ yaxşılıqlarla yaxşılıq etmək, onlara xeyir vermək müalicənin üsullarındandır. Çünki yaxşılıq edən səxavətli adam insanlar arasında ən ürəyi açıq, ən xoş xasiyyət və qəlbi sağlam olandır.
7. Müalicənin üsullarından biri də şücaətli və mərd olmaqdır, çünki şücaət və mərdlik köksün açılmasına və qəlbin genişlənməsinə gətirib çıxarır.
8. Ürəyin sıxıntısı və əzab çəkməsilə nəticələnən həsəd, nifrət, kin, ədavət, haqsızlıq kimi pis ləkələrin oradan xaric edilməsi xəstəliyin müalicə üsullarındandır. Peyğəmbərdən —səllallahu aleyhi və səlləm- insanların ən fəzilətlisi barədə soruşduqda, o belə cavab vermişdir: «Ürəyi bütünlüklə təmiz (süpürülmüş), dili isə tam doğru olandır». Əshabələr soruşublar: «Dili doğru olanı bilirik. Bəs ürəyi təmiz (süpürülmüş) nə deməkdir?» Belə cavab vermişdir: «O təqvalı və ləkəsiz olandır. Orada nə günah, nə haqsızlıq, nə kin-küdurət, nə də həsəd vardır».
(İbn Macə, 2/411.)
. Bu xəstəlikdən müalicə olunan adam çox baxmaq, çox danışmaq, çox dinləmək, çox ünsiyyətdə olmaq, çox yemək və çox yatmaq kimi vərdişlərdən əl çəkməlidir, çünki belə vərdişlərin tərk edilməsi köksün açılmasına, ürəyin rahatlıq tapmasına, hüzn və kədərin unudulmasına səbəb olur.
10. Faydalı iş və ya faydalı elmlə məşğul olmalıdır. Çünki belə məşğuliyyətlər ürəyi ona əziyyət verən amillərdən uzaqlaşdırır.
11. Hazırkı günün işi ilə maraqlanmalı, gələcəkdə olacaqlara maraq göstərməməli, keçmişdə olanlara üzülməməlidir. Bəndə dinində və dünyasında ona xeyir gətirən işlər görməli, məqsədinə nail olmaq üçün Rəbbindən kömək diləməlidir. Çünki bütün bunlar insan üçün hüzn və kədərdən bir təsəllidir.
12. Özündən aşağı səviyyədə yaşayan insanlara baxmalı, salamatlıq, ruzi və bu qəbildən olan digər nemətlərdə səndən yaxşı səviyyədə yaşayan insanlara baxmamalısan.
13. Geri qaytarılması mümkün olmayan keçmişdə qalmış xoşagəlməz hadisələri unutmalı və bu hadisələr barədə qətiyyən fikirləşməməlidir.
14. Əgər qulun başına bəla gəlsə, o bu bəlanı yüngülləşdirməyə çalışmalıdır. Bunun üçün müsibətin ən pis ehtimalını götürüb, ondan gücü çatdığı qədər müdafiə olunmağa çalışmalıdır.
15. Ürək güclü olmalı, pis fikirlərin cəlb etdiyi xəyal və illüzyalarla ona əziyyət verməməli, qəzəblənməməli, xoşa gələn hadisələrin yox olmasını, xoşagəlməz hadisələrin isə baş verməsini gözləməməlidir. Əksinə faydalı səbəblər göstərmək və Allahdan bağışlanma və sağlamlıq diləyərək hadisələrin gedişatını və ya gələcək işləri uca və böyük Allahın öhdəsinə və ümidinə buraxmalıdır.
16. Ürəyi Allaha bağlamaq, Ona təvəkkül etmək və gözəl zənlərlə hər cür qüsurlardan uzaq və uca olan Allaha ümid bəsləmək. Həqiqətən Allaha təvəkkül edənlərə heç bir illüzya və xəyal təsir edə bilməz.
17. Ağıllı insan bilir ki, onun düzgün həyatı səadət və əmin-amanlıq həyatıdır və bu həyat çox qısadır. Belə insan çox qısa olan bu həyatını qayğı və kədərlərə qapınmaqla daha da qısaltmaz. Çünki belə həyat tərzi keçirmək doğru, düzgün bir həyat tərzinin tam əksidir.
18. Əgər ağıllı insanın başına xoşagəlməz bir hadisə gəldikdə, o, bu hadisəni ona nəsib olmuş dini və dünyəvi nemətlərlə müqayisə edər və nəticədə içində olduğu nemətlərin üstünlük təşkil etdiyi ortaya çıxar. Həmçinin ona zərər gətirməsindən qorxduğu ehtimallarla salamatlıq barədə olan ehtimalları müqayisə edər və zəif ehtimalın çoxlu və güclü ehtimallara üstün gələcəyinə imkan verməz. Bununla da onun qəm-qüssəsi və qorxusu aradan qalxar.
19. Aqil insan bilir ki, insanların onu barədə xoşagəlməz sözlər danışması ona heç bir zərər gətirməz, əksinə zərər görənlər həmin insanların özləridir. O bu təhqirlərin ona zərər verməməsi üçün bu barədə fikirləşməməli və vaxtını belə şeylər ətrafında düşünməklə keçirməməlidir.
20. O, fikrini dinində və dünyasında ona faydası toxunacaq işlərə yönəltməlidir.
21. Bəndə etdiyi yaxşılığa görə Allahdan başqa heç kəsdən təşəkkür ummamalı və bilməlidir ki, onun davranış və münasibəti yalnız Allah rizası naminədir və yaxşılıq etdiyi insanın təşəkkür etməsi onun üçün bir o qədər də əhəmiyyət daşımır. Bu barədə Allah Qurani-Kərimdə buyurur: «[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik».
( əl-İnsan, 9.)
Bəndə öz ailəsi və övladları ilə münasibətdə də bu prinsipdən möhkəm yapışmalıdır.
22. Faydalı işləri qarşısına məqsəd qoymalı, onları həyata keçirmək üçün müvafiq tədbirlər görməli, zərər gətirən işlərə diqqətini cəlb etməməli və fikrini bu istiqamətə yönəltməməlidir.
23. Hal-hazırda mövcud olan işləri yoluna qoymalı, gələcəkdə görüləcək işləri tərk etməlidir ki, onlar barədə yaxşıca fikirləşə bilsin və onları düzgün şəkildə həll etməyə nail ola bilsin.
24. Xeyirli işlərdən, faydalı elmlər olan dini və dünyəvi elmlərdən, xüsusilə də daha çox həvəs göstərdiyi şeylərdən bəhrələnməli, bu barədə Allahdan kömək istəməli və insanlardan məsləhət almalıdır. Əgər xeyir həyata keçsə və bu işi görəcəyi barədə qərar qəbul etmiş olsa, Allaha təvəkkül edər.
25. Allahın görünən və görünməyən nemətləri haqda söhbət edilməlidir. Həqiqətən, bu nemətləri tanımaq və bunlar barədə söhbət etmək Allahın qəm-qüssə və kədərləri dəf etməsinə və qulun Ona şükr etməsinə gətirib çıxarır.
26. İnsan zövcəsi, qohum-əqrabası və aralarında hər hansı bir əlaqə olan şəxslə yaxşı münasibət qurmalı, onda olan yaxşı cəhətləri bilməklə onda hər hansı bir eyib görsə, bunları müqayisə etməlidir. Belə olan halda yaxşı münasibət və dostluq davam edər və qəlb açılar. Bu barədə Allahın elçisi buyurmuşdur: «Mömin kişinin mömin qadından zəhləsi getməməlidir! Bir cəhətindən narazı qalsa da, digərindən mütləq razı qalacaqdır».(Müslim, 2/1091.)
Bütün işlərin öz yoluna qoyulması üçün Allaha dualar edilməlidir. Belə duaların ən məşhurları və ən təsirliləri aşağıdakılardır:

