featured-image-1103

Sual: Bu ayədə məna nədir? «Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!'» (Taha surəsi, 124)

Cavab: Uca Allah belə buyurur: «Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!' » (Taha surəsi, 123,124) Bu ayədə göstərilir ki, kim ki Quranı izləsə və onunla əməl etsə, Allah ona zamin olar ki, o dünyada azmayacaq və axirətdə bədbəxt olmayacaq. İkinci ayədə göstərilir ki, kim ki, Qurandan üz döndərsə və onunla əməl etməsə, Allah onu iki əzab ilə cəzalandıracaq:
Birinci: O dar, sıxıcı həyatda olacaq. Bu qəbr əzabı ilə təfsir olunmuşdur. Bu «dar həyat» sözündə qəsd olunan həm dünyaya aiddir, həm də qəbir həyatına. Ayə ümumidir.
Nəticə odur ki, Allah ona Allahın Kitabında etiraz elediyiniə görə vəd edir ki, o pis, məşşəqqətli, ikrah edici həyat yaşayacaq. Çünki o hidayəti tərk edib zəlalətə düşüb.
İkinci cəzas isə : Allah onu qiyamət günündə kor olaraq dirildəcək, çünki o dünyada Allahın Kitabına qarşı kor oldu, Allah da onu qiyamət günündə kod olmaqla cəzalandıracaq. Uca Allah belə buyurur: «belə deyər: 'Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!' (Allah) buyurar: 'Elədir, amma sənə ayələrimiz (mö’cüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!' » (Taha surəsi, 125, 126) Dünyada Allahın Kitabından kor olan, onu oxumayın, ona baxmayıb onunla əməl etməyən insanı Allah qiyamət günündə kor olaraq dirildəcək. Allah bizi qorusun.
Necə ki, Uca Allah başqa bir ayədə belə buyurur: «Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: 'Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!' Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız! (Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!» (əz Zuxruf surəsi, 36-40) Nəticə budur ki, Allah Onun Kitabından üz döndərənə, dünya həyatında onunla əməl etməyənə dünya həyatında, qəbr həyatında və həşr olunduqda çox gecikməyən əzab vəd edir. Allah bizi qorusun. Allah ən düzünü bilir.

Saleh Fouzan al Fouzan

Bənzər Məqalələr