Kitabın mövzusu lənətlənmiş vəhşiliyin qaynağı olan terrorun qətiyyən ilahi bir dinlə əlaqəli olmaması, xüsusilə İslamda terrora yer olmaması həqiqəti ilə birbaşa bağlıdır. İslam dininin əsas mənbəyi olan Quranda və başda Peyğəmbərimiz Məhəmməd (s.ə.v.) olmaqla tarix boyu yaşamış bütün müsəlman rəhbərlərinin fəaliyyətində, nəsihətlərində, həmçinin müasir dövr alimlərinin fətvalarında bu həqiqət tam açıqlığı ilə ortaya çıxır. Bu səbəblə də kitabda İslamın terroru yasaqladığını və terroru, vəhşiliyi, bütün qeyri-insani əməlləri, amansızlığı, qəddarlığı haram buyurduğu Quran ayələri işığında dəlillər ilə ortaya çıxarılmışdır.

  • Yaşar Qurbanov: "İSLAM dini terrorun əleyhinədir" Yüklə
Tarix: 31.12.2014 | Oxunma sayı: 6. 775 baxış