((اللَّهُمَّ أَصْلِحْ لِى دِينِى الَّذِى هُوَ عِصْمَةُ أَمْرِى, وَ دُنْيَايَ الَّتِى فِيهَا مَعَاشِى, وَاخِرَتِى الَّتِى إلََيهَا مَعَادِى, وَاجْعَلِ الْحَيَاةَ زيَادَةً لِى فِى كُلِّ خَيْرٍ, وَالْمَوْتَ رَاحَةً لِى مِنْ كُلِّ شَرِّ ))
«Allahummə əslih li dini-l-ləzi huva 'ismətu əmri, va dunyəyə əlləti fihə məəşi va axirəti əlləti ileyhə məədi, vacəli-l-həyətə ziyədətən li fi kulli xəyran, val-mavtə rahatən li min kulli şərrən» (Allahım! Xoşbəxtliyimin zəmanəti olan dinimi təkmilləşdir, yaşayışımın əsası olan dünyamı sahmana sal, qayıdış yerim olan axirətimi yaxşılaşdır. Həyatı mənim üçün hər bir xeyir işdə artım və ölümü mənim üçün hər bir şər işdən qurtuluş et!)
(Müslim, 4/2087)
Başqa bir duada isə belə deyilir:

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلاَ تَكِلْنيِ إِلىَ نَفْسِي طَرْفَةَ عَيْنٍ، وَأَصْلِحْ ليِ شَأْنِي كُلَّهُ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ ))
«Allahummə rahmətəkə ərcu fələ təkilni ilə nəfsi tarfətə ayn va aslıh li şə‘ni kulləhu, lə iləhə illə ənt» (Allahım! Sənin mərhəmətini diləyirəm. Bir göz qırpımına belə məni öz ixtiyarıma buraxma və bütün işlərimi sahmana sal. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur)
(Əbu Davud, 4/324; Əhməd, 5/42.)

www.islamevi.az

Bənzər Məqalələr